“Səni sevirəm”, lakin… – Tutuquşunun dedikləri xilasedicini ŞOKA SALDI [AZ]
İngiltərənin paytaxtı Londonda maraqlı hadisə baş verib.
Xəbər verilir ki, Amerikadan gətirilən Cessi adlı tutuquşu bazar ertəsi günü evdən qaçıb.
O, qonşularının damına çıxıb və tapılana qədər orada qalıb. Sahibi onun yaralandığını zənn edib və xilasedici çağırıb.
Londonun yanğınsöndürmə xidmətinə bağlı Heyvanları Qoruma Birliyinin işçiləri hadisə yerinə gəlib. Cessinin sahibi xilasedicilərdən tutuquşu ilə əlaqə qura bilmək “səni sevirəm” demələrini rica edib. Xilasedici dama çıxıb və quşun sahibinin dediklərini təkrarlayıb. Tutuquşu da öz növbəsində xilsediciyə “səni sevirəm” deyib, lakin ardınca söyüş söyüb.
Bütün cəhdlərə baxmayaraq, tutuquşu damdan enmək istəməyib və başqa dama qonub. Bir müddət sonra isə öz istəyi ilə evinə geri dönüb.
Mənbə: Publika Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Cinsi gücünüzə güc qatacaq – HƏKİM AÇIQLADI [AZ]
Qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran vasitələrdən də faydalıdır.
Bildirilir ki, türkiyəli həkim Osman Müftüoğlu bu barədə açıqlamasında qeyd edib.
Həkim qeyd edib ki, qarpızın ağ hissəsində olan sitrülin maddəsi təsirli təbii dərmandır:
“Sitrülin vücuda daxil olan zaman cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir və cinsi istəyi artıran maddə təsiri verir. Kişilər bu gün cinsi gücü artırmaq üçün müxtəlif kimyəvi dərmanlardan istifadə edir. Lakin qarpız qabığının faydasından çoxlarımızın xəbəri yoxdur”.
Qarpız həmçinin yüksək dərəcədə A və C vitamininə sahibdir. A vitamini dərinin qırışmasının qarşısı alır. Həmçinin qarpız qan təzyiqini normallaşdırır. Tərkibində olan likopen sümük möhkəmliyini qoruyur. Bədənin ehtiyacı olan kalsium və kaliumu təmin edir. Xərçəng hüceyrələrinə qarşı müqavimət göstərir. Böyrəkləri təmizləyir, astma, ürək və damar tıxanıqlığı, diabet, döş xərçəngi və duzlaşmanın qarşısını alır.
Mənbə: Milli Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth
Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
Ölkə ərazisində girişi məhdudlaşdırılan “Xvideos”, “Xnxx” kimi video-portallarla bağlı rəsmi açıqlama verilib.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.
Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir:
“Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir.
Səkkiz saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur.
Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, porno saytların ölkə ərazisində məhdudlaşdırılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Mənbə: Oxu Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weCommunication, weNews, weTechnology
WhatsApp-dan möhtəşəm funksiya [AZ]
“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır. Yeni funksiya messencerin “iOS” və “Android” sistemləri üçün son yeniləməsində əlçatandır.
Xəbər verilir ki, şirkətin yaydığı məlumata görə, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən “iştirakçıları əlavə etmək” düyməsinin üzərinə sıxmaq lazımdır.
Qrup zəngləri adi zənglər kimi “end-to-end” şifrlənməsinə malikdir.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology