Tramp müsəlmanlara qarşı mövqeyini dəyişəcək
“Tramp müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulması ilə bağlı mövqeyini tədricən yumşaldacaq”.
“Din.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasındn prezidentliyə namizəd Donald Trampın baş müşaviri Paul Manafort deyib.
“Onun mövqeyi normadan kənar olsa da, Amerika xalqının düşüncəsinə uyğun olacaq”, – müşavir əlavə edib.
Tramp ötən il müsəlmanların ölkəyə girişini qadağan etməyi təklif etsə də, bu ilin mayında artıq bunun sadəcə təklif olduğunu deyib.
Mənbə: Din.az
For permission content from this site must be hyperlinked when used!
Qərbin İslam siyasəti
İslamofobiya anlayışı 11 sentyabr hadisəsindən sonra məşhurlaşdı. Bu hadisə dünyadakı bütün tarazlıqların dəyişməsi üçün qığılcım oldu. Qərb ölkələrində İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik yayıldı, zorakılıq halları çoxaldı.
11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu həmin günə qədər tarixin ən qanlı terror hadisəsi idi. 11 sentyabrdan bu günə qədər keçən 15 il ərzində isə təqribən 150.000 nəfər terror hücumlarında həyatını itirib. 2000-ci ildə ölənlərin sayı 3.500, 2011-ci ildə 7.000, 2014-cü ildə isə 32.865 nəfərə çatıb. Terror hücumlarına məruz qalan ölkə sayı 62-yə yüksəlib. 11 sentyabrdan sonra terrorizm yayılıb və daha çox can almağa başlayıb.
İslam əleyhdarlığı artdıqca milyonlarla müsəlman tələyə salınır. Müsəlmanlar terrorizmlə mübarizə adı altında təqib edilir. ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin siyahılarında 1.200.000 müsəlman qeydiyyata salınıb. 5 il öncə bu rəqəm 230.000 idi. Bir çox amerikalı siyahıya düşməmək üçün müsəlman dostları ilə əlaqələrini minimuma endirib. «Uçuşuna qadağa qoyulanlar» siyahısı adı altında 47.000 nəfərin təyyarəyə minməsi qadağan olunub, bir çox amerikalı ancaq ikinci axtarışdan sonra təyyarəyə minə bilir.
Ancaq buna baxmayaraq, hələ də müsəlmanlar Qərb ölkələrində yaşamağa, həyatlarına davam etməyə çalışırlar. Yaşadıqları cəmiyyətlərə uyğunlaşmağa və özlərini həmin cəmiyyətin bir hissəsi kimi görməyə cəhd edirlər.
Qərbdə yaşayan müsəlmanların həyatları ilə bağlı araşdırmalar aparan təşkilatlar maraqlı nəticələr əldə edirlər. Bunlardan bəzilərinə nəzər salaq:
“The Guardian” qəzetində 2015-ci ilin son aylarında nəşr edilən bir məqalədə qeyd edilir ki, İngiltərə və Uelsdə yaşayan müsəlmanların yarısı burada doğulub böyüyüb və 73%-i özünü ingilis hesab edir.
2008-ci ildə CSA tərəfindən aparılan bir araşdırmaya görə, Fransada yaşayan müsəlmanlar cəmiyyətə yaxşı inteqrasiya olduqlarına inanırlar. Aparılan araşdırmanın nəticələrinə görə, 14% özünü ilk növbədə fransız, 60% isə özünü həm fransız, həm də müsəlman hesab edir. 22%-in isə fransızdan əvvəl özünü müsəlman hesab etdiyi qeyd olunur.
Müsəlmanlar yaşadıqları cəmiyyətlərə inteqrasiya olduqlarını düşünsələr belə, sırf dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqları danılmaz faktdır.
İslamofobiyanın səbəbini araşdırdıqda isə medianın burada əhəmiyyətli dərəcədə rol oynadığını görürük. Fransada keçirilən sorğuda iştirak edənlərin 78%-i medianın qərəzli mövqe tutduğunu bildirir. Mediada İslam əleyhinə ifadələr getdikcə artır. İştirakçıların 50%-i ölkə siyasətinin də İslam əleyhdarlığında rol oynadığı, siyasi fikirlərin İslamofobik hadisələri artırdığı fikrini bölüşür.
Bu araşdırmalar medianın xalqı istiqamətləndirmədəki gücünü ortaya qoyur. Media xalqı bu şəkildə yönləndirərkən, İngiltərədə varlı ərəblərin sərvətlərini necə xərclədikləri, Londonun ərəb şeyxlərinin sevdiyi şəhərlərdən biri olduğu kimi xəbərlərə çox da yer verilmir.
Müsəlman iş qadınları da ingilis cəmiyyətində yaxşı yer tuturlar. Misir mənşəli zəngin iş adamının qızı olan Camilla Al-Fayed, ərəb əsilli Shelina Janmohamed və Pakistan əsilli Farmida Bi elit təbəqəyə aid məşhur müsəlman qadınlar arasındadırlar. İngiltərədə cəmiyyətdə yer tutmuş daha bir çox tanınmış müsəlman qadın var. Bu insanların müsəlman olmaları heç zaman mənfi şəkildə mediada səsləndirilmir. Onlar Böyük Britaniyada çox etibarlı sayılır və heç kim onların terrorçu olmasından, özlərinə və ya ölkələrinə hər hansı bir zərər verməsindən qorxmur. İngilislər zəngin ərəblərə geyim, daşınmaz əmlak, hətta futbol klublarını belə satmaqdan çəkinmirlər.
Digər tərəfdən, bildiyiniz kimi, müasir Dubayın memarı da ingilislərdir. Dubayda son 10-15 ildə tikilən binaların, demək olar ki, hamısının müəllifi ingilislərdir. Hətta bu layihələrin bir çoxu ingilis podratçı firmalar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dubayda uzun illərdir yaşayan bir çox ingilis vətəndaşı var. Bu insanların da heç bir şəkildə müsəlmanlardan qaynaqlanan narahatlıqları olduğu düşünülə bilməz.
O zaman ortaya bu nəticə çıxır: Qərb üçün qorxulu olan insanların müsəlman olması deyil, onların cəmiyyət içindəki mövqeləridir. Qərb ölkələrində yaşayan az gəlirli müsəlmanlar ictimai mövqelərinə görə alçaldılır və təhlükəli qəbul edilirlər.
Bunun yaxın zamandakı örnəyini Avropa ölkələrinin Suriya miqrantlarını seçərkən gördük. Bir çox Avropa ölkəsi təhsilli suriyalıları seçərək ölkələrində kimləri görmək istədiklərini bildirmişdilər. Fikirlərini isə bu şəkildə əsaslandırmışdılar ki, bu insanlar ali təhsillərinə görə Avropa cəmiyyətinə daha yaxşı inteqrasiya olacaqlar və problem yaratmayacaqlar.
Nəticə olaraq, media kimləri yaxşı olaraq qələmə verirsə, kimlər haqqında müsbət fikir yaradırsa, xalqın da bu yöndə istiqamətləndiyi görünür. Və Qərb mediası bu gün öz mənfəətinə uyğun müsəlmanları təhlükəsiz göstərib, digərlərini terrorist olaraq təqdim edirsə, bu şəkildə Avropada və dünyada terrorizmlə mübarizə uğursuz olacaqdır.
Doğru olan, İslamın yanlış izah edilməsi nəticəsində ortaya çıxan radikal qruplarla, ideologiya ilə fikri mübarizə aparmaqdır. Terrorçuların yanlış ideologiyalarını düzgün fikirlərlə aradan qaldırmaq lazımdır.
Ən vacib olan radikalizmlə həqiqi İslam arasındakı fərqi dəqiq şəkildə ortaya qoymaq, izah etməkdir. İslam adından ortaya çıxan radikal qruplar -tətbiq etdikləri insanlıqdan uzaq hərəkətlərdən də rahat şəkildə başa düşüləcəyi kimi – İslamın əslindən çox uzaq, azğın anlayışa sahibdirlər.
Bu insanlar inandıqları doğruları Qurandan deyil, İslam adından uydurulmuş bəzi xurafatlardan alırlar. Etdikləri hərəkətləri müqəddəs görür və bu yolda həyata keçirdikləri zorakılığı öz aləmlərində “ibadət” kimi qəbul edirlər.
Bu səbəbdən əks təbliğat aparılması və doğrunun izah edilməsi çox önəmlidir. İslamın müasir, elmə, incəsənətə önəm verən, aydın, mütərəqqi və hər cür zorakılığı qadağan edən yönü göstərilməlidir. İslamın sevgini, qardaşlığı, sülhü və əmin-amanlığı tövsiyə edən din olduğu izah edilməlidir.
Mənbə: xeberinfo.com
ABŞ ordusu İrəvanda hərbi əməliyyata hazırlaşır? -Məxfi sənəd
Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana mümkün hərbi müdaxilə üçün təlimlər keçir.
Virtualaz.org xəbər verir ki, bu sensasion məxfi məlumat “The National İnterest” dərgisi tərəfindən yayılıb.
Cozef Trevetçik (Joseph Trevithick) tərəfindən yazılmış məqalədə deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var.
Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır və həmin ölkələrin adlarını gizli saxlayır.
Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin hansı dövlətlərdən getdiyini ayırd etmək çətin deyil.
Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan da yer alır.
“The National İnterest”in yazdığına görə, 2015-ci ilin aprel ayına olan vəziyyətə əsasən, ABŞ ordusu öz əsgərləri üçün müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçib. Ariana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali olaraq Qafqaz peyzajında qurulub. Bu beş dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşib.
Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır. Sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı əsasında əldə edilib. Şərti dövlətlərin hər biri oxşar siyasi struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti və hadisələri əks etdirir.
DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri İranla eynidir. Atropia və Limaria isə müvafiq olaraq Azərbaycan və Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət “Aşağı Janga” əyalətinə görə müharibə şəraitindədir. Donovia dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə Gürcüstanla eynidir.
Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80 müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total müharibə ehtimalları daxildir.
“The National İnterest” yazır ki, 2012-ci ildə Luiziana ştatının Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin, yəni İranın qoşunlarının Atrpoia dövlətinə, yəni Azərbaycana müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropia dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan keçirilib.
Mənbə: elchi.az
- Published in weNews
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
№ | Xidmət növü
(istehlakçı qrupu üzrə) |
Ölçü vahidi | Tariflər
(ƏDV ilə, manat) |
I | II | III | IV |
1. | Su təchizatı | ||
1.1. | Əhali | ||
1.1.1. | Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu | 1 kub metr | 0,35 |
1.1.2. | Digər inzibati ərazi vahidləri | 1 kub metr | 0,30 |
1.2. | Qeyri-əhali | 1 kub metr | 1,0 |
2. | Tullantı sularının axıdılması | ||
2.1. | Əhali | 1 kub metr | 0,15 |
2.2. | Qeyri-əhali | 1 kub metr | 1,0 |
Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq təsdiq edilmiş tariflərlə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə isə fəaliyyət göstərdiyi inzibati ərazi vahidləri üzrə müvafiq əhali istehlakçı qrupu üçün təsdiq edilmiş tariflərlə həyata keçirilsin.
Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilsin.
Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilsin.
Tullantı sularının axıdılması xidmətinə görə ödəniş müvafiq xidmət şəbəkəsi mövcud olduğu təqdirdə həyata keçirilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarlarının siyahısı
- 2016-cı il 13 may tarixli 6 nömrəli Qərar
Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.
Mənbə: www.tariffcouncil.gov.az
- Published in Azerbaijan, weNews