“Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]
AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq iyun ayının 21-ə təsadüf edən bu astronomik hadisədən danışıb. Bildirib ki, yayın və qışın daxil olması Yay və Qış Günəş duruşu adlandırılır. İyunun 21-də Yay Günəş duruşunda olarkən yay, dekabrın 22-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olur.
Sonra rəsədxana əməkdaşları – Türkan Məmmədova, Ülvi Vəliyev və Ruslan Məmmədovun məruzələrlə çıxış edərək Yerin Günəş ətrafında hərəkətinin xüsusiyyətləri, o cümlədən Yer kürəsində fəsillərin əmələ gəlməsi prosesi barədə məlumat veriblər.
Daha sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, weScience, weUniverse
Bu gecə Azərbaycana yay gəlib [AZ]
İyunun 21-i Bakı vaxtı ilə saat 01:43:42-də Azərbaycana yay fəsli daxil olub. Bununla da təqvim üzrə yaz fəsli başa çatıb.
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O, bildirib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsi kimi qeydə alınır.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, weNews, weScience, weUniverse