2019-cu il yeni il üçün qeyri-iş günləri açiqlanib (Yenilənib) [AZ]
Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq
Xəbər verilir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür
Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1-i və 2-də iş olmayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin ‘”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.
2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.
2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü var.
2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

İstehsalat təqvimi – 2019
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
Süni intellekt nədir?! [AZ]
Əgər siz Süni intellekt sahəsi ilə maraqlanırsızsa bilməli olduğunuz ən vacib məsələlərdən biri də insan beyninin işlədilməsidir. Çünki Süni intellekt əsasında insan zəkası amili vardır.Yəni alimlər insan zəkasını əvəz etməyə çalışdıqları üçün insan beyninin necə işlədiyini də bilməlidirlər. Beynin strukturunu çox qısa bir şəkildə izah edərsək, məlumat beyində işlənəcək və nəticə çıxarılacaq və nəticələrə uyğun olaraq hərəkət ediləcəkdir. Bu təsvir proqram təminatı layihəsi idarəçiliyi ilə məşğul olanlar üçün və ya ən azı proqram mühəndisliyi kursuna daxil olanlar üçün qapalı qutu məntiqinin açıq təsviridir.
Əslində, bir az daha dərinliyə getdiyimizdə, bu proseslərin təqlid edildiyini görə bilərik, məlumatın daxilolma və çıxışını müşahidə edə bilərik, çünki bugünkü kompüterlərin iş prinsipi bu məntiqə əsaslanır. Lakin, qərar qəbul etmək üçün əvvəlcədən təyin edilmiş əməliyyatlar həyata keçirir. Ancaq insan beyni üzərində edilən araşdırmalar insan beyninin fəaliyyətinin tam bir nəzəriyyəsini yaratmağa kömək etməmişdir. Hətta indi belə insan beynin strukturunu necə işlədiyini izah etmək çətindir. Psixotronik beyin qurğuları insan beyinin funksional quruluşunu anlamaqda təsirli olmasına baxmayaraq, onlar beynin tədqiqatının inkişafında da mühüm rol oynamışlar, ancaq hələlik bu qurğularla sınaqlarda əldə etmək mümkün olmamışdır. Delqado təcrübələrinə və heyvanların beyin tədqiqatı 70 il ərzində uğurlu olmasına baxmayaraq, insanlar eyni təcrübələrdə uğur qazanmaq mümkün olmayıb. Bunun ən vacib səbəblərindən biri də insan beyninin mürəkkəbliyi və qərar mexanizmində bulanıqlıqdır. Dr. Lütfi Əliaskarzadezadənin təşəbbüskarı olduğu maşınlarda qərar qəbuletmə ideologiyasını yuxarıdakılarla müqayisə edə bilərik. Beynin dəqiq necə işləməsi aydın olmamasına baxmayaraq, bu araşdırmaların nəticə vermədiyini demək düzgün deyil. Ən azından beynimizin strukturunun 20% -ni bilirik. Bu faizdən istifadə edərək və öz gücümüzü birləşdirərək, biz özümüz hazırladığımız süni intellektin yüz faizinə nail olmaq üçün ən yaxşı vasitə olacağıq.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weTechnology
“Uşaq pulu” bərpa oluna bilər – VİDEO [AZ]
“Uşaq pulu” bərpa oluna bilər – Milli Məclisdə müzakirəyə çıxarılacaq
Azərbaycanda uşaq pulları artımı ilə bağlı bir qrup valideyn imza toplayaraq, Milli Məclisə müraciət ərizəsi yazıb. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, uşaq pulu anlayışı yenidən gündəmə gəlməlidir və bərpa olunmalıdır.
Ölkədə uşaq pullarının bərpası mümkün ola bilər.
Bununla bağlı Milli Məclisə bir qrup valideyn müraciət ünvanlayıb. Artıq Milli Məclisdən məsələyə reaksiya verilib. Millət vəkili Fazil Mustafa hesab edir ki, uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün həmin müavinətlərin bərpasına ehtiyac var.
Millət vəkili deyir ki, verilən uşaq pullarının təyinatı üzrə xərclənməsinə də nəzarət olunmalıdır. Bunun üçün məsuliyyət belə nəzərdə tutulmalıdır. Deputat hazırda uşaqlara ödənilən birdəfəlik müavinətin artırılmasını da təklif edir. Onun sözlərinə görə, müavinətlərin indiki məbləği uşaqların xərclərinin ödənilməsinə kifayət etmir.
Fazil Mustafa bildirib ki, hər iki məsələ Milli Məclisin büdcə müzakirələrində gündəmə gətiriləcək, daha sonra plenar iclasa təqdim ediləcək.
Mənbə: xezerxeber.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, weNews