Koronavirusdan qorxanlara əlləri yumağın müsbət faydasını göstərdilər [AZ]
Koronavirusa yoluxmaqdan qorxanlara əlləri yumağın faydasını əyani şəkildə göstərdilər
Sosial şəbəkədə koronavirusun geniş yayıldığı indiki dövrdə əllərin düzgün yuyulmasının vacibliyini vurğulayan fotoşəkil geniş populyarlıq qazanıb. Amerikalı aktrisa Kristen Bell əllərin ultrabənövşəyi lampa altında yuyulmadan əvvəl və sonra necə göründüyünü nümayiş etdirən görüntüləri İnstagramda yerləşdirib.
Şəkli aktrisaya anası göndərib. Foto əlləri sabunla yumağın faydalarını əyani şəkildə göstərir. Altı şəkildən ibarət kollajda əllərin yuyulmadan əvvəl, su ilə yaxalandıqdan sonra və 6, 15 və 30 saniyəlik sabunla yuyulduqdan sonrakı vəziyyəti göstərilir. Şəkil Belldə güclü təəssürat yaradıb. “Hamınıza salam, əllərinizi 30 saniyə ərzində yuyun!” – deyə , aktrisa abunəçilərinə müraciət edib.
Paylaşım 400 mindən çox bəyənmə və təqribən beş min şərh toplaylb Şərhlərdə aktrisanın izləyiciləri əllərindəki bakteriyaların sayının yuyulma müddətindən asılı olacağını düşünmədiklərini qeyd ediblər. Həm də yazırlar ki, bu görüntü koronavirusla yoluxmaqdan qorxan hər kəsə baxmaq üçün tövsiyə olunmalıdır.
“Mesaj üçün təşəkkür edirik! Bu gün mən onu beşinci sinif şagirdləri üçün koronavirus və əllərinizi necə yumaq barədə təbiət dərsi zamanı istifadə etdim! ” abunəçilərdən biri yazıb.
İngiltərə Milli Səhiyyə Xidmətinin bir tövsiyəsinə əsasən əllər ən azı 20 saniyə ərzində və ya ” Happy Birthday” mahnısını iki dəfə oxumağa ehtiyac duyulan müddət ərzində yuyulmalıdır.
Ens.az bildirir ki, martın 7-nə olan məlumata əsasən, dünyada 102 mindən çox insan koronavirusa yoluxub. Onlardan 57,4 min nəfəri sağalmış, 3,4 mini isə dünyasını dəyişmişdir.
Mənbə: Ens.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Bütün xəstəliklərin səbəbi bu imiş – Çin tibbinin inanılmaz sirri
Hələ qədim dörvlərdə Çində həkimlər duyğuların insan bədəninin vəziyyəti üzərində böyük təsir gücünə malik olduğunu iddia edirdi. Çin tibbinin müddəalarına əsasən, bütün xəstəliklərin əsas səbəbi emosiyalardır və onlar orqanlarımıza müxtəlif cür təsir göstərir.
Xəbər verilir ki, Çin təbabətinə əsasən qəm-qüssə ağciyərə, qəzəb qaraciyərə, qorxu böyrəklərə, həyəcan və stress isə mədəyə mənfi təsir göstərir.
Bundan əlavə, hər bir orqanın öz dadı var. Ağciyərlər kəskin və ədviyyəli, qaraciyər turş, dalaq şirin, böyrək isə duzlu məhsulları “sevir”. Çin xalq təbabətinə görə, bütün orqanların öz enerjisi var. Bu enerjiyə “çi” deyilir və qanla sıx bağlıdır. Odur ki, həkimlər qanı enerjinin anası adlandırır, enerji isə qan dövranına nəzarət edir.
Çin tibbində ümumiyyətlə, böyrəklərin insanın ən əhəmiyyətli orqanlarından biri olduğu qəbul edilir. Onlar “İn” və “Yanın” əsasını təşkil edirlər və ən mühüm enerji mərkəzləri hesab olunur. Böyrəklər əzələ-skelet sistemi ilə, eşitmə və qorxu hissi ilə yaxından əlaqələndirilir.
Qaraciyər
Qaraciyər qan dövranı ilə əlaqələndirilir – qanı süzür və bir qayda olaraq qadınlarda menstrual pozğunluqlar zamanı dəstək tələb edir. Qaraciyər problemləri qaşınma, baş ağrısı və başgicəllənmə ilə özünü göstərilə bilər. Bu baxımdan qaraciyər orqanı insan bədənində sabit enerji və düşüncə axınının təmin edilməsində mühüm rol oynayır. Sağlam qaraciyəri olan insanlar sakitliyi ilə seçilir, qərarları asanlıqla qəbul edir və adətən əla liderlər olurlar.
Böyrək
Böyrək disfunksiyanın ilk əlamətləri qəzəb, qıcıqlanma, inadçılıq, narahatlıq, həyəcan şəklində ifadə edilir. Bu duyğuları həll edə bilməsəniz, onlar dərin depressiya və tez-tez dəyişkən əhval-ruhiyyəyə yol aça bilər. Bundan əlavə, qaraciyər problemlərini bir çox fiziki simptomlarla özünü göstərə bilər. Bunlardan ən çox yayılmış menstrual pozuqluqlar, yorğunluq, gərginlik, hərəkətlərin sərtliyi, qabırğa altında ağrı, allergiya və s.
Emosional isterikalar niyə və necə baş verir?
Duyğular hətta ən sağlam insanlarda belə bir çox xəstəliyə səbəb ola bilər. Bu zaman emosiyalar bədənin ən həssas nöqtəsini tapır və funksiyasının pozulmasına yol açır. Daha sonra baş verənlər artıq psixosomatik bir xəstəlik adlanır.
Bir insan stressli vəziyyətlərdən həmişə qaçmaq gücünə malik deyil, hamımız gec və ya tez onun səhhətimizdə qoyduğu nəticələr ilə üzləşirik. Amma hər birimiz stresslə müxtəlif yollarla mübarizə aparırıq.
Beləliklə, əgər bir şəxs stress vəziyyətinə nəzarət edə bildiyini hiss edirsə, problemin qarşısını almaq üçün aktiv addımlar atır. Əks halda insanlar zərərləri minimuma endirməyə kömək edən emosional yönümlü mübarizə strategiyalarına müraciət edirlər.
Sağlamlığınız üçün edə biləcəyiniz ən pis şey üzləşməkdən qaçmağa çalışmaqdır. Bu da nəticədə stress səviyyəsini yüksəldəcək və xəstəliyin inkişafını sürətləndirəcək.
Psixosomatik xəstəliklər bütün bədənə və orqanlara zərər verən və stress faktorlarına məruz qalaraq düzəldilə bilməyən xəstəliklərdir.
Ürək ağrısı
Həkimin və psixoloqların birgə araşdırmaları göstərir ki, “sevgi və ağrı ürəkdən keçir”. Ancaq digər orqanlar da “qəlb hücumlarına” məruz qalır. Bu da o deməkdir ki, “yaralı bir ruh” tez-tez ürək-damar, tənəffüs və həzm sistemlərinin normal fəaliyyətinə təsir göstərir.
Qadınlar kişilərdən daha həssasdır
Bir qayda olaraq, qadınlar kişilərdən daha çox psixomatik xəstəliklərdən əziyyət çəkir. Lakin onlar ağrılarının bir çox hallarda psixoloji təbiətə malik olduğuna inanmağa meyillidir.
Kişilər əksinə, bu cür xəstəlikləri ruhi xəstəliklərlə əlaqələndirmirlər. Onların duyğuları “istifadə müddətinə” görə daha qısadır, çünki öz emosional sığortalarını çox sürətlə xərcləyirlər.
Bədənin ən həssas nöqtələri
Aşağıdakı orqanlar “mənəvi şoklara” – duyğusal böhranlara daha çox həssasdır:
Kürək
Həyatın bütün çətinliklərinin sizə yükləndiyini düşünürsünüzsə, şiddətli ağrı və gərginlik kürəyinizə nüfuz edər.
Tənəffüs sistemi
Nəfəs problemi, boğulma və ya bir şeyin boğazınıza tıxanmasını hiss etmək əslində qeyri-müəyyən siqnal verən xarici simptomlardır. Onların səbəbləri adətən psixoloji və duyğusal bir rəngə malikdir. Bu da onu göstərir ki, ətrafdakı insanlar və ya hadisələr sizi “boğulmağa” məcbur edir.
Ürək
Ürək müəyyən vəziyyətlərdə emosional həyat və həyatda qalma ilə əlaqəli olan bütün orqanlardan güclüdür. Məsələn, görüşə hazırlaşdığınız zaman ürək döyüntüsü sürətlənir və ya sevdiyiniz insanın yanında olduğunuz zaman sizə elə gəlir ki, ürəyinizin sanki yerindən çıxacaq. Çox qorxduğunuz zaman ürək sanki “dayanır”.
Həzm orqanları
Öz dünyasına qapılmağa öyrəşmiş introvertlər (bax: introvertlər kimlərdir?) tez-tez ciddi həzm problemlərindən əziyyət çəkir. Odur ki, ünsiyyətdə çətinlik çəkən insanlara adətən qastrit və mədə xorası diaqnozu qoyulur.
Dəri
Sızanaq, qara nöqtələr və civzələr şəxsin öz “qabında” narahat olduğunu göstərir. Bəzən dəri xəstəlikləri bəzi insanlardan və ya həyatdakı bəzi problemlərdən xilas olmaq arzusunu göstərir.
Mənbə: Milli.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weNews
Ən təhlükəli qidanın adı açıqlandı [AZ]
Xolesterinin bir bölgədə cəmlənməsi bağırsaq toxumalarında artmasına və bölünməsinə səbəb olur
Tərkibində xolesterinin səviyyəsi yüksək olan heyvan mənşəli qidalar bədxassəli şişlərin inkişafı riskini artıra bilər. ABŞ-ın Kaliforniya Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Siçanlar üzərində aparılmış təcrübələr nəticəsində məlum olub ki, xolesterinin bir bölgədə cəmlənməsi bağırsaq toxumalarında artmasına və bölünməsinə səbəb olur. İdarəedilməz şəkildə artan hüceyrələr xərçəngin inkişafının əsas səbəblərindən biridir. Həkimlər müxtəlif xəstəliklərin profilaktikası üçün qırmızı ət və süd məhsullarından mümkün qədər az istifadə etməyi məsləhət görür.
Qeyd edək ki, mütəxəssislər kolbasa və sosisləri oqranizm üçün daha təhlükəli olan ət məhsulları kimi xüsusi vurğulayıblar.
Mənbə: İnteraz
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth, weNews
Alimlərdən maqnit qasırğaları ilə bağlı xəbərdarlıq [AZ]
Yer kürəsi qışın son ayında güclü maqnit qasırğaları zolağına daxil olacaq. Planetin maqnit sahəsinin ən çox aktiv olacağı zaman isə 24, 25 və 28 fevral tarixlərində olacaq. Alimlərin sözlərinə görə, bu günlərdə yüklü zərrəciklərinin axını insanların səhhətinə təsir edə, mobil rabitənin, aviasiya avadanlığının işində nasazlıq yarada və hətta elektrik şəbəkəsində qısa qapanmanın yaranmasına gətirib çıxara bilər.
Bu barədə “Nation News” agentliyi məlumat yayıb.
Bu günlərdə xroniki xəstəliyi olan insanlar, xüsusilə, diqqətli olmalıdırlar. Həkimlər onlara fiziki əməklə məşğul olmağı məsləhət görmürlər. Ürək sistemində problemi olan şəxslər daha çox istirahət etməlidirlər. Hətta sağlam olan insanlarda da güclü maqnit qasırğası zamanı baş ağrıları, əsəb və təzyiq yüksəlməsi müşahidə edilir.
Mənbə: oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weHealth
Saatların çəkilməsi sağlamlığa ziyan vururmu? [AZ]
Saatların çəkilməsi dedikdə bahar və payız fəslində saatların irəli və geri çəkilməsi nəzərdə tutulur. Bu sistemi ona görə tənzim etmişdilər ki, enerjiyə qənaət etsinlər. Ancaq nəticə göstərdi ki, heç də enerjiyə qənaət edilmədi. Əvəzində bu sistem insan sağlamlığına müəyyən ziyanlar vurdu.
Saatların çəkilməsinin sağlamlığa təsiri.
Yuxuya təsir qoyar. O zaman ki, saatlar qabağa çəkilər, bütün insanların yuxusuna təsir qoyar. İnsan adət etdiyi yuxu saatlarını dəyişdirməyə məcbur edilər ki, bu da bir neçə gün və bəzən də bir neçə həftə yuxu sistemini pozar.
Bu dəyişmə adətən o kəslərə ki, gec yuxuya gedirlər, yeməyə çox da meyilləri yoxdur, daha zəif iş qüvvəsinə malikdirlər – daha çox təsir edər.
Saatların dəyişdirilməsi ilə fəaliyyətlərin dəyişdirilməsi arasında böyük bir əlaqə vardır, insan bütün gündəlik fəaliyyətlərini dəyişdirməyə məcbur edilir. Yemək yeməyindən tutmuş, yatmağına və fəaliyyət göstərməyinə qədər. Əgər insanın yuxusu pozularsa, hormonlarında da dəyişikliklər baş verər.
Saatın çəkilməsi bəzi insanlara daha çox təsir qoyar. Bu insanları üç dəstəyə bölmək olar: Yaşlı insanlar ki, qısa müddətli yatmağa adət ediblər. Uşaqlar, xüsusilə də körpələr. Xəstə insanlar, xüsusilə də xəstəxana şəraitində olan xəstələr.
Bu insanların orqanizmi başqalarından daha zəif olduğu üçün, saat dəyişməsi onlara daha çox təsir edir. Bu insanlar çox çətinliklə saat çəkilməsinə uyğunlaşa bilirlər.
Mütəxəssislərin nəzərinə görə, saat çəkilməsinin ən ağır mənfi təsiri – infarkta səbəb olmasıdır. Yəni, ilk həftələrdə infarkt riskini ən azı 5% artırar.
Əgər saat çəkilməsi sağlamlığa təsir qoyursa, yorğunluq və halsızlıq əmələ gəlirsə, vitamin kompleksi və ya maqnezium qəbul etmək məsləhət görülür.
Mənbə: Deyerler.org
For permission content from this site must be hyperlinked when used!
- Published in weHealth




