Saytların bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA [AZ]
Ölkə ərazisində girişi məhdudlaşdırılan “Xvideos”, “Xnxx” kimi video-portallarla bağlı rəsmi açıqlama verilib.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.
Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir:
“Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir.
Səkkiz saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur.
Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, porno saytların ölkə ərazisində məhdudlaşdırılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Mənbə: Oxu Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weCommunication, weNews, weTechnology
Türkmənistanda qadın çimərlik geyimləri qadağan edilib [AZ]
Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib.
“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, hazırda mağazalarda qadağadan əvvəl idxal edilən geyimlər satılır.
“Çimərlik mövsümü yaxınlaşır, bu mallara təlabat artır. Ancaq Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi qadağan olunub. Gömrük Xidməti qadağanın səbəbini açıqlamır”, – deyə satıcılar bildirib.
Türkmənistanın Gömrük Xidməti məsələ ilə bağlı KİV-in sorğularına cavab verməyib.
Bununla belə adının açıqlanmasını istəməyən gömrük əməkdaşı qadağa ilə bağlı ehtimalını bildirib: “Ola bilsin bu türkmənlərin mənəvi dəyərləri ilə bağlıdır. Başqa sözlə türkmən qızları çimərlik paltarı geyinmələrinə ehtiyac görmürlər”.
Lakin gömrük əməkdaşı qadağanı indi tətbiq edilməsinin səbəbini izah edə bilməyib.
Qeyd edək ki, Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) hakimiyyəti illərində də müxtəlif qadağalar tətbiq edilirdi. Məsələn, qızıl dişlər, saçların və saqqalın uzadılması qadağan olunmuşdu. 2013-cü ildən isə dövlət müəssisələrində işləyən, ali məktəblərdə təhsil alan qızlar qırmızı rəngli donlar və milli yayılıqlar geyinməyə məcbur edilirlər.
Bu yaxınlarda isə Türkmənistana xaricdən saç boyalarının gətirilməsi qadağan edilib.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews