SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!
IF ANY QUESTIONS? CALL: (+994 77) 5222100 E-MAIL: OFFICE@RAM5N.COM

RAM5N, Inc.

  • HOME
  • SERVICES
  • OUR COMPANY
  • PORTFOLIO
  • WORK HISTORY
  • SUBSIDIARIES
    • weIslam
    • weUniverse
    • weServer
    • MUSIC
    • weAds
    • wePhotography
    • Folk Medicine and Health
  • WENEWS
    • weNews (All News)
  • CONTACT
    • Write to Us
  • MY CART
    No products in cart.
 May 14, 2025

WhatsApp çoxdan gözlənilən “Dark Mode” fünksiyasını əlavə etdi [AZ]

Wednesday, 04 March 2020 by RAM5N, Inc.

Messenger, qaranlıq interfeys funksiyasını yeni bir yeniləmə ilə əlavə etdi

Təxminən bir ildir ki, mesajlaşma tərtibatçıları smartfonlar üçün WhatsApp interfeysinin qaranlıq versiyası üzərində işləyirlər. Və yalnız indi bu funksiya bütün istifadəçilər üçün əlçatan oldu.

Bu rejim bütün tətbiq interfeysini qaranlıq tonlarda rəngləyir. Bu funksiya, qaranlıqda gözün zədələnməsini azaltmağa imkan verir və eyni zamanda OLED displeyli smartfonlarda batareya ömrünə qənaət edir. Görünüşü təqdim edirik:

“Dark Mode” və ya qaranlıq rejimi necə aktivləşdirmək olar?

Android 10 və iOS 13 olan smartfonlarda, sistem parametrlərində müvafiq rejim aktivdirsə, qaranlıq rejim mövzu avtomatik olaraq aktivləşdirilir. Android 9 və daha yuxarı olan smartfonlar üçün bu rejim WhatsApp parametrlərində əl ilə açıla bilər.

Köhnə Android ilə smartfonlardakı qaranlıq WhastApp mövzusunu aktivləşdirmək üçün “Parametrlər” → “Söhbətlər” → “Mövzu” bölməsinə keçməlisiniz

Bundan əlavə, ən son WhatsApp yenilənməsinin smartfonunuzda mövcud olduğunu yoxlamaq lazımdır – bunun üçün Google Play tətbiq mağazasına və ya App Store-a getmək və tətbiqin yeni bir versiyasını yoxlamaq lazımdır.


Mənbə: weTechnology Team

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

weTechnologyweTechnology NewsweTechnology TeamWhatsAppWhatsApp Dark ModeWhatsApp qaranlıq rejimi
Read more
  • Published in weNews, weTechnology
No Comments

Fevralın 1-dən WhatsApp köhnə smartfonları dəstəkləməyəcək [AZ]

Saturday, 25 January 2020 by RAM5N, Inc.

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi, dayandırılması haqqında məlumat veriblər. 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.

“planet-today.ru” saytına istinadən xəbər verilir ki, messencerin problemsiz istifadəsi üçün “Android 4.0.3” və ya “iOS 9” versiyaları lazım olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda işləyəcək.


Mənbə: ICTnews

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Technology NewsweTechnologyweTechnology NewsWhatsAppWhatsApp Support OS
Read more
  • Published in weNews, weTechnology
No Comments

Facebook, Instagram və WhatsAppda texniki problemlər baş verib – Facebook açıqlama verdi [AZ]

Wednesday, 03 July 2019 by RAM5N, Inc.

“Instagram”, “Facebook” və “WhatsApp” sosial platformalarında problem yaranıb.

Xəbər verilir ki, dünyanın bir çox bölgələrindəki sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər.

“Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər.

Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 5 saata yaxındır davam edir.

Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.

Eyni zamanda Azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və video mesajlar ala bilmədiklərini bildiriblər.

Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.

“Instagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.

“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.

Məsələ ilə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Twitter” sosial şəbəkəsindən #facebookdown heşteqi ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: “Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.


Mənbə: oxu.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

3 iyul 2019 Facebook Instagram və WhatsApp işləmirFacebookFacebook Instagram və WhatsApp çökdüInstagramram5n.com newsweNewsweTechnology NewsWhatsApp
Read more
  • Published in Faceebook Inc, Social Network, weNews, weTechnology
No Comments

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıb [AZ]

Thursday, 07 February 2019 by RAM5N, Inc.

“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan olunub.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, “WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.

Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.

Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub.


Mənbə: azertag.com

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşıbFacebook Incram5n.comTechnologyUSAweNews USAweTechnologyWhatsAppWhatsApp Business
Read more
  • Published in Faceebook Inc, U.S.A, weNews, weTechnology
No Comments

WhatsApp-dan möhtəşəm funksiya [AZ]

Wednesday, 01 August 2018 by RAM5N, Inc.

“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır. Yeni funksiya messencerin “iOS” və “Android” sistemləri üçün son yeniləməsində əlçatandır.

Xəbər verilir ki, şirkətin yaydığı məlumata görə, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən “iştirakçıları əlavə etmək” düyməsinin üzərinə sıxmaq lazımdır.

Qrup zəngləri adi zənglər kimi “end-to-end” şifrlənməsinə malikdir.

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Group CallingInc.Qrup Zəngləri WhatsAppRAM5NweTechnoloyWhatsAppWhatsApp-dan möhtəşəm funksiyawww.ram5n.com
Read more
  • Published in weNews, weTechnology
No Comments

WhatsApp-da səhv göndərilmiş mesajın silinməsi? [AZ]

Thursday, 02 November 2017 by RAM5N, Inc.

DİQQƏT! Artıq WhatsApp-da səhvən göndərilmiş mesaj və media məlumatlarını qarşı tərəf oxumamış silmək mümkündür.

Dünyanın ən qabaqcıl mesajlaşma sistemi, bir milyarddan artıq istifadəçisi olan WhatsApp əvəzolunmaz funksiyaları ilə heyran etməyə davam edir.

Artıq WhatsApp-da səhvən göndərilmiş mesaj və media məlumatlarını qarşı tərəf oxumamış silmək mümkündür. Hətta mesajı və media məlumatlarını qarşı tərəf oxuduqdan sonra belə silinmək mümkündür.

Qeyd: Mesaj və media məlumatlarının silinməsi yalnız 7 dəqiqə ərzində mümkündür. 

Tətbiq olunmuş funksiya Android və iOS əməliyyat sistemləri üçün əlçatandır. Bu funksiyadan istfadə etmək üçün WhatsApp tətbiqinizi Play Store və App Store -ə daxil olub yeniləmək kifayətdir.

  Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Amazing WhatsApp FeaturesMessengersRAM5NTechnologyUSAweTechnologyWhatsApp
Read more
  • Published in weTechnology
No Comments

“WhatsApp” daha bir yeniliyi sınaqdan keçirir [AZ]

Thursday, 26 October 2017 by RAM5N, Inc.

“WhatsApp” messenceri “iOS” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir.

ICTnews-a istinadən xəbər verilir ki, yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil.

Bundan başqa, qrup zənglərinin “WhatsApp” messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil.

Başqa yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim ediləcəyi gözlənilir. Məsələn, bir neçə inzibatçı qrupu ləğv etmək və ya onun tərkibindən ixtiyari istifadəçini silmək imkanı əldə edəcək.

“WhatsApp” messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.

Mənbə: Maide.Az

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Group CallsSocial MediaUSAweTechnologyWhatsApp
Read more
  • Published in weNews, weTechnology
No Comments

WhatsApp-ın iMac və Windows PC proqramları istifadəyə verildi [AZ]

Wednesday, 23 August 2017 by RAM5N, Inc.
Bloqumuzu izləyən hər kəsə Salam. Dünyanın ən öndə olan mesaj sistemi WhatsApp durmadan möhtəşəm yenilikləri ilə istifadəçilərini heyran etməyə davam edir. Mükəmməl yeniliklərdən biri də WhatsApp-ın yeni istifadəyə verdiyi masa üstü (Desktop) kompyuterlər üçün olan proqram təminatıdır. Artıq bizim masa üstü kompyuterdə WhatsApp-ı istifadə etmək üçün web browserlərdən heç birinə ehtiyacımız yoxdur. Sadəcə yükləmə linkinə keçid edib yükləməyə start verirsiniz. Qeyd edək ki, proqram təminatının hələlik masa üstü kompyuterləri platforması üçün iMac və Windows PC versiyasi mümkündür. Windows PC üçün 32 və 64 bit arxitekturalı proqram təminatı hazırlanmışdır. WhatsApp masa üstü kompyuter proqram təminatını Windows PC üçün yükləyirsinizsə, sizin əməliyyat sisteminizin versiyası Windows 8 və ondan yüksək olmalıdır. Əgər iMac üçün yükləyirsinizsə Mac OS X 10.9 və ondan yüksək olmalıdır. Yükləmək üçün keçid linkiniz: [sociallocker id=2828]Buradan yüklə [/sociallocker] Oxuduğunuz üçün təşəkkür edirik. Bizi izləməyə davam edin.Bizi həmçinin sosial şəbəkələrdə izləyin:
Facebook
Twitter
YouTube
Instagram
Google+
weTechnology Komandası

Mənbə: weTechnology

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

AppsDesktopWhatsAppWhatsApp for MAC OS XWhatsApp For PC
Read more
  • Published in weTechnology
No Comments

WhatsApp-dan mükəmməl yenilik

Wednesday, 06 April 2016 by RAM5N, Inc.

Əziz proqram istifadəçiləri, WhatsApp mükəmməl bir yeniliyi təqdim etdi. Bundan sonra sizin yazdığınız mesaj, video, şəkil və sənədlər ən yüksək şifrələnmə texnologiyası ilə təchiz olunur. Bu “end-to-end encryption” şifrələnməsi adlanır. Daha WhatsApp məlumatlarınızın hakerlər tərəfindən mənimsənilməməsinə tamamilə zəmanət yarandı. Bu çoxlarımızın gözlədiyi ən sevindirici bir yenilikdir. Şifrələnmə bu cür aparılır. Nümunə üçün aşağıda bir misal göstərək:

  • Sizin mesajda qeyd etdiyiniz “Salam” ifadəsi bu cür “3ßø0%©” şifrələnir.

Bu xüsusiyyətdən necə istifadə etməli:

Bu əməliyyatı hələlik Android əməliyyat sistemi üçün təqdim edirik. Şifrələmək istədiyiniz bir istifadəçinin sahəsinə daxil olursunuz. Yuxarıdan aşağı düzülmüş üç nöqtəyə klikləyirsiniz, orada “Encryption” sahəsi görəcəksiniz. Bu sahəyə klilkədikdə QR koddan ibarət barkod sahəsi açılacaq. Bu barkodu skan edirsiniz və siz və seçdiyiniz istifadəşi tamamilə mükəmməl şifrələnmə ilə mühafizə olunursunuz! Bu mərhələni şəkillər vasitəsi ilə də sizin diqqətinizə çatdırırıq.

Hər kəsə bol uğurlar arzulayırıq!

weTechnology Team™

[pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”facebook” url=”https://www.facebook.com/RAM5N/” ] [pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”youtube” url=”https://www.youtube.com/RAM5NTV” ] [pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”gplus” url=”https://plus.google.com/+Ram5n” ] [pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”twitter” url=”https://twitter.com/ram5n” ]

For permission content from this site must be hyperlinked when used!

RAM5NSecurityTechnologytexnologiyaweTechnologyWhatsAppYenilik
Read more
  • Published in weNews, weTechnology
No Comments

Bangladesh Bans Facebook, WhatsApp to Stop “Criminals”

Tuesday, 24 November 2015 by RAM5N, Inc.

Last week, the government of Bangladesh ordered ISPs to ban Facebook and other social media. In the chaos that followed, the entire country lost internet access for over an hour.

Now, according to a report from Global Voices, Bangladeshi citizens little to no access to the targeted services, which include Facebook Messenger, Viber, and WhatsApp. Apparently, every ISP has its own system for implementing the ban, and some traffic is getting through.

On November 11, Prime Minister Sheikh Hasina said:

BangladeshBanqladeşBanqladeshBanqladewComputerCriminalFacebookRAM5NTechnologyTerrorizmWhatsApp
Read more
  • Published in weTechnology, World
No Comments

Recent Posts

  • Backlink nədir - What is Backlink

    Backlink nədir? [AZ]

    Backlink – bir veb saytdan digərinə verilmiş li...
  • What is Framework - Freymvork nədir

    Framework nədir? [AZ]

    Freymvork (ing. framework) – proqram sisteminin...
  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

    Amerikalı tədqiqatçıların fikrincə, həddən artı...
  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

    A series of rare and unique celestial events wi...
  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

    AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizik...

Recent Comments

  • Ss on Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
  • Rehman Farooq on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • evernessince on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Wilbur on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Farouk on Best way to fix format USB before use

Archives

  • March 2022
  • February 2022
  • September 2020
  • July 2020
  • June 2020
  • April 2020
  • March 2020
  • January 2020
  • December 2019
  • October 2019
  • September 2019
  • August 2019
  • July 2019
  • June 2019
  • May 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • April 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • May 2017
  • April 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • December 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • August 2015
  • June 2015
  • April 2015
  • January 2015
  • December 2013
  • November 2012
  • July 2008

Categories

Calendar


« May 2025 »
Mo Tu We Th Fr Sa Su
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Calendar by Kieran O'Shea

Categories

  • Android
  • Apple Inc
  • Azerbaijan
  • Azerbaijani Cellular Network
  • Catastrophes
  • Coding
  • CoronaVirus Epidemic
  • Faceebook Inc
  • Financial
  • Folk Medicine
  • Google
  • Holidays
  • How-Tos
  • Mobile
  • Networking
  • News of Azerbaijan
  • Paranormal Events
  • PC & Notebook
  • Posts
  • Programming
  • Psychology
  • Samsung
  • Social Network
  • Technology
  • U.S.A
  • Uncategorized
  • weCommunication
  • weDesign
  • weHealth
  • weIslam
  • weNews
  • wePhotography
  • weScience
  • weSoftware
  • weTechnology
  • weUniverse
  • World

Recent Post

  • Backlink nədir - What is Backlink

    Backlink nədir? [AZ]

  • What is Framework - Freymvork nədir

    Framework nədir? [AZ]

  • Alimlər suyun yeni halını kəşf ediblər - ram5n.com

    Alimlər suyun yeni halını kəşf ediblər [AZ]

  • Rare celestial event ‘planet parade’ to occur after 37 years

  • “Yay Günəş duruşu” mövzusunda elmi-praktiki seminar keçirilib [AZ]

  • Bu gecə Azərbaycana yay gəlib [AZ]

  • Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edilib [AZ]

  • Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib [AZ]

  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib [AZ]

  • Install this emergency update for Windows 10 [US]

Top Comments

  • Ss on Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
  • Rehman Farooq on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • evernessince on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Wilbur on How to Optimize SSD for Faster Performance (Windows Tweaks)
  • Farouk on Best way to fix format USB before use

Subscribe

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

Join 2 other subscribers
social sharing
  • RAMINSERVER
  • SUPPORT
  • ABOUT US
RAM5N, Inc.

© 2008 - 2023 | All Rights Reserved. Site by 

TOP