Cinsi gücünüzə güc qatacaq – HƏKİM AÇIQLADI [AZ]
Qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran vasitələrdən də faydalıdır.
Bildirilir ki, türkiyəli həkim Osman Müftüoğlu bu barədə açıqlamasında qeyd edib.
Həkim qeyd edib ki, qarpızın ağ hissəsində olan sitrülin maddəsi təsirli təbii dərmandır:
“Sitrülin vücuda daxil olan zaman cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir və cinsi istəyi artıran maddə təsiri verir. Kişilər bu gün cinsi gücü artırmaq üçün müxtəlif kimyəvi dərmanlardan istifadə edir. Lakin qarpız qabığının faydasından çoxlarımızın xəbəri yoxdur”.
Qarpız həmçinin yüksək dərəcədə A və C vitamininə sahibdir. A vitamini dərinin qırışmasının qarşısı alır. Həmçinin qarpız qan təzyiqini normallaşdırır. Tərkibində olan likopen sümük möhkəmliyini qoruyur. Bədənin ehtiyacı olan kalsium və kaliumu təmin edir. Xərçəng hüceyrələrinə qarşı müqavimət göstərir. Böyrəkləri təmizləyir, astma, ürək və damar tıxanıqlığı, diabet, döş xərçəngi və duzlaşmanın qarşısını alır.
Mənbə: Milli Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth
Mədə qıcqırması – Səbəblər və Təbii Çarələr [AZ]
Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır.
Bildirilir ki, yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.
Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.
Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.
Qıcqırma təkcə döş sümüyü arxasında əmələ gələn və xəstəni narahat edən xoşagəlməz hiss deyil. Həzm şirələrinin daimi olaraq qida borusuna düşməsi onun aşağı hissəsində eroziya, xora, ağır hallarda isə hətta qida borusu xərçənginin inkişafına səbəb olur.
Bundan başqa mədə möhtəviyyatı qida borusunun yuxarı şöbələrinə və qırtlağa qədər atıldıqda xəstədə öskürək, hətta səs tutulması əmələ gəlir.
İlk yardım
Mədə qıcqırmasını qısa zamanda aradan qaldırmaq üçün bir çox vaxt suda həll edilmiş çay sodasından istifadə edirlər. Doğrudur, çay sodası mədə şirəsində olan xlorid turşusunu neytrallaşdırır, lakin reaksiya nəticəsində əmələ gələn karbon qazı mədə divarlarının dartılıb gərilməsinə və ağrıya səbəb olur, mədə xorası olan xəstələrdə isə mədə qanaxması törədə bilər. Həm də çay sodası qəbul ediləndən 30-40 dəqiqə sonra mədə şirəsinin ifrazını artırır və qıcqırma əlamətləri getdikcə artır. Ona görə də mədə turşuluğunu neytrallaşdırmaq üçün çay sodasından istifadə etmək lazım deyil. Xalq təbabəti daha effektli və zərərsiz üsullar təklif edir.
Kartof şirəsi
– 1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.
– 1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilir.
Toxum qarışığı
Bərabər miqdarda razyana, bostan şüyüdü və cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.
Süddə kətan dəmləməsi
1 çay qaşığı kətan yoxumları 1 stəkan qaynar südə əlavə olunur, ağzı bağlanaraq yarım saat dəmlənir. Dəmləndikdən sonra qarışdırılır və süzülərək gündə 1-2 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.
Fitooil Zəyərək (kətan) yağı
Hər səhər acqarına 1 -2 xörək qaşığı Fitooil Zəyərək yağı qəbul edilir.
Kərəviz kökü
Təzə kərəviz kökünün şirəsi sıxılır və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 xörək qaşığı içilir. 2 çay qaşığı qurudulmuş kərəviz kökləri xırdalanır, 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yarım stəkan qəbul olunur.
Tabaşır və ya kömür
1 çay qaşığı üyüdülmüş kəcəvər kökləri 4 çay qaşığı tabaşir tozu ilə qarışdırılır. Kəcəvər kökünün əvəzinə zəncəfil kökü, tabaşırın yerinə isə aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Qarışıqdan 1 çay qaşığı 1/3 stəkan suda həll edilir və gündə 3 dəfə qəbul edilir. Təzə kəcəvər köklərinin çeynənilməsi də qıcqırmanı azaldır.
Turşuluğa qarşı turşu
1 stəkan qaynadılmış suya 2 çay qaşığı alma sirkəsi əlavə olunur və yeməkdən qabaq qəbul edilir.
Bitki qarışığı
Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə olunaraq 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir.
2 filtr-bağlama Teastomin çayı yarım stəkan qaynar suda 15 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.
Badamla qoz
Hər birindən 100 qram qoz və badam həvəngdəstədə əzilir və ya sürtgəcin kiçik gözündən keçirilir. Qarışdırıldıqdan sonra hər gün 1 xörək qaşığı qəbul edilir.
Qızılçətir dəmləməsi
1 xörək qaşığı qızılçətir otu 1,5 stəkan suda yarım saat dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul olunur.
Portağallı biyan dəmləməsi
10 qram xırdalanmış biyan kökləri ilə 6 qram qurudulmuş portağal qabıqları üzərinə 2 stəkan qaynar su əlavə olunur və vam ocaqda yarısı qalana qədər qaynadılır. Alınan bişirməyə 1 xörək qaşığı təmiz bal əlavə olunaraq gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Prosedur 1 ay aparılır.
Profilaktika
– Az-az və tez-tez yemək yemək;
– Acı, yağlı və qızardılmış yeməklərdən, alkoqollu, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, turş meyvələrdən imtina etmək, şokolad, qəhvə və tünd çay qəbulunu məhdudlaşdırmaq;
– Yeməkdən sonra əyilib iş görməmək;
– Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək;
– Çarpayının baş hissəsini 10 sm qaldırmaq;
– Qarın nahiyəsini sıxan kəmərlər, korset və bandajlar taxmamaq.
Mənbə: Herbaflora
Saytın məlumatlarında istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine
Zəncəfilin faydası
Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir.
Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.
Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu.
Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.
Zəncəfil damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.
Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə bilərsiniz.
Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.
Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.
Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.
Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.
Zəncəfil mübadilə prosesləri sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.
Zəncəfildən dəmləmə hazırladıqda 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil əlavə olunur.
Zəncəfil yağı çox təsirli və güclü vasitədir. Müxtəlif xəstəliklər zamanı gündə 2 dəfə olmaqla bu yağın 1 damcısını daxilə qəbul etmək olar (yağı bir tikə çörəyin, 1 çay qaşığı balın üzərinə damızdırıb qəbul etmək olar).
Boğaz iltihabları, bronxit, sinusitlər (haymorit, frontit) zamanı isti suya 2 damcı zəncəfil yağı əlavə edin və bu suyun buxarı ilə nəfəs alın (ağzınız açıq olmalıdır).
Stress vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın. 10-15 gün ərzində hər axşam belə vanna qəbul edin.
Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində istifadə olunur.
Zəncəfil çayı
Zəncəfil çayı öskürək, soyuqdəymə, müxtəlif iltihablar, həzm sistemi fəaliyyətində pozulmaları, iştahasızlıq, qəbizlik, baş ağrısı zamanı çox yaxşı kömək edir, artıq çəkidən xilas edir, sakitləşdirir, orqanizmi tonuslaşdırır və s. Bu çay arterial təzyiqi normallaşdırır, aterosklerozun və trombların əmələ gəlmə riskini azaldır. Zəncəfil çayı hər bir insan üçün xeyirlidir.
Zəncəfil çayı hər gün gündə 1 fincan olmaqla içmək olar.
Zəncəfil çayın hazırlanması üsulu.
Sürtgəcdən keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığın (zövqə görə) üzərinə 200 ml qaynar suda tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1-2 çay qaşığı bal əlavə edin. Çay isti içilir.
Zəncəfil çayına zövqə görə limon, bal əlavə etmək olar.
Mənbə: www.medn.ru / www.saglamolun.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth