DİQQƏT! Bazar günü bəzi cihazların saatları avtomatik geri çəkiləcək [AZ]
DİQQƏT! Bazar günü bəzi cihazların, kompyuter və smart telefonların saatları avtomatik geri çəkiləcək.
Mənbə: xezerxeber.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth, weNews
Rusiyada bütün “iPhone X” telefonları üç dəqiqəyə satıldı – VİDEO [AZ]
Rusiyada mağazalarda satışlar isə noyabrın 3-dən başlayacaq.
Rusiyanın “Apple Store” mağazaları “iPhone X” telefonları üçün online sifariş bölməsi açıb.
Moskva vaxtı ilə saat 10:10-da noyabrın 3-dən 7-ə qədər telefonların çatdırılması üçün sifariş bölməsi açılıb. Artıq saat 10:13-də mağazanın saytında “Göndərmə: 2-3 həftə sonra” yazılıb. Rusiyada mağazalarda satışlar isə noyabrın 3-dən başlayacaq.
“Apple” “iPhone X”i sentyabrın 12-də təqdim edib. Yeni smartfon fərqli dizaynla təqim edilib. Telefonun hər iki tərəfi şüşədir, ekranın qeyri-standart forması var və əsas ekran düyməsi yoxdur. Ekranın ölçüsü 5,8 düyümdür. Rusiyada telefonun qiyməti 80 min rubldur.
Mənbə: inter.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
10 minlərlə göy cisimləri yer planetinə gələ bilər – Şamaxı Rəsədxanası – FOTO [AZ]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında səma aydın olduğu müddətdə hər gün müşahidə prosesi aparılır. Astronomlar rəsədxanada keçmişdən gələn işığı öyrənirlər, milyon il bundan qabaqkı işığı öyrənə-öyrənə gələcəyin elmini qururlar.
Yer kürəsində azot gübrəsini ilk dəfə astronomlar tapıb. Almazların qrafitdən əmələgəlməsi prosesini də metereoritin yerə düşməsi nəticəsində astronomlar öyrəniblər. Faktxeber.com məlumat verir ki, “Report”un əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında olub. Elm ocağından hazırlanan reportajı təqdim edirik.
Biz Şamaxı Astrofizika Rəsədxanasına çatanda axşam idi. Öyrəndik ki, hava aydın olduğu üçün 2 metrlik teleskopda səma cismlərinin müşahidəsinə hazırlıq prosesi gedir. Rəsədxananın 5 km uzaqlığına qədər heç bir yaşayış yeri və obyektin olmaması səbəbindən səmanın möhtəşəm görüntüsü adamı heyran edirdi. Ulduzlar, bürclər, planetlər və süd yolu sanki toxuna biləcəyin qədər yaxın idi. Qeyd edək ki, 2 metrlik teleskopun güzgüsünün çəkisi 3.5, özünün çəkisi 85, hərəkət edən gümbəzinin çəkisi 200 tondur, turbanın uzunluğu, foks məsafəsi isə 9 metrdir. Bu teleskop rəsədxanaya 1964-cü ildə gətirilib.
Ulduzların “qan analizi”
Burada 4 nəfərlik heyət (texnik, elmi işçi, 2 yardımçı mühəndis) qalaktikaları müşahidə edirdi. Müşahidə prosesi ulduzların parlaqlığından asılıdır, yəni ulduz parlaq olanda proses bir neçə dəqiqə, parlaqlıq az olanda bir saata qədər də çəkə bilir. Öyrəndik ki, göy cisimləri yerə düşmədən də onun tərkibini öyrənmək mümkündür. Belə ki, müşahidə zamanı obyektin “spektr”i alınır, yəni müşahidə olunan obyektin işığı teleskopun qəbuledicisinin üzərinə düşür və həmin işıq rənglərə bölünür, alınan spektr xüsusi kompyuterdə xüsusi proqram vasitəsilə analiz edilir. Bu analizin nəticəsinə əsasən, qalaktikada hansı fiziki dəyişiklər getdiyini demək olur. Məsələn, qalaktikanın fırlanma sürətini, həmin qalaktikada hansısa partlayışın baş verib verməməsi, bizim qalaktikadan uzaqlaşma sürəti təyin oluna bilir. Xülasə, ancaq işıq vasitəsilə səma cismi haqqında bir çox məlumat almaq olar, necə ki, insan orqanizmi haqqında məlumatların çoxunu qan analizi vasitəsilə əldə olunur. Yeri gəlmişkən, rəsədxanaya kənardan baxmaq da maraqlıdır: kupon (gümbəz) açılır, teleskop hərəkət edir.
Bəxti gətirməyənlər
Rəsədxanada səma cisimlərini müşahidə etmək üçün işçilərin qrafiki qurulur. Müşahidə üçün isə hava yaxşı olmalıdır, əks halda işləmək olmur. Əgər işçi havanın tutqun olması səbəbindən işləyə bilmirsə, bu, ona əməlli-başlı problem yaradır. Çünki plandan kənara çıxmaq olmur.
İnsan gözündən 110 min dəfə çox işıq toplayan teleskop
Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop var, onların ən böyüyü 2 metr, ən kiçiyi 35 sm-dir. Hərəsinin özünəməxsus təyinatı var, böyük teleskop daha çox işıq toplayır. İnsan gözünün linzasının diametri 6 mm-dir, 2 metrlik teleskop insan gözündən 110 min dəfə çox işıq toplayır. Teleskop nə qədər böyük olsa kainatın daha ucqar yerlərində olan qalaktikaları görmək olur. Hazırda dünyada 8-10 metrlik teleskoplar var, hətta ingilislər və hindlilər 42 metrlik teleskop qurulması üzərində işləyirlər. Qeyd edək ki, Şamaxı rəsədxanasında teleskopa xidmət edən xüsusi qrup var, çünki texnikaya daim nəzarət olunmalıdır.
Ulduzlar yanmır və yerə düşmür…
Bəzən səmaya baxanda hansısa obyektin yanaraq aşağı endiyini görüb “aaa, ulduz düşdü” deyirik… Amma rəsədxanada öyrəndik ki, “insan vəfat edəndə onun ulduzu da sönür”, “göydən ulduz düşdü” kimi fikirlər yanlışdır, rəvayətdir. Belə bir reallıq yoxdur. Əslində ulduzların hərəkəti çox zəif olur, bəlkə min il ərzində onun yerini dəyişdiyi hiss oluna bilər, ya yox… Bizim gördüklərimiz isə kometlərdir, onlar Yer atmosferinə daxil olanda sürtünmə nəticəsində yanmağa başlayır, kiçiklər səmada yanıb yoxa çıxır, böyüklər isə bəzən gəlib yerə düşür. Kometlər Yer səthinə düşənlər müəyyən təhlükə törədə də bilər.
Göydə tam yanan cisimlər “meteor”, müəyyən hissəsi Yer səthinə düşənlər isə “meteorit” adlanır.
Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər.
Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər, onların sürəti bir saniyədə 5 min km-dən, 70 min km-ə qədər olur. Yəni həmin cisimlər bir saniyəyə Bakı şəhərinin yarısını qət edir.
Yupiter və Saturn kimi böyük planetlər Yer kürəsini böyük təhlükələrdən (komet, astereoritdən) qoruyur, onlar olmasa səma cisimləri Yer kürəsinə ciddi ziyan vurar.
Günəşdə partlayış olanda yer kürəsində ölümlərin sayı artır.
Günəşdə sentyabrın 6-da son 12 ilin ən güclü partlayışı olub. Günəşdəki həmin partlayış zamanı atılan maddənin sürəti saniyədə 1 200 km qeydə alınıb. Günəşdən atılan maddə bir sutkaya Yer kürəsinə çatıb, Yerin maqnit sahəsini deformasiya eləyərək planetimizdə müəyyən problemlər yaradıb.
Müsahibimiz, rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirdi ki, partlayış nəticəsində kommunikasiya xətlərinə zərər dəyməsə də, həmin gün Yer kürəsində ölümlərin sayı artıb.
Mənbə: faktxeber.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews, weUniverse
Dünyanın ilk “ağıllı qatar”ı xəttə buraxıldı – VİDEO [AZ]
Çinin Çuzhou İnstitutu və müstəqil “Rail Rapid Transit” (ARRT) adlı şirkəti dəmir yolu ekspres sistemində yeni layihə həyata keçirib.
Şirkət elektrik enerjisi ilə maşinistsiz hərəkət edəcək sürət qatarları hazırlayıb. Elektrik qatarı enerji ilə tam doldurulduqda 70 kilometrlik məsafəni qət edə bilir. 10 dəqiqə enerji yığan qatar 25 kilometrlik məsafəni gedə bilir.
Layihənin ilk sınaqları Çinin Çuzhou şəhərində keçirilib.
Layihə çərçivəsində relslərdə kameralar və sensorlar quraşdırılıb. İlk sınaqda içərisində jurnalistlərin olduğu qatar 4 kilometrlik məsafəni müvəffəqiyyətlə başa vurub.
Baş mühəndisi Feng Ciyanqın sözlərinə görə, “ağıllı”qatarlar ənənəvi dəmir relslərdən ayrılan , rezin şinlər üzərində hərəkət edir. Bu parçalar vasitəsilə qatarların beyninə proqramlaşdırılmış mərkəzi sistem vasitəsilə təlimatlar ötürülür.
“Ağıllı” qatarların müasir tramvay və avtobuslardan fərqi isə, yeni bir yol seçimi təklif etməsidir. Ən qısa yollarla hərəkət edən qatar şəhər daxilində müasir nəqliyyat vasitələrindən sürətlə hərəkət edir. 300-500 sərnişin daşıma gücünə malik “ağıllı” qatarlar dünya bazarına 2020-ci ildə çıxarlacaq.
Asan quraşdırılma texnologiyası ilə digər nəqliyyat vasitələrindən üstün olan “ağıllı” qatarlarda təhlükəsizlik sitemi də quraşdırılıb. Qatar ətrafdakı potensial təhlükələrə həssas sensorlarla təchiz edilib. Bir neçə kilometr qarşda olan nasazlıq siqnal vasitəsilə mərkəzi beyinə ötürülür və təhlükəsizlik sistemi aktivkləşir.
Şirkət layihəni daha da təkminləşdirib 2019-cu ildə yenidən təqdimat keçirtmək niyyətindədir. Layihə xarici bazarda olduqca böyük maraqla qarşılanıb
Mənbə: lent.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
“Facebook”da möhtəşəm yenilik olacaq – İKİNCİ LENT [AZ]
“Facebook” sosial şəbəkəsində yaxın zamanlarda ikinci lent yaradılacaq.
“TechCrunch” portalının məlumatına görə, saytda əlavə olaraq istifadəçini maraqlandıra biləcək xəbərlər və məsləhətlər əks olunacaq.
İlk olaraq “Explore”nin yeni əlavələrinə “Twitter”in xarici istifadəçiləri nəzər yetiriblər. Sonradan sosial şəbəkədə artıq məsləhətlər olan yeni lentin olacağı ilə bağlı təsdiqini tapan məlumatlar da yayılıb.
“Facebook” idarəçilərindən biri bildirib ki, əlavə xəbərlərdə hər bir sosial şəbəkə istifadəçisi üçün əvvəlcə quraşdırılacaq populyar məqalələr, video çarxlar və şəkillər görünəcək. Kontent birbaşa olaraq insanın maraqlarından asılı olacaq.
Qeyd edilir ki, belə bir yeniliyin tətbiq edilməsini istifadəçilər özləri məsləhət görüblər.
Mənbə: lent.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
Facebook yemək sifariş etməyə başlayır [AZ]
Sosial media nəhəngi Facebook ABŞ-da yemək sifarişinə başlayacağını açıqladı.
Xəbər verilir ki, Facebook-dan edilən açıqlamada bildirilir ki, istifadəçilərin Facebook ətrafında restoranlarını görmək, “evə təslim” və ya “restorandan al” variantları ilə müştərilərinə çatdıracağı açıqlandı.
Açıqlamada , istifadəçilərin dostlarının ətrafdakı restoranlara dair şərhlərini oxumaları da mümkün olacaq.
Facebook-un yemək sifarişi xidməti Android və iOS əməliyyat sistemi ilə fərdi kompüterlər və qurğular üçün istifadə oluna bilər.
Mənbə: Maide.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in U.S.A, weNews, weTechnology
Marsda Morz əlifbası ilə məktub tapılıb [AZ]
NASA-nın mütəxəsisləri Marsın qumları üzərində Morz əlifbası ilə yazılmış bir neçə hərifə rast gəliblər.
Bildirilir ki, bu barədə “HIRISE” saytı məlumat yayıb.
Yazılmış hərifin şifrə edilməsi “Reconnaissance Orbiter” planetlərarası avtomatik stansiyası üçün quraşdırılan kameranın köməyi ilə mümkün olub.
Planetlər üzrə mütəxəsis Veronika Brey yazını şifrə edərək bu cümlələri qurub: “NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!”
Nöqtə və tire, tətbiq olunan Morz əlifbasına Marsın səthində əvvəllər də rast gəlinib, lakin bir qədər cənubda Şimal qütbü üzərində yerləşən qum təpədə bu yazılar daha aydın şəkildə özünü göstərir.
Mənbə: weislam.Az / Maide.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
Şamaxı Rəsədxanası: Günəşin səthində ləkələr yaranıb [AZ]
Bir neçə gün əvvələdək günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələr yaranmağa başlayıb və onların sayı hazırda 23-ə bərabərdir. Bəzi hallarda Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra plazma kütləsinin atılması halları qeydə alınır.
E.Babayev deyib: “Günəşlə yer arasındakı məsafə 150 milyon kilometrə yaxındır. Plazma kütlələrinin yerə çatması üçün vaxt lazımdır. Normal halda bu, üç günə, ən yüksək sürətdə isə 17-19 saata yerə gəlib çata bilər. Bu vaxtın kifayət qədər böyük olması imkan verir ki, texnoloji və bioloji sistemlər üçün qabaqlayıcı tədbirlər görülsün”.
Mənbə: AzərTAc
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
Feyxoa hansı orqanlar üçün faydalıdır? [AZ]
Subtropik meyvə olan feyxoanın vətəni Braziliyadır.
Bildirilir ki, məhz Braziliyada yerli alim və seleksioner Silva Feyxo ilk dəfə bu görkəmsiz bitkiyə fikir verib, onun faydalarını araşdırıb və qidalanmamıza daxil edib. Daha sonra meyvəyə onu ilk kəşf edənin adı verilib – feyxoa.
Feyxoa az bir ölkələrdə yetişdirilir. Bu mənada bizim bəxtimiz gətirib. Mütəxəssislər Azərbaycanda yetişdirilən feyxoanı çox faydalı hesab edirlər.
Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvədir.
● Feyxoanın tərkibində olan yodun miqdarı demək olar ki, dəniz məhsullarında olan yoda çatır. Yod orqanizmin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir. Yodun atomları qalxanvari vəzi hormonlarının tərkibinə daxildir. Bu səbəbdən yod çatışmazlığı zamanı qalxanvari vəzidə pozulmalar yaranır.
● Feyxoa kaliumla zəngindir. Kalium ürəyin fəaliyyəti üçün ən vacib olan mineraldır. Kalium ürək əzələsini qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır.
● Tərkibində C və PP vitaminləri olan feyxoa damarların sağlamlığını qoruyur, onları daha elastik və möhkəm edir.
● Katexin və leykoantosian maddələri ilə zəngin olan feyxoa (xüsusilə meyvənin qabığı) orqanizmə güclü antioksidant təsir edir, xərçəngin inkişafı riskini azaldır.
● Pektin və qidalı liflərlə zəngin olduğundan feyxoa mədə-bağırsaq sistemi üçün faydalıdır.
● Feyxoa yüksək təzyiqi salmağa kömək edir.
● Feyxoanın güclü iltihab, virus və mikrobəleyhinə xüsusiyyətləri var. Bu səbəbdən feyxoa immun sistemimizə çox müsbət təsir edir, soyuq fəsillərdə soyuqdəymə xəstəliklərindən qoruyur.
Mənbə: saglamolun.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth
- 1
- 2