Dekabrda son 7 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklik
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Bildirilir ki, bunu Baş nazir Əli Əsədov bu gün imzalayıb.
“İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin”– deyə qərarda deyilir.
Xəbər verilir ki, C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-a qədər ölkədə qeyri-iş günləri olacaq.
Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.
Xatırladaq ki, dekabrın 2-də Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.
Qeyd edək ki, dekabrın 28 və 29-u şənbə və bazar gününə düşürdü. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il – 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.
weNews
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir