“Ağıllı” cins gödəkcə hazırlanıb – VİDEO [AZ]
“Levi’s” geyim istehsalçısı “Google” şirkəti ilə birlikdə “Commuter Trucker Jacket” “ağıllı” gödəkcəsinin satışlarına başlayıb.
“ICTnews”a istinadən xəbər verilir ki, “Google” şirkətinin rəsmi bloqunda yerləşdirilən məlumata görə, gödəkcənin qolları “Jacquard” “ağıllı” parçasından hazırlanan xüsusi yamaqla təchiz edilib. Sensor ekran kimi işləyən parça siqnalı istifadəçidən geyimə bərkidilən kiçik “Bluetooth” modulu vasitəsilə smartfona ötürür.
Məlumata görə, gödəkcə müxtəlif proqramları, məsələn, naviqator və ya musiqi pleyerini idarə etməyə imkan verir. Müəyyən komandanı vermək üçün istifadəçi barmağını geyimin həssas hissəsinə aparmalı və ya ona iki dəfə toxunmalıdır.
Bundan başqa, gödəkcə daxil olan zənglər və bildirişlər barədə xəbər verəcək. Hazırda “Commuter Trucker Jacket” gödəkcəsi “Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edir.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, gödəkcəni yumazdan əvvəl quraşdırılmış “Bluetooth” modulunu çıxarmaq tələb olunur.
Qiyməti 350 dollar təşkil edəcək “Commuter Trucker Jacket” gödəkcəsinin satışlarına sentyabrın 27-dən etibarən başlamaq planlaşdırılır. İlkin mərhələdə gödəkcəni yalnız ABŞ-da əldə etmək mümkün olacaq. Digər ölkələrə tədarüklərin nəzərdə tutulması barədə məlumat verilmir.
Mənbə: lent.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
Ən etibarlı brauzerlər müəyyənləşib [AZ]
Almaniyanın “X41 D-Sec” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri brauzerlərə müxtəlif müdaxilə üsullarını sınaqdan keçiriblər. Testdə “Chrome”, “Edge” və “Internet Explorer” brauzerləri iştirak edib.
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, ekspertlər qənaətə gəlib ki, “Chrome” müdaxilələrdən daha mühafizəli brauzer olaraq qalır. Onun təhlükəsizlik məhdudiyyəti “Edge”dən daha yaxşıdır. Bundan başqa, “Chrome”da hücumların qarşısını almaq üçün daha effektiv üsuldan istifadə edilir.
Tədqiqatda deyilir ki, “Edge”də ən zəif yer “Microsoft” korporasiyasının köhnəlmiş “Internet Explorer” brauzerinə etibar etməkdə davam etməsidir. “Edge”də istifadəçiyə “Explorer” brauzerinə keçməyi təklif edən internet saytlarının siyahısı saxlanılır. Bu isə “Edge”də mövcud olan bütün müasir mühafizə vasitələrinin nəzərə alınmamasına səbəb olur.
Bildirilir ki, mühafizəni dəf etmək üçün ən əlverişli üsul bu saytlardan birini zərərli proqram təminatı ilə yoluxdurmaqdır. Bundan sonra virus “Internet Explorer” vasitəsilə istifadəçi kompüterinə çatdırılacaq. Bunu “X41 D-Sec” mütəxəssisləri sübut etməyə nail olublar. Belə ki, onlar “Edge” brauzerinin internet saytları siyahısında olan istifadə müddəti bitmiş domen əldə edərək istifadəçiyədək bütün mərhələlərdən keçə biliblər.
Məlumata görə, hər üç brauzerin fişinq hücumundan mühafizəsi yoxlanılıb. Bu hücumlar qarşısında boşluğa daha çox köhnəlmiş funksiyaları dəstəkləməsinə görə “Edge” və “Internet Explorer” brauzerlərinin həssas olması müəyyənləşib. Lakin ekspertlər hakerin zərərli proqram təminatını genişləndirməklə “Chrome”u tam ələ keçirə bilməsini də aşkarlayıblar.
Tədqiqatçılar həmçinin müəyyənləşdirib ki, “Safe Browsing Google” funksiyası “Microsoft”un “SmartScreen” funksiyasından daha dəqiqdir. Lakin onların məqsədi casusluq olan məqsədyönlü hücumlarla mübarizə apara biləcəklərinə ümid azdır.
“Google” tərtibatçılarının daha bir bacarığı qeydə alınan səhvlərin daha tez aradan qaldırılması, eləcə də “Chrome” üçün təhlükəli boşluqları bağlamağa imkan verən səhvlərin növbədənkənar düzəldilməsidir. “Microsoft” isə adətən aylıq “patch” paketlərinin buraxılmasını gözləyir.
Mənbə: Maide.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weTechnology