Unikal teleskop hazırlanacaq – ABŞ və Rusiya alimləri razılaşdı [AZ]
NASA unikal teleskopun hazırlanması üzrə rus alimləri ilə razılığa gəlib.
Bildirilir ki, Amerika Kosmik Agentliyi sınaqdan keçirmək məqsədilə maliyyələşdiriləcək 22 innovasiya proyektinin siyahısını təqdim edib. Əvvəllər ayrı-ayrı qruplara təklif edilmiş elmi proyektlərdən 15-i artıq ilk mərhələsindən keçib. Onların 9 aylıq fəaliyyəti üçün 125 min dollar ayrılıb.
İlk mərhələ üçün nəzərdə tutulmuş ideyalara NASA əməkdaşı rusiyalı alim Vçislav Turışevin layihəsi daxildir. “Kosmik teleskop” adlanan layihədə Günəş Yer Planetinin öyrənilməsi üçün cəzibə linzası kimi istifadə edilir. Layihə çərçivəsində naviqasiya aparatı ilə bağlı problemlər, cihazlarla idarəetmə məsələlərinin tam şəkildə həll olunması gözlənilir.
Unikal teleskop 600 astronomik nöqtəyə çıxış əldə edəcək.
Mənbə: metbuat.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weTechnology, weUniverse
“Google” yalançı xəbərlərə qarşı mübarizəyə başladı [AZ]
“Google” şirkəti xəbərin doğru olduğunu yoxlayan yeni sistemi işə salacaq.
Xəbər verilir ki, “Facebook”-dan sonra “Google” şirkəti də fakt yoxlayan təşkilatlara müraciət edib. Şirkətin məqsədi yalançı xəbərlərə qarşı birgə mübarizə aparmaqdır.
Axtarış aparan zaman “Google” mənbənin qiymətləndirməsini göstərəcək. Məsələn, “PolitiFact” və ya “Snopes” xəbərin dəqiq olub-olmadığını göstərəcək.
Mənbə: olke.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weTechnology