Naska xətləri [AZ]
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heoqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur.
Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. “Google Earth” proqramı ilə özünüz də baxa bilərsiniz. Bəzi şəkillərini sizə təqdim edirik.
Şəkilləri:
Kolibri Kondor Vağ Astronom Hörümçək Qutan İt Perro Əllər MeymunMənbə: Wikipedia, Wikimedia.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in World
Dünya 2036-cı ildə necə olacaq? [AZ]
İnsan orqanlarını çap edən “3D” printerlər, dövriyyədən tamamilə çıxarılmış kağız pullar və pitsa çatdıran dronlar… ABŞ-da keçirilmiş sorğunun iştirakçıları 20 il sonra dünyanı məhz belə təsəvvür edirlər. ABŞ sakinləri, həmçinin 2036-cı il üçün dünya ilə bağlı öz proqnozlarını bölüşüb.
Pitsa çatdıran pilotsuz uçan aparatlar
“London & Partners” şirkəti tərəfindən 2088 amerikalı arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, onların 66%-i düşünür ki, pitsa çatdıran dronlar gündəlik həyatımızın bir hissəsinə çevriləcək. ABŞ-da ən iri mağazalar çoxdandır, malların hava ilə daşınması üçün pilotsuz uçan aparatlardan istifadə etmək barədə düşünür.
Məsələn, “Amazon” şirkəti 3 üç il bundan əvvəl bağlamaların hava ilə 30 dəqiqə müddətində çatdırılması üçün “Prime Air” xidmətini sınaqdan keçirməyə başlamışdı.
2-3 il sonra evin qapısı önündə “hava” kuryerlərini gözləmək mümkün olacaq. İndiki qaydalar pilotsuz təyyarələrin kommersiya istifadəsini qadağan edir, ancaq ABŞ Federal Mülki Aviasiya İdarəsi artıq sözügedən qanunun yumşalması üzərində işləyir.
Sürücüsüz maşınlar dövrü yaxınlaşır
Amerikalıların 66%-i hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. “Google”, “Uber”, “Apple”, “Tesla” və Çinin “Baidu” şirkəti kimi İT nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.
“Business Insider” nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. “Ağıllı” avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.
Biohakinqin inkişafı
Amerikalıların 49%-i belə düşünür ki, küçədə öz dərisinin altına kommunikasiya çipi qurmuş insana rast gəlmək adi hala çevriləcək. Biohakinq elektronikanın implantasiyası yolu ilə insan bədəninin modernləşdirilməsidir, son illərdə populyarlaşır, ancaq hələ ki çox az sayda insan öz orqanizminə dəyişiklik etməyə risk edir.
ABŞ Transhumanizm Partiyasının lideri İştvan Zoltan bu istiqamətin ən parlaq nümayəndəsi sayılır. O, insan təbiətinin yaxşılaşdırılması üçün elmi-texniki irəliləyişin tətbiqini bəyənir. ABŞ prezidentliyinə namizəd olan Zoltanın əlinə qurulmuş “RFID” (“Radio Frequency Identification”) çipi ona qapıları açarsız açmağa imkan verir.
Kağız pullar yoxa çıxacaq
Rəyi soruşulanların 69%-i əmindir ki, nağdsız ödəniş texnologiyaları kağız pulları tamamilə məhv edəcək. Smartfonun köməyi ilə alış-verişin haqqını ödəməyə imkan verən “Apple Pay”, “Square”, “Samsung Pay” və “Android Pay” ödəmə xidmətləri inkişaf edir.
Elektron ödəniş texnologiyasının aktiv tərəfdarları informasiya texnologiyaları dövründə böyüyən və öz həyatlarını smartfonsuz təsəvvür etməyən nəsildir. Ekspertlərin proqnozuna əsasən, 2016-cı ilin nəticəsinə əsasən, mobil ödənişlərin ümumi həcmi 210% artacaq.
İlk klounlaşdırılmış insan
Amerikalılar belə düşünürlər ki, 2036-cı ildə ilk klounlaşdırılmış insan “dünyaya gələcək”. Hələ ki insanın genetik “kopyalanması” ilə bağlı heç bir hadisə qeydə alınmayıb, ancaq alimlər başqa məməlilərin kloununu uğurla yaratmağa davam edirlər. Məsələn, Cənubi Koreyada 100 min dollar məbləğinə itin (istənilən ölçü, yaş və cinsdə) klounlaşdırılması xidmətini təklif edən klinika fəaliyyət göstərir.
ABŞ Milli İnsan Genomu İnstitutunun alimləri bildiriblər ki, başqa varlıqlarla müqayisədə insanı klounlaşdırmaq texniki nöqteyi-nəzərdən daha mürəkkəbdir. Hətta əgər belə texnologiya peyda olsa belə, çətin ki, mənəvi-etik, dini və hüquq nöqteyi-nəzərindən geniş tətbiq olunsun.
Həkimə virtual ziyarət
Amerikalıların 65%-nin proqnozuna əsasən, 2036-cı ildə insanlar həkimlərə virtual ziyarət etməyə başlayacaqlar. Artıq bu gün ABŞ-da bir çox klinikalar telefon, elektron poçt və veb-kamera ilə tibbi konsultasiyalar təklif edərək distant xidməti təcrübədən keçirir. 20 il sonra isə pasiyentlər virtual reallıq eynəyi taxaraq həkimin qəbulunda olacaq.
Çap edilmiş insan orqanları
Respondentlərin 54%-nin fikrincə, “3D” çap texnologiyaları insan orqanlarının çapını reallığa çevirəcək dərəcədə təkmilləşdiriləcək. Canlı orqanizmin hüceyrələri “3D” printerdə “mürəkkəb” qismində istifadə ediləcək və printerlər lazımi ölçüdə orqanı yaradacaq. Ueyk Forest Universitetinin biomühəndisləri artıq heyvanlar üzərində laboratoriya şəraitində süni “böyüdülmüş” dəri, qulaq, sümük və əzələlərin implantasiyası ilə bağlı əməliyyat keçirirlər.
İnternetə çıxışı olan geyim
ABŞ sakinlərinin 58%-i hesab edir ki, 20 il sonra geyimlər internetə çıxışa malik olacaq.
Korporasiyalarda işləyəcək robotlar
Rəyi soruşulanların 39%-i əmindir ki, yaxın gələcəkdə süni intellektlə təchiz edilmiş robotlar böyük şirkətlərdə işləyəcək. Həm də belə robotlar adi işçi kimi deyil, rəhbər vəzifədə işləyəcək və özü müstəqil qərarlar qəbul edəcək.
Aeroportdan kosmosa uçmaq reallaşacaq
Amerikalıların 45%-nin proqnozuna görə, 2036-cı ildə birbaşa aeroportdan kosmosa uçmaq mümkün olacaq. ABŞ-da Elon Maskın rəhbərlik etdiyi “SpaceX” özəl şirkəti kommersiya kosmik daşımalarını həyata keçirir. 2016-cı ildə “SpaceX” şirkəti ilk dəfə “Falcon 9” raketinin birinci pilləsini okeanda qurulmuş platformaya endirməyə nail olub ki, bu da gələcəkdə kosmik uçuşların dəyərini xeyli azaltmağa imkan verəcək.
Süni intellektlə görüş
Amerikalı respondentlərin 35%-i hesab edir ki, 2036-cı ildə virtual oğlan dostları və rəfiqələri ilə görüşlər adi hala çevriləcək. Rəyi soruşulanların 33%-i proqnozlaşdırır ki, çat botlar və süni intellekt nə vaxtsa insanla canlı ünsiyyəti əvəz edəcək.
For permission content from this site must be hyperlinked when used!
- Published in weScience, weTechnology, World
Tramp məktəblərdə transgenderlərin ayaqyolu seçmə hüququnu ləğv edib [AZ]
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin əvvəlki prezidenti Barak Obamanın hakimiyyəti dövründə qəbul edilən transgenderlər tərəfindən ictimai ayaqyolularından istifadə qaydalarına yenidən baxıldığını elan edib.
Bu barədə BBC-yə istinadən xəbər verilir.
Obamanın tətbiq etdiyi qaydalara görə dövlət məktəblərində transgender-məktəblilərə öz seçdikləri cinsə uyğun olan ayaqyoluna getməyə icazə verilməlidir. Bu yenilik Barak Obamanın prezidentliyinin ən vacib nailiyyətlərindən hesab edilir.
Çərşənbə günü ABŞ-ın Ədliyyə və Təhsil nazirlikləri birgə bəyanat veriblər, bəyanatda əvvəlki qaydaların geri götürülməsi qərara alındığı bildirilir.
Ağ Evin mətbuat katibi Şon Spayser daha öncə Trampın bu məsələ ilə federal hökumət deyil, ştat hakimiyyətinin nəzarətinə vermək lazım olduğunu hesab etdiyini bildirmişdi.
Mənbə: oxu.az
For permission content from this site must be hyperlinked when used!
- Published in World
Tramp müsəlmanlara qarşı mövqeyini dəyişəcək
“Tramp müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulması ilə bağlı mövqeyini tədricən yumşaldacaq”.
“Din.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasındn prezidentliyə namizəd Donald Trampın baş müşaviri Paul Manafort deyib.
“Onun mövqeyi normadan kənar olsa da, Amerika xalqının düşüncəsinə uyğun olacaq”, – müşavir əlavə edib.
Tramp ötən il müsəlmanların ölkəyə girişini qadağan etməyi təklif etsə də, bu ilin mayında artıq bunun sadəcə təklif olduğunu deyib.
Mənbə: Din.az
For permission content from this site must be hyperlinked when used!
Əli Ən-Nəimi:”Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx bağlılığı vardır”
Qərb ölkələrində baş verən Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx və güclü bağlılığı var
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bunu Müsəlman Hakimlər Şurasının baş katibi Əli Ən-Nəimi təşkilatın Misir paytaxtı Qahirədə keçirilən konfransı zamanı səsləndirib.
Əl-Əzhər Şeyxi Əhməd Təyyibin başçılığı ilə keçirilən toplantıda Əli Ən-Nəimi qeyd edib ki,terrorizm və radikalizmin məhv edilməsi təkcə hamının birliyi və vəhdəti sayəsində həyata keçə bilər.
O,çıxışının davamında İsrail rejiminin işğalçı cinayətlərindən və Fələstin xalqının hüquqlarından danışaraq bildirib:”İşğalçı israil rejiminin müsəlman Fələstin xalqının barəsində hər gün törətdiyi cinayətlər insani və beynəlxalq qanunların aşkar və kobudcasına ayaq altına atılmasıdır.
Müsəlman Hakimlər Şurasının baş katibi bu iclasın açılış mərasimindən sonra media və KİV əhli ilə mətbuat konfransında iştirak edib və hazırda terrorizm qurbanlarının çoxunun müsəlmanlar olduğunu vurğulayıbi: “Müqəddəs İslam dini son günlərdə Parisdə baş verən terror hadisələrini qınayır – İslam və terrorizm arasında heç bir bağlılıq yoxdur. ”
Mənbə: http://ahlibeyt.az/news/a-4038.html
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!













