“Instagram” botların silinməsi üçün alət təqdim edib [AZ]
“Instagram” populyarlıq üçün kənar proqramlardan istifadə edən boş hesablardan saxta layk, şərh və abunəçilərin silinməsi üçün alət təqdim edib.
Xarici KİV-lərə istinadla xəbər verilir ki, sözügedən sosial şəbəkə öz hesabına layk və abunəçilərin sayını süni şəkildə artıran proqramlar üçün giriş imkanı yaradan istifadəçilərə xəbərdarlıq göndərəcək. Belə istifadəçilərə göndəriləcək xəbərdarlığın mətni ondan ibarət olacaq ki, kənar proqramın girişi ləğv edilib və istifadəçi parolunu dəyişdirməlidir.
Həmçinin “Instagram” abunəçilərin sayını artırmağı təklif edən xidmətlərin reklamını qadağan edir. Sosial şəbəkənin nümayəndələri istifadəçilərdən “Instagram”da yerləşdirilmiş belə elanlar haqqında məlumat verməyi xahiş edir.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology
“WhatsApp” daha bir yeniliyi sınaqdan keçirir [AZ]
“WhatsApp” messenceri “iOS” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir.
ICTnews-a istinadən xəbər verilir ki, yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil.
Bundan başqa, qrup zənglərinin “WhatsApp” messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil.
Başqa yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim ediləcəyi gözlənilir. Məsələn, bir neçə inzibatçı qrupu ləğv etmək və ya onun tərkibindən ixtiyari istifadəçini silmək imkanı əldə edəcək.
“WhatsApp” messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.
Mənbə: Maide.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weTechnology