Azərbaycan əhalisinin sayı açıqlandı [AZ]
Bu ilin yanvar-may aylarında əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq, 2019-cu il iyunun 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb
Xəbər verilir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək, eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.
Yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.
Mənbə: Virtualaz.org
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir
- Published in News of Azerbaijan, weNews
Xocalıda sonuncu toy… [AZ]
Bu fotonun adı “Xocalıda sonuncu toy”dur.
Vaxt 1992-ci ilin 24 fevralı, Məkan Xocalı şəhəri. Dəhşətli soyqırımından cəmi iki gün əvvəl.
Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı… Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər… Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər…
Xocalı sakinlərindən birinin bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edirik:
“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.
Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi.
Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində:
– 8 ailə tamamilə məhv edilib;
– 56 insan işgəncə ilə öldürülüb;
– 27 ailənin yalnız 1 üzvü qalıb;
– 25 uşaq hər iki valideynini itirib;
– 130 uşaq valideynlərindən birini itirib;
– 230 ailə öz başçısını itirib;
– 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
– 1275 nəfər dinc sakin girov götürülüb;
– 1165 insan girovluqdan azad edilib;
– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Mənbə: Milli.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews
İsmayıllı ərazisində zəlzələ qeydə alınıb [AZ]
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatina görə, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews, weScience