Bu gün Azərbaycanda Yel çərşənbəsidir [AZ]
Məlumata görə, çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
İnanclara görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir.
Qeyd edək ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.
Mənbə: weNews Team
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, Holidays, weNews, weScience
Ramazan Bayramınız Mübarək Olsun! [AZ]
- Published in Holidays
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb [AZ]
Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.
Xəbərə görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.
Martın 27-si isə iş günüdür
Beləliklə, bu ay bayramlarla əlaqədar 8 gün iş olmayacaq.
Mənbə: Report
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, Holidays, News of Azerbaijan, weNews
Qarşıdan gələn Torpaq çərşənbəniz Mübarək! [AZ] Version
Novruz bayramında çərşənbələr
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – damcı, qığılcım, toz və yeldən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni damcı, qığılcım, toz və yelə bağlıdır insan.
- Birinci damcı çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
- İkincisi qığılcım çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
- Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
- Dördüncüsü toz çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
Saytın materiallarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Holidays