Fevralın 1-dən WhatsApp köhnə smartfonları dəstəkləməyəcək [AZ]
“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi, dayandırılması haqqında məlumat veriblər. 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.
“planet-today.ru” saytına istinadən xəbər verilir ki, messencerin problemsiz istifadəsi üçün “Android 4.0.3” və ya “iOS 9” versiyaları lazım olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda işləyəcək.
Mənbə: ICTnews
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar [AZ]
Kanadanın Toronto Universitetinin alimləri hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər.
hightech.fm saytı xəbər verir ki, süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.
Qeyd edək ki, bundan əvvəl Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri yaratmışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlamışdılar.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Bu gün 2020-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək [AZ]
2020-ci ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə qeydə alınacaq. Tutulma yarımkölgəli olduğundan onu adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlanacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Təbiət hadisəsi Azərbaycanda da müşahidə ediləcək.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse