Muslim fasting month of Ramadan to start Thursday
- Published in weIslam
Tramp müsəlmanlara qarşı mövqeyini dəyişəcək
“Tramp müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulması ilə bağlı mövqeyini tədricən yumşaldacaq”.
“Din.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasındn prezidentliyə namizəd Donald Trampın baş müşaviri Paul Manafort deyib.
“Onun mövqeyi normadan kənar olsa da, Amerika xalqının düşüncəsinə uyğun olacaq”, – müşavir əlavə edib.
Tramp ötən il müsəlmanların ölkəyə girişini qadağan etməyi təklif etsə də, bu ilin mayında artıq bunun sadəcə təklif olduğunu deyib.
Mənbə: Din.az
For permission content from this site must be hyperlinked when used!
Qərbin İslam siyasəti
İslamofobiya anlayışı 11 sentyabr hadisəsindən sonra məşhurlaşdı. Bu hadisə dünyadakı bütün tarazlıqların dəyişməsi üçün qığılcım oldu. Qərb ölkələrində İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik yayıldı, zorakılıq halları çoxaldı.
11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu həmin günə qədər tarixin ən qanlı terror hadisəsi idi. 11 sentyabrdan bu günə qədər keçən 15 il ərzində isə təqribən 150.000 nəfər terror hücumlarında həyatını itirib. 2000-ci ildə ölənlərin sayı 3.500, 2011-ci ildə 7.000, 2014-cü ildə isə 32.865 nəfərə çatıb. Terror hücumlarına məruz qalan ölkə sayı 62-yə yüksəlib. 11 sentyabrdan sonra terrorizm yayılıb və daha çox can almağa başlayıb.
İslam əleyhdarlığı artdıqca milyonlarla müsəlman tələyə salınır. Müsəlmanlar terrorizmlə mübarizə adı altında təqib edilir. ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin siyahılarında 1.200.000 müsəlman qeydiyyata salınıb. 5 il öncə bu rəqəm 230.000 idi. Bir çox amerikalı siyahıya düşməmək üçün müsəlman dostları ilə əlaqələrini minimuma endirib. «Uçuşuna qadağa qoyulanlar» siyahısı adı altında 47.000 nəfərin təyyarəyə minməsi qadağan olunub, bir çox amerikalı ancaq ikinci axtarışdan sonra təyyarəyə minə bilir.
Ancaq buna baxmayaraq, hələ də müsəlmanlar Qərb ölkələrində yaşamağa, həyatlarına davam etməyə çalışırlar. Yaşadıqları cəmiyyətlərə uyğunlaşmağa və özlərini həmin cəmiyyətin bir hissəsi kimi görməyə cəhd edirlər.
Qərbdə yaşayan müsəlmanların həyatları ilə bağlı araşdırmalar aparan təşkilatlar maraqlı nəticələr əldə edirlər. Bunlardan bəzilərinə nəzər salaq:
“The Guardian” qəzetində 2015-ci ilin son aylarında nəşr edilən bir məqalədə qeyd edilir ki, İngiltərə və Uelsdə yaşayan müsəlmanların yarısı burada doğulub böyüyüb və 73%-i özünü ingilis hesab edir.
2008-ci ildə CSA tərəfindən aparılan bir araşdırmaya görə, Fransada yaşayan müsəlmanlar cəmiyyətə yaxşı inteqrasiya olduqlarına inanırlar. Aparılan araşdırmanın nəticələrinə görə, 14% özünü ilk növbədə fransız, 60% isə özünü həm fransız, həm də müsəlman hesab edir. 22%-in isə fransızdan əvvəl özünü müsəlman hesab etdiyi qeyd olunur.
Müsəlmanlar yaşadıqları cəmiyyətlərə inteqrasiya olduqlarını düşünsələr belə, sırf dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqları danılmaz faktdır.
İslamofobiyanın səbəbini araşdırdıqda isə medianın burada əhəmiyyətli dərəcədə rol oynadığını görürük. Fransada keçirilən sorğuda iştirak edənlərin 78%-i medianın qərəzli mövqe tutduğunu bildirir. Mediada İslam əleyhinə ifadələr getdikcə artır. İştirakçıların 50%-i ölkə siyasətinin də İslam əleyhdarlığında rol oynadığı, siyasi fikirlərin İslamofobik hadisələri artırdığı fikrini bölüşür.
Bu araşdırmalar medianın xalqı istiqamətləndirmədəki gücünü ortaya qoyur. Media xalqı bu şəkildə yönləndirərkən, İngiltərədə varlı ərəblərin sərvətlərini necə xərclədikləri, Londonun ərəb şeyxlərinin sevdiyi şəhərlərdən biri olduğu kimi xəbərlərə çox da yer verilmir.
Müsəlman iş qadınları da ingilis cəmiyyətində yaxşı yer tuturlar. Misir mənşəli zəngin iş adamının qızı olan Camilla Al-Fayed, ərəb əsilli Shelina Janmohamed və Pakistan əsilli Farmida Bi elit təbəqəyə aid məşhur müsəlman qadınlar arasındadırlar. İngiltərədə cəmiyyətdə yer tutmuş daha bir çox tanınmış müsəlman qadın var. Bu insanların müsəlman olmaları heç zaman mənfi şəkildə mediada səsləndirilmir. Onlar Böyük Britaniyada çox etibarlı sayılır və heç kim onların terrorçu olmasından, özlərinə və ya ölkələrinə hər hansı bir zərər verməsindən qorxmur. İngilislər zəngin ərəblərə geyim, daşınmaz əmlak, hətta futbol klublarını belə satmaqdan çəkinmirlər.
Digər tərəfdən, bildiyiniz kimi, müasir Dubayın memarı da ingilislərdir. Dubayda son 10-15 ildə tikilən binaların, demək olar ki, hamısının müəllifi ingilislərdir. Hətta bu layihələrin bir çoxu ingilis podratçı firmalar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dubayda uzun illərdir yaşayan bir çox ingilis vətəndaşı var. Bu insanların da heç bir şəkildə müsəlmanlardan qaynaqlanan narahatlıqları olduğu düşünülə bilməz.
O zaman ortaya bu nəticə çıxır: Qərb üçün qorxulu olan insanların müsəlman olması deyil, onların cəmiyyət içindəki mövqeləridir. Qərb ölkələrində yaşayan az gəlirli müsəlmanlar ictimai mövqelərinə görə alçaldılır və təhlükəli qəbul edilirlər.
Bunun yaxın zamandakı örnəyini Avropa ölkələrinin Suriya miqrantlarını seçərkən gördük. Bir çox Avropa ölkəsi təhsilli suriyalıları seçərək ölkələrində kimləri görmək istədiklərini bildirmişdilər. Fikirlərini isə bu şəkildə əsaslandırmışdılar ki, bu insanlar ali təhsillərinə görə Avropa cəmiyyətinə daha yaxşı inteqrasiya olacaqlar və problem yaratmayacaqlar.
Nəticə olaraq, media kimləri yaxşı olaraq qələmə verirsə, kimlər haqqında müsbət fikir yaradırsa, xalqın da bu yöndə istiqamətləndiyi görünür. Və Qərb mediası bu gün öz mənfəətinə uyğun müsəlmanları təhlükəsiz göstərib, digərlərini terrorist olaraq təqdim edirsə, bu şəkildə Avropada və dünyada terrorizmlə mübarizə uğursuz olacaqdır.
Doğru olan, İslamın yanlış izah edilməsi nəticəsində ortaya çıxan radikal qruplarla, ideologiya ilə fikri mübarizə aparmaqdır. Terrorçuların yanlış ideologiyalarını düzgün fikirlərlə aradan qaldırmaq lazımdır.
Ən vacib olan radikalizmlə həqiqi İslam arasındakı fərqi dəqiq şəkildə ortaya qoymaq, izah etməkdir. İslam adından ortaya çıxan radikal qruplar -tətbiq etdikləri insanlıqdan uzaq hərəkətlərdən də rahat şəkildə başa düşüləcəyi kimi – İslamın əslindən çox uzaq, azğın anlayışa sahibdirlər.
Bu insanlar inandıqları doğruları Qurandan deyil, İslam adından uydurulmuş bəzi xurafatlardan alırlar. Etdikləri hərəkətləri müqəddəs görür və bu yolda həyata keçirdikləri zorakılığı öz aləmlərində “ibadət” kimi qəbul edirlər.
Bu səbəbdən əks təbliğat aparılması və doğrunun izah edilməsi çox önəmlidir. İslamın müasir, elmə, incəsənətə önəm verən, aydın, mütərəqqi və hər cür zorakılığı qadağan edən yönü göstərilməlidir. İslamın sevgini, qardaşlığı, sülhü və əmin-amanlığı tövsiyə edən din olduğu izah edilməlidir.
Mənbə: xeberinfo.com
Meteoritlərə diqqət! [AZ]
Yaxın günlərdə Yer kürəsi böyük təhlükədən sovuşdu. Belə ki, bu təhlükə planetimizin yaxınlığından keçməyib onunla toqquşsaydı, bəlkə də, siz indi bu sətirləri oxuya bilməyəcəkdiniz. Alimlərin bildirdiyinə görə, diametri təxminən 100 metr olan meteorit 8 mart 2002-ci ildə Yer kürəsinə çox yaxın məsafədən keçdi.
“New Scientist” elmi jurnalının internet saytında yerləşdirilən xəbərdə meteoritin Yerlə Ay arasındakı məsafənin 1.2 misli qədər planetimizə yaxınlaşdığı bildirildi. Bu məsafə təxminən 450 000 km-ə bərabərdir. Aranızda “o qədər də yaxın keçməyib” deyə düşünənlər ola bilər, ancaq qalaktikalararası məsafələrin milyonlarla işıq ili ilə hesablandığını nəzərə alsaq, meteoritlə Yer arasındakı bu məsafənin ucsuz-bucaqsız kainat üçün olduqca kiçik rəqəm olduğunu daha yaxşı dərk edərik.
Onu da qeyd etmək lazımdır ki, “2002 EM7” adlandırılan bu meteorit Yerin yaxınlığından 8 mart 2002-ci il tarixində keçməsinə baxmayaraq, alimlər bu təhlükədən yalnız 12 martda xəbərdar oldular. Meteorit ilk dəfə Amerikanın məşhur Massaçusset Texnoloji İnstitutunun (MTU) Linkoln laboratoriyası tərəfindən 4 günlük gecikmə ilə müəyyən edildi. Alimlər meteoritin belə gec müəyyən edilməsinin səbəbini onun günəşə çox yaxın məsafədən (87 milyon kilometr) keçməsi ilə izah etdilər.
Məhz bu cəhət alimləri aşağıdakı çarəsiz etirafa sürükləyir:
Kor bölgə təhlükəsi
“Əvvəlcədən orbitini müəyyən edə bilmədiyimiz meteorit “kor bölgədən” Yer istiqamətində hərəkət edərsə və toqquşma təhlükəsi yaradarsa, xəbərdarlıqlarımız artıq heç bir əhəmiyyət daşımayacaq”. Kosmos boşluğunda hərəkət edən milyonlarla kometa, meteorit kimi göy cisimləri Yer planeti üçün ciddi təhlükə mənbəyidir. Bunlardan yalnız biri Yerlə toqquşarsa, bütün bəşəriyyət məhv ola bilər.
Planetimizə hər hansı meteorit çırpılarsa, baş verə bilən dəhşətli hadisələr üzərində düşünək.
Aparılan tədqiqatlar nəticəsində alimlər milyonlarla il əvvəl yaşamış nəhəng dinozavrların nəsillərinin tükənməsinə 65 milyon il əvvəl baş vermiş meteorit yağışının səbəb olduğunu düşünürlər. Nəhəng və güclü canlılar olan dinozavrları Yer üzündən silən bu dəhşətli hadisə dünyamızda baş vermiş ilk və son meteorit yağışı deyildi.
Elm adamları 1908-ci ildə Sibirin Tunquska bölgəsinə düşən və toqquşma nəticəsində böyük partlayışla 2000 km² sahədəki canlı aləmi məhv edən meteoriti xatırladaraq bildirdilər ki, 2002-ci ilin mart ayında Yerin yaxınlığından keçən “2002 EM7” meteoriti Tunquskaya düşən meteoritdən daha da böyükdür.
Dörd saatlıq meteorit yağışı
13 noyabr 1833-cü il tarixində Şərqi Amerikada baş verən və gecə saat 03:00 radələrində başlayan meteorit yağışı təqribən 4 saat davam etdi və səmadan gələn atəş topları sürətlə Yerə çırpılaraq, gecəni gündüzə çevirdi. Düşdükləri yerdə bataqlıqları buxarlandırır, ağacları külə çevirirdilər. Bu dəhşətli anların şahidi olan Elder Samuel Rogers faciə zamanı insanların ALLAH’a necə dua etdiklərini öz məqaləsində belə ifadə edir:
“Bəziləri həqiqətən qiyamət gününün gəlib çatdığını düşünürdü. Peşmançılıq hissi ilə diz çökərək günahlarını etiraf edir və ALLAH`dan mərhəmət diləyirdilər.” (http://science.nasa.gov/newhome/headlines/ast22jun99_2.htm)
Günəşin ətrafında müəyyən orbit üzrə hərəkət edən kometlər də Yer üçün ciddi təhlükə mənbəyidirlər. Bu kometlerdən biri olan Temple-Turtle kometinin kosmosda böyük buz və qaz kütlələri ilə hərəkəti zamanı Yer kürəsi bu buludun içinə daxil olur və nəticədə 1966-cı ilə damğasını vurmuş unudulmaz meteorit yağışı baş verir. Milyonlarla kilometr uzunluğu və 35 000 kilometr eni olduğu fərz edilən bulud topasına daxil olan kimi Yer kürəsi atəş toplarının hücumuna məruz qalır. Alimlərin hesablamalarına görə, sıx bulud topasının içindən keçərkən, saatda 100 mindən çox meteorit Yerə çırpılır (Harun Yəhya, Kainatın Yaradılışı).
Böyük təəccüb doğuran bu rəqəmlər kainatı yoxdan yaradan ALLAH`ın sərhədsiz gücünü bir daha sübut edir. Bu rəqəmlər üzərində düşündükcə, dünyəvi mənfəətlərin nə qədər kiçik və mənasız olduğunu dərk edirik. Əslində, insan kainatda bir qum dənəsi qədər belə yer tutmur. Buna görə, hər insan ALLAH qarşısındakı acizliyini bilməli və dərhal keçmiş günahlarına görə ALLAH’a tövbə edib, Ona sığınmalıdır.
Bu meteoritin sizin yaşadığınız ölkəyə, şəhərə və hətta sizin mənzilinizə düşməməyi üçün heç bir səbəb yoxdur. Şübhəsiz, ölüm hər canlının dadacağı və bizə çox yaxın olan danılmaz həqiqətdir. Hər hansı bir meteorit, xəstəlik və ya başqa səbəblər həyatımıza son qoya bilər. Heç kim bir neçə dəqiqə sonra yaşayacağına zəmanət verə bilməz. Ölümdən qurtuluşun mümkün olmadığı, hər insanın bir gün mütləq Rəbbimizə döndəriləcəyi Quranda belə bildirilir:
“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə…” (Nisa surəsi, 78)
Bütün Yer kürəsi nəzarət altındadır
Əlbəttə ki, Yerə bu qədər yaxın məsafədən keçən meteoritlər də, bütün kainat kimi ALLAH’ın sonsuz iradəsi və nəzarəti altındadır. Hökm və hikmət sahibi olan ALLAH göylərdə və Yerdə baş verən bütün hadisələri məqsədsiz yaratmadığını Quranda belə bildirir:
“Biz Yeri, göyü və onların arasında olanları əyləncə üçün yaratmamışıq” (Ənbiya surəsi, 16)
Hər an kosmosdan gələn ciddi təhlükələr əhatəsində Yer kürəsinin meteoritlərindən və ya hər hansı başqa təhlükələrdən qorunması ALLAH’ın ayələrinin təcəllisidir. Məlumdur ki, göy cisimləri başqa planetlərlə toqquşduqda, məsələn, Ayın səthinə çırpıldıqda nəhəng kraterlər yaradır. Lakin Yeri əhatə edən atmosfer təbəqəsi planetimizə yaxınlaşan meteoritləri oksigen qazı sayəsində sürtünməklə alovlanmasını və Yerə çatana qədər böyük kütlə itkilərinə məruz qalmasını təmin edir. Qeyd edək ki, biz fərqində olmasaq da, atmosferə vaxtaşırı meteoritlər daxil olur, ancaq Yerə çatana qədər əriyirlər. ALLAH sonsuz şəfqət sahibidir, hər şey Onun nəzarəti altındadır. Quranda ALLAH’ın insanları hər an qoruduğu Ənbiya surəsinin 32-ci ayəsində belə xəbər verilir:
“Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.”
Ənbiya Surəsi 32-ci ayə
Saytın məlumatlarında istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weIslam, weUniverse
Əli Ən-Nəimi:”Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx bağlılığı vardır”
Qərb ölkələrində baş verən Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx və güclü bağlılığı var
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bunu Müsəlman Hakimlər Şurasının baş katibi Əli Ən-Nəimi təşkilatın Misir paytaxtı Qahirədə keçirilən konfransı zamanı səsləndirib.
Əl-Əzhər Şeyxi Əhməd Təyyibin başçılığı ilə keçirilən toplantıda Əli Ən-Nəimi qeyd edib ki,terrorizm və radikalizmin məhv edilməsi təkcə hamının birliyi və vəhdəti sayəsində həyata keçə bilər.
O,çıxışının davamında İsrail rejiminin işğalçı cinayətlərindən və Fələstin xalqının hüquqlarından danışaraq bildirib:”İşğalçı israil rejiminin müsəlman Fələstin xalqının barəsində hər gün törətdiyi cinayətlər insani və beynəlxalq qanunların aşkar və kobudcasına ayaq altına atılmasıdır.
Müsəlman Hakimlər Şurasının baş katibi bu iclasın açılış mərasimindən sonra media və KİV əhli ilə mətbuat konfransında iştirak edib və hazırda terrorizm qurbanlarının çoxunun müsəlmanlar olduğunu vurğulayıbi: “Müqəddəs İslam dini son günlərdə Parisdə baş verən terror hadisələrini qınayır – İslam və terrorizm arasında heç bir bağlılıq yoxdur. ”
Mənbə: http://ahlibeyt.az/news/a-4038.html
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!