İntrovertlər kimlərdir? [AZ]
Ümumilikdə introvertlik temperamentin bir növüdür. Bu, nə utancaqlıq hissi, nə də patalogiyadır. Bundan əlavə şəxsiyyətin bu növü heç vaxt dəyişikliklərə məruz qalmır, hətta bunu çox istəsəniz belə. Lakin bunun əksinə getməyərək, bununla işləməyi öyrənə bilərsiniz.
İntrovertlərin ən əhəmiyyətli xüsusiyyəti onların enerji mənbəyindədir: onlar enerjini öz daxili dünyalarından, emosiyalarından və təəssüratlarından alırlar.
Ətraf mühit onların əhvalına çox tez təsir göstərir və hər nə isə “həddindən çox olduqda” onlarda heç də xoş olmayan hisslər yaranır. Hər bir halda tamamilə gücdən düşməmək və pərişan olmamaq üçün onlar sosial ünsiyyətləri azaldır və özlərinə məhdudiyyət qoyurlar.
- İntrovertlər öz sözlərini və hərəkətlərini dəqiqliklə seçən insanlar kateqoriyasına daxildirlər. Onlar öz mühakimə qabiliyyəti, sakitliyi və diqqətliliyi sayəsində hadisələrin əsl mahiyyətinə varırlar.
- İntrovertlər utancaq, ciddi, təvazökar olmaqla yanaşı, insanlarla ünsiyyəti kitab oxumağa dəyişirlər. Onlar özünə qapalı olur və çox az insana yaxınlaşırlar. Buna görə də onların dostu az olsa da, onlar öz dostlarına qarşı çox sədaqətlidirlər.
- İntrovertlər öz inanclarına zidd olan hərəkətləri etməyi heç sevmirlər. Hər hansısa bir səbəbdən onlar bunu etməli olduqda çox güclü həyəcan keçirir və özlərini pis hiss edirlər. Onlar cəmiyyət həyatının ümumi müddəalarını çox nadir hallarda pozurlar. Lakin bununla yanaşı ciddi etiket qaydalarına riayət etməyi çox da sevmirlər.
- İntrovertlər ətrafdakı insanlarla çox çətin ünsiyyətə girirlər və bu səbəbdən öz daxili dünyalarına qapanırlar. Adekvat davranış qaydalarına uymaq onlar üçün çətindir və bu səbəbdən də onlar tez-tez xoşagəlməz vəziyyətlərə düşürlər.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, Psychology