WhatsApp-ın iMac və Windows PC proqramları istifadəyə verildi [AZ]
Wednesday, 23 August 2017
Bloqumuzu izləyən hər kəsə Salam. Dünyanın ən öndə olan mesaj sistemi WhatsApp durmadan möhtəşəm yenilikləri ilə istifadəçilərini heyran etməyə davam edir. Mükəmməl yeniliklərdən biri də WhatsApp-ın yeni istifadəyə verdiyi masa üstü (Desktop) kompyuterlər üçün olan proqram təminatıdır. Artıq bizim masa üstü kompyuterdə WhatsApp-ı istifadə etmək üçün web browserlərdən heç birinə ehtiyacımız yoxdur. Sadəcə yükləmə linkinə keçid edib yükləməyə start verirsiniz. Qeyd edək ki, proqram təminatının hələlik masa üstü kompyuterləri platforması üçün iMac və Windows PC versiyasi mümkündür. Windows PC üçün 32 və 64 bit arxitekturalı proqram təminatı hazırlanmışdır. WhatsApp masa üstü kompyuter proqram təminatını Windows PC üçün yükləyirsinizsə, sizin əməliyyat sisteminizin versiyası Windows 8 və ondan yüksək olmalıdır. Əgər iMac üçün yükləyirsinizsə Mac OS X 10.9 və ondan yüksək olmalıdır. Yükləmək üçün keçid linkiniz: [sociallocker id=2828]Buradan yüklə [/sociallocker]
Oxuduğunuz üçün təşəkkür edirik. Bizi izləməyə davam edin.Bizi həmçinin sosial şəbəkələrdə izləyin:
Facebook
Twitter
YouTube
Instagram
Google+
YouTube
Google+
weTechnology Komandası
Mənbə: weTechnology
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weTechnology
No Comments