“Google” yalançı xəbərlərə qarşı mübarizəyə başladı [AZ]
Saturday, 08 April 2017
“Google” şirkəti xəbərin doğru olduğunu yoxlayan yeni sistemi işə salacaq.
Xəbər verilir ki, “Facebook”-dan sonra “Google” şirkəti də fakt yoxlayan təşkilatlara müraciət edib. Şirkətin məqsədi yalançı xəbərlərə qarşı birgə mübarizə aparmaqdır.
Axtarış aparan zaman “Google” mənbənin qiymətləndirməsini göstərəcək. Məsələn, “PolitiFact” və ya “Snopes” xəbərin dəqiq olub-olmadığını göstərəcək.
Mənbə: olke.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weTechnology
No Comments