SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!
IF ANY QUESTIONS? CALL: (+994 77) 5222100 E-MAIL: OFFICE@RAM5N.COM

RAM5N, Inc.

  • HOME
  • SERVICES
  • OUR COMPANY
  • PORTFOLIO
  • WORK HISTORY
  • SUBSIDIARIES
    • weIslam
    • weUniverse
    • weServer
    • MUSIC
    • weAds
    • wePhotography
    • Folk Medicine and Health
  • WENEWS
    • weNews (All News)
  • CONTACT
    • Write to Us
  • MY CART
    No products in cart.
 March 12, 2026

Backlink nədir? [AZ]

Wednesday, 30 March 2022 by RAM5N, Inc.
Backlink nədir - What is Backlink

Backlink – bir veb saytdan digərinə verilmiş linklərdir. Yəni, veb sayt hər hansı bir məqaləsindən digərinə link verirsə, “Google” bunu referans kimi qəbul edir. Backlinklərin əsas faydası isə “Google” sıralamasında rəqiblərdən daha üstün xüsusiyyətlər qazandırmasıdır. Bu isə saytı “google”ın “gözündə” daha da yüksəyə qaldırır. Yəni, sayt performans göstəricisi (ing. Domain Authority) artmaqla daha ön sıralarda olma imkanı qazanır. Növ olaraq 3 yerə bölünürlər: topical, authentic və high authority. Həmçinin, backlink almağın bir çox yolları da mövcuddur. Bloq mətnləri, qarşılıqlı link vermə kimi yolları buna misal göstərmək olar.


Mənbə: code.edu.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

BacklinkCodingLinksram5mRAM5NScienceSEOSerach Engine OptimizeWebsiteWebsite DevelopmentweScienceweUniversewww.ram5n.com
Read more
  • Published in Coding, Programming, Technology, weSoftware, weTechnology
No Comments

Framework nədir? [AZ]

Friday, 11 February 2022 by RAM5N, Inc.
What is Framework - Freymvork nədir

Freymvork (ing. framework) – proqram sisteminin strukturudur. Adətən böyük proqram layihəsinin müxtəlif komponentlərinin işlənib hazırlanmasını və birləşdirilməsini asanlaşdırmaq məqsədilə istifadə olunur. Freymvorklar çoxyönlü, güclü və səmərəlidir, çünki onlar tez-tez bir çox təcrübəli proqramçı tərəfindən sınaqdan keçirilir və optimallaşdırılır. Freymvork istifadə edilməzsə, hər hansı bir tətbiqi hazırlamaq üçün daha çox vaxt və əmək sərf olunmalıdır. Ən məşhur freymvorklara “React”, “Laravel” və “Spring”i misal göstərmək olar.


Mənbə: code.edu.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

BacklinkCodingLinksram5mRAM5NScienceSEOSerach Engine OptimizeWebsiteWebsite DevelopmentweScienceweUniversewww.ram5n.com
Read more
  • Published in Coding, Programming, Technology, weSoftware, weTechnology
No Comments

Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

Friday, 18 September 2020 by RAM5N, Inc.
Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

Amerikalı tədqiqatçıların fikrincə, həddən artıq soyudulmuş su – bir yerdə olan iki mayedir. Onlar maye suyun ölçülməsi tarixində ilk dəfə olaraq adi donma temperaturundan daha aşağı temperaturda ölçmə apardıqdan sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.

Su kimyəvi maddə kimi axıradək tədqiq edilməyib. Alimlər bəzən onu Yer üzündə ən müəmmalı substansiya adlandırırlar. Məsələ ondadır ki, su digər mayelərə bənzəmir – donanda genişlənir və digər mayelər kimi sıxılmır. Buz halında olanda suda batmır və səthdə üzür. Suyun qaynama temperaturu yüksəkdir və o, yaxşı həlledicidir: üzvi və qeyri-üzvi maddələrin çoxu müxtəlif şəraitdə suda həll olur. Nəhayət, suyun səthi gərilmə əmsalı böyükdür. Bütün bu unikal xüsusiyyətlərinə görə su Yer üzündə həyatın əsasına çevrilib.

Suyun digər bir keyfiyyəti də var – o, çox “həvəssiz” donur. Əgər digər mayelər bərk hala donma başlanan andan tədricən keçirsə, su axıradək “müqavimət” göstərir. İlkin bərkimək üçün suda həmişə nüvənin kristallaşması lazımdır.

ABŞ Energetika Nazirliyinin Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasından olan tədqiqatçılar bu kristal hissəciyin olmayacağı təqdirdə suyun hansı temperaturadək maye halında qalacağını yoxlamağı qərara alıblar.

Məlumdur ki, su buludlarda hətta ən aşağı temperatur zamanı həddən artıq soyumuş damcı kimi ola bilər. Daha yuxarı və soyuq laylardan bu buludlara xırda buz “tozu” düşəndə damcılar dərhal kristallaşır və yerə buz dənəciyi və ya dolu formasında düşür.

Alimlər laboratoriyada nazik buz pərdəsini lazerlə dağıdaraq həddən artıq soyumuş maye su yaradıblar. Sonra ultraqırmızı spektroskopiyanın köməyilə Kelvin şkalası üzrə 135-245 dərəcə intervalında, Selsi üzrə mənfi 138 dərəcədən mənfi 38 dərəcəyədək intervalda suyun dəyişməsinin ən xırda mərhələrinin hamısını izləyiblər.

Faza hallarını “stop-kadr”larında alimlər görüblər ki, su həddən çox soyudulduqdan sonra sıx maye fazaya kondensasiya edilir ki, bu da adi maye faza ilə yanaşı mövcud olmaqda davam edir. Bu halda temperatur Kelvin şkalasında 190-dan 245-ə artdıqda yüksək sıxlıqlı mayenin payı tezliklə azalmağa başlayır.

Alimlər ilk dəfə olaraq təcrübi şəkildə sübut ediblər ki, həddən çox soyudulmuş su sabit ikifazalı maye halında ola bilər. Fazalar arasında münasibət temperaturdan asılı olaraq dəyişir. Əvvəllər hesab edilirdi ki, həddən artıq soyudulmuş su qaçılmaz olaraq zaman keçdikcə bərk hala keçir.


Mənbə: AzərTac

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

American ScientistsScienceweNews
Read more
  • Published in weNews, weScience
No Comments

“Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

Monday, 22 June 2020 by RAM5N, Inc.

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq iyun ayının 21-ə təsadüf edən bu astronomik hadisədən danışıb. Bildirib ki, yayın və qışın daxil olması Yay və Qış Günəş duruşu adlandırılır. İyunun 21-də Yay Günəş duruşunda olarkən yay, dekabrın 22-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olur.

Sonra rəsədxana əməkdaşları – Türkan Məmmədova, Ülvi Vəliyev və Ruslan Məmmədovun məruzələrlə çıxış edərək Yerin Günəş ətrafında hərəkətinin xüsusiyyətləri, o cümlədən Yer kürəsində fəsillərin əmələ gəlməsi prosesi barədə məlumat veriblər.

Daha sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.


Mənbə: AMEA

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Inc.ram5ram5mRAM5Nram5n.com weUniverseScienceUniverseweScienceweUniversewww.ram5n.com
Read more
  • Published in Azerbaijan, weScience, weUniverse
No Comments

Bu gecə Azərbaycana yay gəlib [AZ]

Sunday, 21 June 2020 by RAM5N, Inc.

İyunun 21-i Bakı vaxtı ilə saat 01:43:42-də Azərbaycana yay fəsli daxil olub. Bununla da təqvim üzrə yaz fəsli başa çatıb.

Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O, bildirib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsi kimi qeydə alınır.


Mənbə: AMEA

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Azerbaijan NewsInc.RAM5NScienceSummer 2020Summer in AzerbaijanweNewsweScinecewww.ram5n.com
Read more
  • Published in Azerbaijan, weNews, weScience, weUniverse
No Comments

Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar [AZ]

Friday, 10 January 2020 by RAM5N, Inc.

Kanadanın Toronto Universitetinin alimləri hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər.

hightech.fm saytı xəbər verir ki, süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri yaratmışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlamışdılar.


Mənbə: AMEA

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblarHigh Technologyram5n.comScienceTechnologyweNews RAM5N.COMweScienceweTechnology
Read more
  • Published in weNews, weScience
No Comments

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” mayın sonuna qədər hazır olacaq [AZ]

Friday, 19 April 2019 by RAM5N, Inc.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu – Lüğətə 4000 yeni söz əlavə olunub

“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” may ayının sonuna qədər hazır olunacaq”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə Nazirlər Kabineti tərəfindən baxılıb: “Yeni lüğətə Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müsbət rəy verilib. Daha sonra baxılması üçün Prezident Administrasiyasına (PA) göndərilib. PA-dan isə lüğəti təkrar olaraq bizə göndərdilər ki, bəzi əlavə və dəyişiklər edək. Biz bundan sonra yenidən lüğəti PA-ya təqdim etdik. Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” may ayının sonuna qədər hazır olunacaq və nəşrə göndəriləcək”.

Akademik qeyd edib ki, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 113 min sözü əhatə edir: “Köhnə lüğətdən 1000-dən çox qondarma söz çıxarılaraq yeni lüğətə salınmayıb, çünki elə sözlər var idi ki, eyni mənanı daşıyırdı. Misal üçün: nəqqaş və naqqaş. Eyni zamanda daha 4000 yeni söz lüğətə əlavə olunub. Yeni əlavə olunan sözlər müasir informasiya texnologiyası və qloballaşma ilə bağlı olan sözlərdir. Məsələn, 2013-cü ildə nəşr olunan lüğətdə multikulturalizm, tolerantlıq və s. sözlər yox idi”.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” təqribən 5 ildən bir hazırlanır.


Mənbə: Report.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

"Azərbaycan dilinin orfoqrafiya lüğəti" mayın sonuna qədər hazır olacaqAMEAAzerbaijanazerbaycan-dilinin-orfoqrafiya-lugeti-mayin-sonuna-qeder-hazir-olacaqOrfoqrafiyaram5n.comScienceSpelling Dictionary AzerbaijanweNewsweNews Azerbaijan
Read more
  • Published in Azerbaijan, News of Azerbaijan, weNews, weScience
No Comments

Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib [AZ]

Thursday, 21 February 2019 by RAM5N, Inc.

Yaponiyada gen terapiyasında ilk dəfə istifadə ediləcək dərmana razılıq verilib. Yaponiya KİV-inə istinadla xəbər verilir ki, bu barədə qərar hökumət yanında ekspertlər komissiyası tərəfindən qəbul edilib.

Bildirilir ki, “AnGes” şirkəti “Collategene” adlı preparatın qeydiyyata alınması üçün müraciət edib. Bu dərmanın ayağın toxumalarının məhvinə səbəb olan qanın zəif dövranını tənzimləmək məqsədilə tətbiq ediləcəyi bildirilir.

Qeyd edək ki, son zamanlar gen terapiyası yeni nəsildə təkrarlanan irsi xəstəliklərin müalicəsində geniş tətbiq edilməyə başlayıb. Eyni zamanda, gen terapiyasından indiyədək müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanın tapılmadığı xəstəliklərdə də istifadə edilir. Belə preparatlar ABŞ-da və digər ölkələrdə tətbiq olunur.

“Collategene” preparatının tərkibində damarları yaradan və zədələnmiş ətraflarda qanın dövranını tənzimləyən genlər var.


Mənbə: Azərtac

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

JapanJapan ScienistScienceTerapyweNewsweScienceYaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq ve
Read more
  • Published in weHealth, weNews, weScience
No Comments

“Qlobal istiləşmə” termininin müəllifi öldü, problem isə… [AZ]

Wednesday, 20 February 2019 by RAM5N, Inc.

Mütəxəssislər deyir ki, dünyanın böyük dövlətləri ciddi tədbirlər görməsələr, kəskin fəsadlarla üzləşə bilərik

Son dövrlər bütün dünyanı narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Xüsusilə də bəzi ölkələrdə müşahidə edilən qlobal istiləşmə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. İlk olaraq qlobal istiləşmə ilə bağlı bəzi nüansları qeyd edək. Qlobal istiləşmə XX və XXI əsrlərdə qurunun və dünya okeanının atmosferinin orta illik dərəcəsinin tədricən yüksəlməsidir. İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun (İDDEQ) 2007-ci ildəki məruzəsinə görə, iqlim sisteminin istiləşməsi inkar olunmaz faktdır. Bunu hava və okeanların artan temperaturları üzərində müşahidələrdən, qar və buzlaqların əriməsinin artmasından, okeanların orta səviyyəsinin qalxmasından görmək olar. Temperatur dəyişməsinin yüzillik trendi (1906-2005-ci illər) 0,76-ya bərabərdir. 1856-2005-ci illər dövründəki istiləşmə trendi 1906-2005-ci yüzillikdəkindən iki dəfə çoxdur.
Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi – bütün bunlar qlobal iqlim dəyişmələrinin əlamətləri hesab edilir. Son 150 il ərzində axırıncı 12 ilin 11 ili bütün dövrlərin ən isti illəri sayılır. Yer tarixində 20 dəfə rekord isti yay dövrü olmuşdur ki, bunlar da 1980-ci ildən indiki dövrə qədər təsadüf edir. Deqradasiyaya məruz qalmış, həyat qabiliyyətini itirmiş ölü zonalar getdikcə artır. Bu ekoloji fəlakətin bir səbəbi evtrofikasiya – dəniz sularında üzvi maddələrin (xüsusən azot və fosfor tərkibli) ifrat konsentrasiyası ilə bağlıdır. BMT-nin “Minilliyin astanasında ekosistemin qiymətləndirilməsi” mövzusundakı 2005-ci il hesabatında qeyd edilir ki, 1860-cı ildən 1990-cı ilədək dənizə atılmış azot birləşməli maddələrin miqdarı 80% artmışdır. Beləcə, bütün bunlar qlobal istiləşmələrin müşahidə olunması ilə nəticələnib.
Onu da qeyd edək ki, “qlobal istiləşmə” terminini ilk dəfə geoloq Uolles Smir Broker  1975-ci ildə “Sciene” jurnalındakı məqaləsində istifadə edib. Fevralın 18-də “qlobal istiləşmə” terminini elmə gətirən Uolles Broker 87 yaşında dünyasını dəyişib. Geoloq dünyasını dəyişsə də, onun “qlobal istiləşmə” termini öz aktuallığını saxlayır. Bu problemin hazırda hansı səviyyədə olduğunu, ilk dəfə işləndiyi vaxtdan bu günə qədər nə kimi dəyişikliyin olduğunu və bu problemin qarşısını almaq üçün hansı addımların atıla biləcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Soltanovun fikrincə, istiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır: “Müasir dövrün ən böyük problemlərimdən biri də qlobal istiləşmədir. Vaxtı ilə dünya miqyasında əhalinin sayı az olduğu üçün atmosferdə gedən proseslər qlobal istiləşməyə təsir göstərmirdi. Amma hazırda əhalinin sürətlə artması və elmi texnikanın inkişafı nəticəsində atmosferə buraxılan qazların miqdarı çoxalıb. Aramid effekti yarandığı üçün də qlobal istiləşməyə təsir edir. Günümüzdə bu proses qlobal xarakter aldığı üçün Birləşmiş Millətlər Təşkilatı və bu kimi beynəlxalq digər təşkilatlar atmosferə buraxılan zəhərli qazları azaltmaq məqsədi ilə müəyyən tədbirlərin həyata keçirilməsi üçün konvensiyalar qəbul ediblər. Amma çox təəssüflər olsun ki, bəzi ölkələr həmin konvensiyanın müddəalarına əməl etmir. Əgər ABŞ və inkişaf etmiş digər kapitalist ölkələri atmosferin çirklənməsinin qarşısını almaq üçün ərazilərindəki bəzi sənaye obyektlərinin bağlamalı və ya müasir texnologiyalardan istifadə etməklə qlobal istiləşmənin qarşısını almalıdırlar. İstiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır. Bu istiqamətdə görülən tədbirlər az effekt verdiyi üçün qlobal istiləşmə hazırda ən böyük problemlərdən birinə çevrilib. Alimlərin fikrincə, dünya miqyasında bir azdan soyuqlaşma prosesi başlayacaq. Yəni iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təxminən 15-20 il sonra soyuqlaşma müşahidə edilə bilər”.

AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqlimşünas Məhərrəm Həsənov deyir ki, iqlim dəyişmələri hazırda bütün dünyada müşahidə edilən bir problemdir: “Qlobal istiləşmə 1961-1990-cı illərin materiallarını Ümumdünya Meteorologiya Təşkilatı norma kimi qəbul edib. 1991-ci ildən bu günə kimi temperaturun yüksəlməsi müşahidə edilir. Ümumilikdə götürüləndə isə son 50 il ərzində yer kürəsinin orta temperaturu təqribən 1 dərəcəyə qədər yüksəlib. Qeyd edilən dərəcə az deyil. Qlobal istiləşmə nəticəsində dünyada olan buzlaqlar əriyər, dünya okeanının səviyyəsi yüksələr və bunun nəticəsində okean sahildə yerləşən ərazilər su altında qala bilər. Digər tərəfdən temperaturun belə yüksəlməsi gələcəkdə quraqlığın artması ilə ərzaq probleminin yaranmasına səbəb olar. Həmçinin su ehtiyatlarının azalması da problemlər yaradar. İstiləşmənin əsas səbəbi isə indiki dövrdə antropogen amillərdir. Bu antropogen amillərin əsasını atmosferə atılan karbon qazının miqdarının artması təşkil edir. Məhz karbon qazının artması ilə atmosferdə istixana effekti deyilən bir şərait yaranır ki, bu da yer kürəsində temperaturun qalxmasına təsir edər. Bu da bir sıra problemlərin baş verməsinə səbəb ola bilər. 2015-ci ilin dekabr ayında Parisdə bir sıra dövlət rəhbərlərinin iştirakı ilə sammit keçirildi və  orada bir daha təsdiq edildi ki, son 50 il müddətində yer kürəsinin orta temperaturu yüksəlib. Yəni qlobal istiləşmə davam etməkdədir. Buna təbii fəlakət kimi baxmaq lazım deyil. Bəzi ölkələr öhdəlik götürüblər ki, atmosferə atılan karbon qazı 1992-ci il səviyyəsinə endirilsin və həmin səviyyədə saxlanılsın. Bunun üçün də ilk növbədə müəyyən sənaye müəssisələrində təmizləyici qurğular qurulmalıdır. Həmçinin avtomobillərdən havaya buraxılan zərərli qazları azaltmaq üçün hibrid maşınların istehsalı artmalıdır ki, yanacaqdan az istifadə edilsin”.


Mənbə: kaspi.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

“Qlobal istiləşmə” termininin müəllifi öldüGlobal Warming Essayproblem isəQlobal istileshmeQlobal istiləşməram5n.comScienceweNews WorldweScience
Read more
  • Published in weNews, weScience, World
No Comments

Antarktidada sirli orqanizmlər aşkarlandı [AZ]

Monday, 21 January 2019 by RAM5N, Inc.

Alimlər Antarktida buzlaqlarının altında olan göldən min illər ərzində təcrid olunmuş canlı orqanizmlərin qalıqlarını aşkarlayıb.

Xəbər verilir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.

Tədqiqatçılar cənub qütbünün su hövzələrində ilk dəfədir ki, belə qalıqlarla rastlaşır. Buna qədər alimlər belə mühitdə yalnız bakteriyaların yaşaya bildiyini fərz edirdi.

Tapıntı “Subglacial Antarctic Lakes Scientific Access” (SALSA) tədqiqatı çərçivəsində qeydə alınıb. Tədqiqatçılar Cənub qütbündən 600 kilometr aralıda yerləşən Merser gölündən nümunə götürüblər.

Bunun üçün onlar bir kilometr dərinlikdə quyu qazaraq, ora temperaturu ölçən cihaz buraxıb. Sonradan cihazı səthə çıxararaq, üzərinə yapışan çirkdən nümunələr götürüb. Nümunələr mikroskop altında araşdırılıb.

Mütəxəssislər diatom yosunların çanaqlarını, buğumayaqlılar, o cümlədən, xərçəngkimilərin və ərincəkliləri xatırladan mikroskopik canlıların qalıqlarını müşahidə edib. Bundan savayı, mikroskop altında soxulcanlara bənzəyən bitki və göbələk toxumalarını aşkarlanıb.

Alimlərin hesablamalarına görə, həmin canlılar Transantarktika dağlarının su hövzələrində, təxminən Merser gölündən 50 kilometr aralıda yaşayıb. Onların yaşayışı üçün əlverişli şərait təxminən 120 min il əvvəl mövcud olub.

Alimlər hələlik bu məxluqların gölə hansı şəkildə düşdüyünü müəyyən edə bilmir. Orqanizmlərin yaşını öyrənmək üçün onlar DNT analizi və radio-karbon təqvim araşdırması aparmaq niyyətindədirlər.


Mənbə: Oxu.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

AntarcticaAntarktidada sirli orqanizmlər aşkarlandıMuemmali orqanizmler AntarktikaMystery Organismram5n.comScienceweNews RAM5NweScience
Read more
  • Published in weNews, weScience
No Comments
  • 1
  • 2

Recent Posts

  • Backlink nədir - What is Backlink

    Backlink nədir? [AZ]

    Backlink – bir veb saytdan digərinə verilmiş li...
  • What is Framework - Freymvork nədir

    Framework nədir? [AZ]

    Freymvork (ing. framework) – proqram sisteminin...
  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

    Amerikalı tədqiqatçıların fikrincə, həddən artı...
  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

    A series of rare and unique celestial events wi...
  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

    AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizik...

Recent Comments

  • Ss on Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
  • Rehman Farooq on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • evernessince on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Wilbur on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Farouk on Best way to fix format USB before use

Archives

  • March 2022
  • February 2022
  • September 2020
  • July 2020
  • June 2020
  • April 2020
  • March 2020
  • January 2020
  • December 2019
  • October 2019
  • September 2019
  • August 2019
  • July 2019
  • June 2019
  • May 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • May 2017
  • April 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • December 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • August 2015
  • June 2015
  • April 2015
  • January 2015
  • December 2013
  • November 2012
  • July 2008

Categories

Calendar


« March 2026 »
Mo Tu We Th Fr Sa Su
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Calendar by Kieran O'Shea

Categories

  • Android
  • Apple Inc
  • Azerbaijan
  • Azerbaijani Cellular Network
  • Catastrophes
  • Coding
  • CoronaVirus Epidemic
  • Faceebook Inc
  • Financial
  • Folk Medicine
  • Google
  • Holidays
  • How-Tos
  • Mobile
  • Networking
  • News of Azerbaijan
  • Paranormal Events
  • PC & Notebook
  • Posts
  • Programming
  • Psychology
  • Samsung
  • Social Network
  • Technology
  • U.S.A
  • Uncategorized
  • weCommunication
  • weDesign
  • weHealth
  • weIslam
  • weNews
  • wePhotography
  • weScience
  • weSoftware
  • weTechnology
  • weUniverse
  • World

Recent Post

  • Backlink nədir - What is Backlink

    Backlink nədir? [AZ]

  • What is Framework - Freymvork nədir

    Framework nədir? [AZ]

  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

  • Bu gecə Azərbaycana yay gəlib [AZ]

  • Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edilib [AZ]

  • Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib [AZ]

  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib [AZ]

  • Install this emergency update for Windows 10 [US]

Top Comments

  • Ss on Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
  • Rehman Farooq on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • evernessince on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Wilbur on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Farouk on Best way to fix format USB before use
social sharing
  • RAMINSERVER
  • SUPPORT
  • ABOUT US
RAM5N, Inc.

© 2008 - 2023 | All Rights Reserved. Site by 

TOP