Bu gün 2020-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək [AZ]
Friday, 10 January 2020
2020-ci ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə qeydə alınacaq. Tutulma yarımkölgəli olduğundan onu adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlanacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Təbiət hadisəsi Azərbaycanda da müşahidə ediləcək.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse
No Comments