Nominal | İstifadə müddəti (yalnız SimSim üçün) |
1 AZN | 7 gün |
2 AZN | 7 gün |
3 AZN | 30 gün |
5 AZN | 60 gün |
10 AZN | 90 gün |
25 AZN | 180 gün |
50 AZN | 180 gün |
100 AZN | 180 gün |
- SimSim abunəçiləri üçün balansartırma müddəti ödəmə kartının istifadə müddətinə + 180 günə bərabərdir.
- Fakturalı xətt abunəçiləri üçün ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənilə bilər.
Öz balansınızı artırmaq üçün:
- *101*13 rəqəmli şifrə#YES yığın
- 1001-ə pulsuz zəng edin, səsli yardımın köməyi ilə 13 rəqəmli şifrəni daxil edin və # düyməsini basın
- *131* ödəmə kartının 13 rəqəmli şifrəsi #YES yığın
Əgər Fakturalı xətt abunəçisinizsə
- *131*ödəmə kartının 13 rəqəmli şifrəsi #YES yığın
- 650-yə pulsuz zəng edin, səsli yardımın köməyi ilə 13 rəqəmli şifrəni daxil edin və # düyməsini basın və ya 13 rəqəmli şıfrəni 650 nömrəsinə göndərin
Digər abunəçinin balansını artırılmaq üçün:
- *131*(operator kodu) nömrə* ödəmə kartının 13 rəqəmli şifrəsi #YES yığın
Qeydlər
- Ödəmə kartının kodu 3 dəfə yanlış daxil edildikdə, balansartırma xidmətləri bağlanılır. Xidmətlər 24 saatdan sonra avtomatik açılır. Xidmətlərin dərhal açılması üçün 1001-ə (SimSim) və ya 650-yə (fakturalı xətt) boş SMS göndərmək lazımdır (1 SMS – 2 qəpik).
- Xidmətdən həmçinin (zəng vasitəsilə balansartırma xidmətləri istisna olmaqla), rominq zamanı eyni qaydada istifadə etmək mümkündür.
- Fakturalama keçirilən saatlarda ödəmə kartlarının yüklənilməsində çətinlik yarana bilər. Belə hallarda fakturalı xətt abunəçilərinə kartları növbəti gün 09:00-dan sonra yüklənilməsi tövsiyyə edilir.
Digər Fakturalı xətt abunəçisi üçün:
- *141*(operator kodu) Fakturalı Xətt nömrəsi *ödəmə kartının 13 rəqəmli şifrəsi #YES
y
ığın.
Ödəmə kartı yükləndikdə borcunuz varsa – məbləğ silinəcək, borcunuz yoxdursa – məbləğ avans kimi hesabınıza köçürüləcək, borcunuz ödəmə kartında olan məbləğdən azdırsa – qalan məbləğ hesabınıza avans kimi köçürüləcək.
Qeydlər
- Əməliyyat başa çatdıqdan sonra müvafiq bildiriş mesajı göndərilir.
- Ödəmə kartının kodu 3 dəfə yanlış daxil edildikdə, balansartırma xidmətləri bağlanılır. Xidmətlər 24 saatdan sonra avtomatik açılır. Xidmətlərin dərhal açılması üçün 650-yə boş SMS göndərilməlidir (1 SMS – 2 qəpik).
- Rominq zamanı 13 rəqəmli şıfrəni 650-yə göndərməklə və ya 141 xidməti vasitəsilə balansı artırmaq mümkündür.
- Ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənilə bilər.
- Fakturalama keçirilən saatlarda ödəmə kartlarının yüklənilməsində çətinlik yarana bilər. Belə hallarda kartları növbəti gün 09:00-dan sonra yüklənilməsi tövsiyyə edilir.
DİQQƏT
Köhnə tipli SimSim ödəmə kartları həmçinin fakturalı xətt nömrələrinə yüklənilə bilər və yükləmə üsüllarında heç bir dəyişiklik yoxdur.
27.09.2016-ci il tarixindən etibarən, ilk dəfə əldə edilən yeni fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan kampaniya çərçivəsində hədiyyə balans əldə edilməsi şərtləri dəyişdirilir. Yeni fakturasız (SimSim) xətt sisteminə aid bu nömrələr aktiv edildiyi tarixdən etibarən 10 təqvim günü ərzində ən azı 1 AZN nominalında danışıq kartı (paycell və digər xidmətlər çərçivəsində yüklənən məbləğlərə şamil edilmir) nömrənin blansına yükləndikdə 3 AZN məbləğində hədiyyə balans imkanı yaradılır. Müvafiq müddət ərzində yükləmə etməyən nömrələr kampaniya şərtləri şamil edilmir.