SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!
IF ANY QUESTIONS? CALL: (+994 77) 5222100 E-MAIL: OFFICE@RAM5N.COM

RAM5N, Inc.

  • HOME
  • SERVICES
  • OUR COMPANY
  • PORTFOLIO
  • WORK HISTORY
  • SUBSIDIARIES
    • weIslam
    • weUniverse
    • weServer
    • MUSIC
    • weAds
    • wePhotography
    • Folk Medicine and Health
  • WENEWS
    • weNews (All News)
  • CONTACT
    • Write to Us
  • MY CART
    No products in cart.
 April 21, 2026

Dünya 2036-cı ildə necə olacaq? [AZ]

Saturday, 17 June 2017 by RAM5N, Inc.

İnsan orqanlarını çap edən “3D” printerlər, dövriyyədən tamamilə çıxarılmış kağız pullar və pitsa çatdıran dronlar… ABŞ-da keçirilmiş sorğunun iştirakçıları 20 il sonra dünyanı məhz belə təsəvvür edirlər. ABŞ sakinləri, həmçinin 2036-cı il üçün dünya ilə bağlı öz proqnozlarını bölüşüb.

Pitsa çatdıran pilotsuz uçan aparatlar
“London & Partners” şirkəti tərəfindən 2088 amerikalı arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, onların 66%-i düşünür ki, pitsa çatdıran dronlar gündəlik həyatımızın bir hissəsinə çevriləcək. ABŞ-da ən iri mağazalar çoxdandır, malların hava ilə daşınması üçün pilotsuz uçan aparatlardan istifadə etmək barədə düşünür.
Məsələn, “Amazon” şirkəti 3 üç il bundan əvvəl bağlamaların hava ilə 30 dəqiqə müddətində çatdırılması üçün “Prime Air” xidmətini sınaqdan keçirməyə başlamışdı.
2-3 il sonra evin qapısı önündə “hava” kuryerlərini gözləmək mümkün olacaq. İndiki qaydalar pilotsuz təyyarələrin kommersiya istifadəsini qadağan edir, ancaq ABŞ Federal Mülki Aviasiya İdarəsi artıq sözügedən qanunun yumşalması üzərində işləyir.

Sürücüsüz maşınlar dövrü yaxınlaşır
Amerikalıların 66%-i hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. “Google”, “Uber”, “Apple”, “Tesla” və Çinin “Baidu” şirkəti kimi İT nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.
“Business Insider” nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. “Ağıllı” avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.

Biohakinqin inkişafı
Amerikalıların 49%-i belə düşünür ki, küçədə öz dərisinin altına kommunikasiya çipi qurmuş insana rast gəlmək adi hala çevriləcək. Biohakinq elektronikanın implantasiyası yolu ilə insan bədəninin modernləşdirilməsidir, son illərdə populyarlaşır, ancaq hələ ki çox az sayda insan öz orqanizminə dəyişiklik etməyə risk edir.
ABŞ Transhumanizm Partiyasının lideri İştvan Zoltan bu istiqamətin ən parlaq nümayəndəsi sayılır. O, insan təbiətinin yaxşılaşdırılması üçün elmi-texniki irəliləyişin tətbiqini bəyənir. ABŞ prezidentliyinə namizəd olan Zoltanın əlinə qurulmuş “RFID” (“Radio Frequency Identification”) çipi ona qapıları açarsız açmağa imkan verir.

Kağız pullar yoxa çıxacaq
Rəyi soruşulanların 69%-i əmindir ki, nağdsız ödəniş texnologiyaları kağız pulları tamamilə məhv edəcək. Smartfonun köməyi ilə alış-verişin haqqını ödəməyə imkan verən “Apple Pay”, “Square”, “Samsung Pay” və “Android Pay” ödəmə xidmətləri inkişaf edir.
Elektron ödəniş texnologiyasının aktiv tərəfdarları informasiya texnologiyaları dövründə böyüyən və öz həyatlarını smartfonsuz təsəvvür etməyən nəsildir. Ekspertlərin proqnozuna əsasən, 2016-cı ilin nəticəsinə əsasən, mobil ödənişlərin ümumi həcmi 210% artacaq.

İlk klounlaşdırılmış insan
Amerikalılar belə düşünürlər ki, 2036-cı ildə ilk klounlaşdırılmış insan “dünyaya gələcək”. Hələ ki insanın genetik “kopyalanması” ilə bağlı heç bir hadisə qeydə alınmayıb, ancaq alimlər başqa məməlilərin kloununu uğurla yaratmağa davam edirlər. Məsələn, Cənubi Koreyada 100 min dollar məbləğinə itin (istənilən ölçü, yaş və cinsdə) klounlaşdırılması xidmətini təklif edən klinika fəaliyyət göstərir.
ABŞ Milli İnsan Genomu İnstitutunun alimləri bildiriblər ki, başqa varlıqlarla müqayisədə insanı klounlaşdırmaq texniki nöqteyi-nəzərdən daha mürəkkəbdir. Hətta əgər belə texnologiya peyda olsa belə, çətin ki, mənəvi-etik, dini və hüquq nöqteyi-nəzərindən geniş tətbiq olunsun.

Həkimə virtual ziyarət
Amerikalıların 65%-nin proqnozuna əsasən, 2036-cı ildə insanlar həkimlərə virtual ziyarət etməyə başlayacaqlar. Artıq bu gün ABŞ-da bir çox klinikalar telefon, elektron poçt və veb-kamera ilə tibbi konsultasiyalar təklif edərək distant xidməti təcrübədən keçirir. 20 il sonra isə pasiyentlər virtual reallıq eynəyi taxaraq həkimin qəbulunda olacaq.

Çap edilmiş insan orqanları
Respondentlərin 54%-nin fikrincə, “3D” çap texnologiyaları insan orqanlarının çapını reallığa çevirəcək dərəcədə təkmilləşdiriləcək. Canlı orqanizmin hüceyrələri “3D” printerdə “mürəkkəb” qismində istifadə ediləcək və printerlər lazımi ölçüdə orqanı yaradacaq. Ueyk Forest Universitetinin biomühəndisləri artıq heyvanlar üzərində laboratoriya şəraitində süni “böyüdülmüş” dəri, qulaq, sümük və əzələlərin implantasiyası ilə bağlı əməliyyat keçirirlər.

İnternetə çıxışı olan geyim
ABŞ sakinlərinin 58%-i hesab edir ki, 20 il sonra geyimlər internetə çıxışa malik olacaq.

Korporasiyalarda işləyəcək robotlar
Rəyi soruşulanların 39%-i əmindir ki, yaxın gələcəkdə süni intellektlə təchiz edilmiş robotlar böyük şirkətlərdə işləyəcək. Həm də belə robotlar adi işçi kimi deyil, rəhbər vəzifədə işləyəcək və özü müstəqil qərarlar qəbul edəcək.

Aeroportdan kosmosa uçmaq reallaşacaq
Amerikalıların 45%-nin proqnozuna görə, 2036-cı ildə birbaşa aeroportdan kosmosa uçmaq mümkün olacaq. ABŞ-da Elon Maskın rəhbərlik etdiyi “SpaceX” özəl şirkəti kommersiya kosmik daşımalarını həyata keçirir. 2016-cı ildə “SpaceX” şirkəti ilk dəfə “Falcon 9” raketinin birinci pilləsini okeanda qurulmuş platformaya endirməyə nail olub ki, bu da gələcəkdə kosmik uçuşların dəyərini xeyli azaltmağa imkan verəcək.
Süni intellektlə görüş
Amerikalı respondentlərin 35%-i hesab edir ki, 2036-cı ildə virtual oğlan dostları və rəfiqələri ilə görüşlər adi hala çevriləcək. Rəyi soruşulanların 33%-i proqnozlaşdırır ki, çat botlar və süni intellekt nə vaxtsa insanla canlı ünsiyyəti əvəz edəcək.

For permission content from this site must be hyperlinked when used!

AlimlerFutureHealthTechnologyUSAweTechnologyWorld
Read more
  • Published in weScience, weTechnology, World
No Comments

Alimlərdən maqnit qasırğaları ilə bağlı xəbərdarlıq [AZ]

Thursday, 23 February 2017 by RAM5N, Inc.

Yer kürəsi qışın son ayında güclü maqnit qasırğaları zolağına daxil olacaq. Planetin maqnit sahəsinin ən çox aktiv olacağı zaman isə 24, 25 və 28 fevral tarixlərində olacaq. Alimlərin sözlərinə görə, bu günlərdə yüklü zərrəciklərinin axını insanların səhhətinə təsir edə, mobil rabitənin, aviasiya avadanlığının işində nasazlıq yarada və hətta elektrik şəbəkəsində qısa qapanmanın yaranmasına gətirib çıxara bilər.

Bu barədə “Nation News” agentliyi məlumat yayıb.

Bu günlərdə xroniki xəstəliyi olan insanlar, xüsusilə, diqqətli olmalıdırlar. Həkimlər onlara fiziki əməklə məşğul olmağı məsləhət görmürlər. Ürək sistemində problemi olan şəxslər daha çox istirahət etməlidirlər. Hətta sağlam olan insanlarda da güclü maqnit qasırğası zamanı baş ağrıları, əsəb və təzyiq yüksəlməsi müşahidə edilir.

Mənbə: oxu.az

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

AlimlerAlimlərDünyaKosmosSaglamliqXəbərlər
Read more
  • Published in weHealth
No Comments

Meteoritlərə diqqət! [AZ]

Thursday, 21 January 2016 by RAM5N, Inc.

meteorid 1Yaxın günlərdə Yer kürəsi böyük təhlükədən sovuşdu. Belə ki, bu təhlükə planetimizin yaxınlığından keçməyib onunla toqquşsaydı, bəlkə də, siz indi bu sətirləri oxuya bilməyəcəkdiniz. Alimlərin bildirdiyinə görə, diametri təxminən 100 metr olan meteorit 8 mart 2002-ci ildə Yer kürəsinə çox yaxın məsafədən keçdi.

“New Scientist” elmi jurnalının internet saytında yerləşdirilən xəbərdə meteoritin Yerlə Ay arasındakı məsafənin 1.2 misli qədər planetimizə yaxınlaşdığı bildirildi. Bu məsafə təxminən 450 000 km-ə bərabərdir. Aranızda “o qədər də yaxın keçməyib” deyə düşünənlər ola bilər, ancaq qalaktikalararası məsafələrin milyonlarla işıq ili ilə hesablandığını nəzərə alsaq, meteoritlə Yer arasındakı bu məsafənin ucsuz-bucaqsız kainat üçün olduqca kiçik rəqəm olduğunu daha yaxşı dərk edərik.

Onu da qeyd etmək lazımdır ki, “2002 EM7” adlandırılan bu meteorit Yerin yaxınlığından 8 mart 2002-ci il tarixində keçməsinə baxmayaraq, alimlər bu təhlükədən yalnız 12 martda xəbərdar oldular. Meteorit ilk dəfə Amerikanın məşhur Massaçusset Texnoloji İnstitutunun (MTU) Linkoln laboratoriyası tərəfindən 4 günlük gecikmə ilə müəyyən edildi. Alimlər meteoritin belə gec müəyyən edilməsinin səbəbini onun günəşə çox yaxın məsafədən (87 milyon kilometr) keçməsi ilə izah etdilər.

Məhz bu cəhət alimləri aşağıdakı çarəsiz etirafa sürükləyir:

Kor bölgə təhlükəsi

“Əvvəlcədən orbitini müəyyən edə bilmədiyimiz meteorit “kor bölgədən” Yer istiqamətində hərəkət edərsə və toqquşma təhlükəsi yaradarsa, xəbərdarlıqlarımız artıq heç bir əhəmiyyət daşımayacaq”. Kosmos boşluğunda hərəkət edən milyonlarla kometa, meteorit kimi göy cisimləri Yer planeti üçün ciddi təhlükə mənbəyidir. Bunlardan yalnız biri Yerlə toqquşarsa, bütün bəşəriyyət məhv ola bilər.

Planetimizə hər hansı meteorit çırpılarsa, baş verə bilən dəhşətli hadisələr üzərində düşünək.

Aparılan tədqiqatlar nəticəsində alimlər milyonlarla il əvvəl yaşamış nəhəng dinozavrların nəsillərinin tükənməsinə 65 milyon il əvvəl baş vermiş meteorit yağışının səbəb olduğunu düşünürlər. Nəhəng və güclü canlılar olan dinozavrları Yer üzündən silən bu dəhşətli hadisə dünyamızda baş vermiş ilk və son meteorit yağışı deyildi.

Elm adamları 1908-ci ildə Sibirin Tunquska bölgəsinə düşən və toqquşma nəticəsində böyük partlayışla 2000 km² sahədəki canlı aləmi məhv edən meteoriti xatırladaraq bildirdilər ki, 2002-ci ilin mart ayında Yerin yaxınlığından keçən “2002 EM7” meteoriti Tunquskaya düşən meteoritdən daha da böyükdür.

Dörd saatlıq meteorit yağışı

meteorid 213 noyabr 1833-cü il tarixində Şərqi Amerikada baş verən və gecə saat 03:00 radələrində başlayan meteorit yağışı təqribən 4 saat davam etdi və səmadan gələn atəş topları sürətlə Yerə çırpılaraq, gecəni gündüzə çevirdi. Düşdükləri yerdə bataqlıqları buxarlandırır, ağacları külə çevirirdilər. Bu dəhşətli anların şahidi olan Elder Samuel Rogers faciə zamanı insanların ALLAH’a necə dua etdiklərini öz məqaləsində belə ifadə edir:

“Bəziləri həqiqətən qiyamət gününün gəlib çatdığını düşünürdü. Peşmançılıq hissi ilə diz çökərək günahlarını etiraf edir və ALLAH`dan mərhəmət diləyirdilər.” (http://science.nasa.gov/newhome/headlines/ast22jun99_2.htm)

Günəşin ətrafında müəyyən orbit üzrə hərəkət edən kometlər də Yer üçün ciddi təhlükə mənbəyidirlər. Bu kometlerdən biri olan Temple-Turtle kometinin kosmosda böyük buz və qaz kütlələri ilə hərəkəti zamanı Yer kürəsi bu buludun içinə daxil olur və nəticədə 1966-cı ilə damğasını vurmuş unudulmaz meteorit yağışı baş verir. Milyonlarla kilometr uzunluğu və 35 000 kilometr eni olduğu fərz edilən bulud topasına daxil olan kimi Yer kürəsi atəş toplarının hücumuna məruz qalır. Alimlərin hesablamalarına görə, sıx bulud topasının içindən keçərkən, saatda 100 mindən çox meteorit Yerə çırpılır (Harun Yəhya, Kainatın Yaradılışı).

Böyük təəccüb doğuran bu rəqəmlər kainatı yoxdan yaradan ALLAH`ın sərhədsiz gücünü bir daha sübut edir. Bu rəqəmlər üzərində düşündükcə, dünyəvi mənfəətlərin nə qədər kiçik və mənasız olduğunu dərk edirik. Əslində, insan kainatda bir qum dənəsi qədər belə yer tutmur. Buna görə, hər insan ALLAH qarşısındakı acizliyini bilməli və dərhal keçmiş günahlarına görə ALLAH’a tövbə edib, Ona sığınmalıdır.

Bu meteoritin sizin yaşadığınız ölkəyə, şəhərə və hətta sizin mənzilinizə düşməməyi üçün heç bir səbəb yoxdur. Şübhəsiz, ölüm hər canlının dadacağı və bizə çox yaxın olan danılmaz həqiqətdir. Hər hansı bir meteorit, xəstəlik və ya başqa səbəblər həyatımıza son qoya bilər. Heç kim bir neçə dəqiqə sonra yaşayacağına zəmanət verə bilməz. Ölümdən qurtuluşun mümkün olmadığı, hər insanın bir gün mütləq Rəbbimizə döndəriləcəyi Quranda belə bildirilir:

“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə…” (Nisa surəsi, 78)

Bütün Yer kürəsi nəzarət altındadır

ControlƏlbəttə ki, Yerə bu qədər yaxın məsafədən keçən meteoritlər də, bütün kainat kimi ALLAH’ın sonsuz iradəsi və nəzarəti altındadır. Hökm və hikmət sahibi olan ALLAH göylərdə və Yerdə baş verən bütün hadisələri məqsədsiz yaratmadığını Quranda belə bildirir:

“Biz Yeri, göyü və onların arasında olanları əyləncə üçün yaratmamışıq” (Ənbiya surəsi, 16)

Hər an kosmosdan gələn ciddi təhlükələr əhatəsində Yer kürəsinin meteoritlərindən və ya hər hansı başqa təhlükələrdən qorunması ALLAH’ın ayələrinin təcəllisidir. Məlumdur ki, göy cisimləri başqa planetlərlə toqquşduqda, məsələn, Ayın səthinə çırpıldıqda nəhəng kraterlər yaradır. Lakin Yeri əhatə edən atmosfer təbəqəsi planetimizə yaxınlaşan meteoritləri oksigen qazı sayəsində sürtünməklə alovlanmasını və Yerə çatana qədər böyük kütlə itkilərinə məruz qalmasını təmin edir. Qeyd edək ki, biz fərqində olmasaq da, atmosferə vaxtaşırı meteoritlər daxil olur, ancaq Yerə çatana qədər əriyirlər. ALLAH sonsuz şəfqət sahibidir, hər şey Onun nəzarəti altındadır. Quranda ALLAH’ın insanları hər an qoruduğu Ənbiya surəsinin 32-ci ayəsində belə xəbər verilir:

“Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.”

Ənbiya Surəsi 32-ci ayə

 Saytın məlumatlarında istifadə edərkən link ilə istinad mütləq vacibdir!

AlimlerCosmosMeteoritMeteroidRAM5NTechnologyweIslam
Read more
  • Published in weIslam, weUniverse
No Comments

Dükandan xama alarkən buna mütləq diqqət edin – Araşdırma

Monday, 30 November 2015 by RAM5N, Inc.

Xama bazarında plastik zəhəri

Şüşə qabda xama istehsal edən yerli bir şirkətin reklam çarxı bizi xama bazarının qablaşdırmasını araşdırmağa vadar etdi. Əlində plastik smetan qabı tutan uşağın “Yox, yemə, plastik ziyandır!” deməsinin qanunvericiliyə nə dərəcədə doğru olduğunu araşdırmaq istəyirdik ki, tamamilə fərqli nəticə ilə rastlaşdıq!

İnterAz-ın verdiyi məlumata görə, internetdə sadəcə bir “səyahət”lə bizə aydın oldu ki, demə, bu gün Azərbaycan istehlakçısına təqdim edilən xamanın plastik qabları təhlükəli hesab edilən və həyatımızdan çıxarılması tövsiyə olunan növdəndir.

Mağazada istədiyiniz bir plastik qablı xamanı götürün və altındakı işarəyə baxın. Azərbaycan bazarında istehlakçıya təqdim olunan istər xarici, istərsə də yerli istehsallı, demək olar ki, bütün xamalar 06 və ya 6 ilə nömrələnmiş PS – polistirol plastiki ilə qablaşdırılıb. Halbuki PS – polistirol tərkibidəki stirolun ayrıla bilməsi səbəbindən polivinilxloriddən – PVC-dən sonra ikinci təhlükəli plastik hesab olunur.

118

ABŞ-ın Qida və Dərman Administrasiyasının təhlükəli maddələr sırasına saldığı stirolla bağlı illərdir ki, araşdırmalar aparılır. Onun kansirogen (xərçəng yaradıcı) xüsusiyyəti, endokrin vəzinə dağıdıcı təsiri təsdiqini tapmış faktlardandır. Stirolun polimerləşməsi nəticəsində alınmış PS-in tərkibindən insan orqanizminin qəbul edə biləcəyi monomerin ayrılması şübhələri həm ABŞ-ın, həm də Avropanın bir sıra tədqiqat institutlarının və laboratoriyalarının analiz və araşdırma mövzuları olub və hazırda da davam edir. Bu səbəbdən hətta polistirolun istifadə olunduğu sahələrdə imkan daxilində əvəzləyici təhlükəsiz plastiklərə, məsələn nisbətən bahalı polipropilenə (PP – 05) keçmək tövsiyə olunur.

Beynəlxalq Həyat Elmləri İnstitutunun (ILSI) Avropada Qablaşdırma üzrə İşçi Qrup üçün hazırladığı hesabatda polistirolun soyuq qida ilə bir neçə gündən bir neçə həftəyədək, isti qida ilə isə çox qısa bir müddətə təmasda ola biləcəyi göstərilir. Hesabatda yüksək yağlılıq dərəcəsi olan məhsulların saxlanması üçün polistirolun qəbuledilməz olduğu bildirilir. Eləcə də, istənilən məhsulun uzun müddətə saxlanması üçün PS qablaşması tövsiyə edilmir. Burada temperaturun arta biləcəyi ehtimalı da nəzərdən qaçmamalıdır. Belə ki, tərkibindəki monomerlərin ayrılması üçün polistirola 70 C temperatur kifayətdir. Halbuki qida saxlanması üçün tövsiyə olunan digər plastikdə – polipropilendə bu istiyədavamlılıq temperaturu 120 C-dir.

Hesabatlarla ətraflı buradan tanış ola bilərsiniz:

http://www.ilsi.org/Europe/Publications/R2002Pac_Mat2.pdf
http://ec.europa.eu/food/food/chemicalsafety/foodcontact/practical_guide_en.pdf

İndi isə nəzərə alaq ki, Azərbaycan istehlakçısına təqdim olunan, xalis qaymaqdan hazırlandığı iddia edilib, 20-25 faiz yağlılıqda verilən xama məhsulu aylarla saxlama müddəti ilə istehsal edilir. Məhsulun potensial təhlükəsi insanı qorxudur!

Qeyd edək ki, plastik materiallar indeksləşdirilərək 1-dən 7-dək nömrələnir. Bu nömrələr plastikin hansı dərəcədə geridönüşlü olduğunu göstərmək üçün olmaqla bərabər, bizə onu tanımaq imkanı verir. Nömrələr üçbucaq içərisində yazılır (01 və ya 1, 02 və ya 2 və s.), yanında plastikin qısaldılmış adı da, məsələn (01) PET (PETE), (02) HDPE, (03) PVC (və ya V), (04) LDPE, (05) PP, (06) PS, (07) OTHER (və ya O – yəni digər) verilir.

Bu gün Azərbaycanda laboratoriya şəraitində plastik qablaşmanın tərkibindən məhsula maddələrin keçib-keçməməsini araşdırmağa ciddi ehtiyac var. Hələlik isə, sadəcə, PS qablaşmalı uzun saxlama müddətli yağlı məhsullardan – əsasən də, bu sahədə öndə olan xamadan imtina etmək lazımdır. Təbii ki, öz laboratoriyalarımızda bu plastikin tərkibindən zərərli maddənin ayrılması ilə bağlı analiz və tədqiqat nəticələri aparılmayınca, onlara verilmiş uyğunluq sertifikatları da etibar doğurmur. İstehsalçılar isə şüşə qabda süd məhsulu istehsal etməyi özləri üçün bahalı hesab edirlərsə, heç olmasa, təhlükəli sayılmayan PP 05 – polipropilendən qablaşdırma kimi istifadə edə bilərlər.

215

Səbuhi Vaqifoğlu

Mənbə: İnterAz

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

ABŞAlimlerppRAM5N
Read more
  • Published in Folk Medicine, weHealth
No Comments

Alimlər baş-beyində digər insanları qiymətləndirən sistem aşkarlayıblar

Friday, 27 November 2015 by RAM5N, Inc.

Ayrı-ayrı insanlar arasında populyarlıq insanın cəmiyyətdəki mövqeyinə bilavasitə təsir edir. ABŞ alimləri tədqiqat apararaq bəzi insanların hansı səbəbə görə digər insanlardan daha çox diqqət cəlb etməsini öyrənmək istəyiblər.

Tədqiqatçılar əsas kimi insanın sosial şəbəkələrdə özünü aparmasını götürüblər. Eksperiment iştirakçıları insanları fotoşəkil ilə qiymətləndirən zaman onların beyini baş-beyinin daha fəal hissələrini müəyyənləşdirən funksional maqnit-rezonans tomoqrafiyası metodu ilə öyrənilib. Məlum olub ki, insanların digərlərini populyar kimi qəbul etməsinə baş-beyin qabığında olan xüsusi neyron qiymətləndirmə sistemi cavabdehdir. Sistem hətta bu və ya digər insanların ətrafdakılar üçün onların özlərini cəlbedici hesab etməsələr belə cəlbedici olmasını müəyyənləşdirir.

Neyron qiymətləndirmə sistemi haqqında məlumatlar başqa insanların statusu barədə təsəvvürün bizim davranışımıza necə təsir göstərməsini anlamağa imkan verir, – “Qazeta” yazır.

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

AlimlerBrainElmRAM5NTechnologyUSAweTechnology
Read more
  • Published in weScience, weTechnology
No Comments

Recent Posts

  • Backlink nədir - What is Backlink

    Backlink nədir? [AZ]

    Backlink – bir veb saytdan digərinə verilmiş li...
  • What is Framework - Freymvork nədir

    Framework nədir? [AZ]

    Freymvork (ing. framework) – proqram sisteminin...
  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

    Amerikalı tədqiqatçıların fikrincə, həddən artı...
  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

    A series of rare and unique celestial events wi...
  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

    AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizik...

Recent Comments

  • Ss on Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
  • Rehman Farooq on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • evernessince on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Wilbur on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Farouk on Best way to fix format USB before use

Archives

  • March 2022
  • February 2022
  • September 2020
  • July 2020
  • June 2020
  • April 2020
  • March 2020
  • January 2020
  • December 2019
  • October 2019
  • September 2019
  • August 2019
  • July 2019
  • June 2019
  • May 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • May 2017
  • April 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • December 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • August 2015
  • June 2015
  • April 2015
  • January 2015
  • December 2013
  • November 2012
  • July 2008

Categories

Calendar


« April 2026 »
Mo Tu We Th Fr Sa Su
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Calendar by Kieran O'Shea

Categories

  • Android
  • Apple Inc
  • Azerbaijan
  • Azerbaijani Cellular Network
  • Catastrophes
  • Coding
  • CoronaVirus Epidemic
  • Faceebook Inc
  • Financial
  • Folk Medicine
  • Google
  • Holidays
  • How-Tos
  • Mobile
  • Networking
  • News of Azerbaijan
  • Paranormal Events
  • PC & Notebook
  • Posts
  • Programming
  • Psychology
  • Samsung
  • Social Network
  • Technology
  • U.S.A
  • Uncategorized
  • weCommunication
  • weDesign
  • weHealth
  • weIslam
  • weNews
  • wePhotography
  • weScience
  • weSoftware
  • weTechnology
  • weUniverse
  • World

Recent Post

  • Backlink nədir - What is Backlink

    Backlink nədir? [AZ]

  • What is Framework - Freymvork nədir

    Framework nədir? [AZ]

  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

  • Bu gecə Azərbaycana yay gəlib [AZ]

  • Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edilib [AZ]

  • Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib [AZ]

  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib [AZ]

  • Install this emergency update for Windows 10 [US]

Top Comments

  • Ss on Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
  • Rehman Farooq on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • evernessince on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Wilbur on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Farouk on Best way to fix format USB before use
social sharing
  • RAMINSERVER
  • SUPPORT
  • ABOUT US
RAM5N, Inc.

© 2008 - 2023 | All Rights Reserved. Site by 

TOP