×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

FORGOT YOUR DETAILS?

CREATE ACCOUNT

POSTS ARE IN ENGLISH AND AZERBAIJANI

MƏQALƏLƏR İNGİLİS VƏ AZƏRBAYCAN DİLİNDƏDİR
Friday, 16 December 2016 / Published in Folk Medicine, Health

Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir.
Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.
Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu.
Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.
Zəncəfil damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.
Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə bilərsiniz.
Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.
Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.
Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.
Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.
Zəncəfil mübadilə prosesləri sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.

Zəncəfildən dəmləmə hazırladıqda 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil əlavə olunur.
Zəncəfil yağı çox təsirli və güclü vasitədir. Müxtəlif xəstəliklər zamanı gündə 2 dəfə olmaqla bu yağın 1 damcısını daxilə qəbul etmək olar (yağı bir tikə çörəyin, 1 çay qaşığı balın üzərinə damızdırıb qəbul etmək olar).
Boğaz iltihabları, bronxit, sinusitlər (haymorit, frontit) zamanı isti suya 2 damcı zəncəfil yağı əlavə edin və bu suyun buxarı ilə nəfəs alın (ağzınız açıq olmalıdır).
Stress vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın. 10-15 gün ərzində hər axşam belə vanna qəbul edin.
Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində istifadə olunur.

Zəncəfil çayı
Zəncəfil çayı öskürək, soyuqdəymə, müxtəlif iltihablar, həzm sistemi fəaliyyətində pozulmaları, iştahasızlıq, qəbizlik, baş ağrısı zamanı çox yaxşı kömək edir, artıq çəkidən xilas edir, sakitləşdirir, orqanizmi tonuslaşdırır və s. Bu çay arterial təzyiqi normallaşdırır, aterosklerozun və trombların əmələ gəlmə riskini azaldır. Zəncəfil çayı hər bir insan üçün xeyirlidir.
Zəncəfil çayı hər gün gündə 1 fincan olmaqla içmək olar.
Zəncəfil çayın hazırlanması üsulu.
Sürtgəcdən keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığın (zövqə görə) üzərinə 200 ml qaynar suda tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1-2 çay qaşığı bal əlavə edin. Çay isti içilir.
Zəncəfil çayına zövqə görə limon, bal əlavə etmək olar.

Mənbə: www.medn.ru / www.saglamolun.az

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Wednesday, 31 August 2016 / Published in Folk Medicine, Psychology

Ümumilikdə introvertlik temperamentin bir növüdür. Bu, nə utancaqlıq hissi, nə də patalogiyadır. Bundan əlavə şəxsiyyətin bu növü heç vaxt dəyişikliklərə məruz qalmır, hətta bunu çox istəsəniz belə. Lakin bunun əksinə getməyərək, bununla işləməyi öyrənə bilərsiniz.

İntrovertlərin ən əhəmiyyətli xüsusiyyəti onların enerji mənbəyindədir: onlar enerjini öz daxili dünyalarından, emosiyalarından və təəssüratlarından alırlar.

Ətraf mühit onların əhvalına çox tez təsir göstərir və hər nə isə “həddindən çox olduqda” onlarda heç də xoş olmayan hisslər yaranır. Hər bir halda tamamilə gücdən düşməmək və pərişan olmamaq üçün onlar sosial ünsiyyətləri azaldır və özlərinə məhdudiyyət qoyurlar.

Şəxsi keyfiyyətləri: 

  • İntrovertlər öz sözlərini və hərəkətlərini dəqiqliklə seçən insanlar kateqoriyasına daxildirlər. Onlar öz mühakimə qabiliyyəti, sakitliyi və diqqətliliyi sayəsində hadisələrin əsl mahiyyətinə varırlar.
  • İntrovertlər utancaq, ciddi, təvazökar olmaqla yanaşı, insanlarla ünsiyyəti kitab oxumağa dəyişirlər. Onlar özünə qapalı olur və çox az insana yaxınlaşırlar. Buna görə də onların dostu az olsa da, onlar öz dostlarına qarşı çox sədaqətlidirlər.
  • İntrovertlər öz inanclarına zidd olan hərəkətləri etməyi heç sevmirlər. Hər hansısa bir səbəbdən onlar bunu etməli olduqda çox güclü həyəcan keçirir və özlərini pis hiss edirlər. Onlar cəmiyyət həyatının ümumi müddəalarını çox nadir hallarda pozurlar. Lakin bununla yanaşı ciddi etiket qaydalarına riayət etməyi çox da sevmirlər.
  • İntrovertlər ətrafdakı insanlarla çox çətin ünsiyyətə girirlər və bu səbəbdən öz daxili dünyalarına qapanırlar. Adekvat davranış qaydalarına uymaq onlar üçün çətindir və bu səbəbdən də onlar tez-tez xoşagəlməz vəziyyətlərə düşürlər.

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Friday, 25 March 2016 / Published in Health

Saatların çəkilməsi dedikdə bahar və payız fəslində saatların irəli və geri çəkilməsi nəzərdə tutulur. Bu sistemi ona görə tənzim etmişdilər ki, enerjiyə qənaət etsinlər. Ancaq nəticə göstərdi ki, heç də enerjiyə qənaət edilmədi. Əvəzində bu sistem insan sağlamlığına müəyyən ziyanlar vurdu.

Saatların çəkilməsinin sağlamlığa təsiri.

Yuxuya təsir qoyar. O zaman ki, saatlar qabağa çəkilər, bütün insanların yuxusuna təsir qoyar. İnsan adət etdiyi yuxu saatlarını dəyişdirməyə məcbur edilər ki, bu da bir neçə gün və bəzən də bir neçə həftə yuxu sistemini pozar.

Bu dəyişmə adətən o kəslərə ki, gec yuxuya gedirlər, yeməyə çox da meyilləri yoxdur, daha zəif iş qüvvəsinə malikdirlər – daha çox təsir edər.

Saatların dəyişdirilməsi ilə fəaliyyətlərin dəyişdirilməsi arasında böyük bir əlaqə vardır, insan bütün gündəlik fəaliyyətlərini dəyişdirməyə məcbur edilir. Yemək yeməyindən tutmuş, yatmağına və fəaliyyət göstərməyinə qədər. Əgər insanın yuxusu pozularsa, hormonlarında da dəyişikliklər baş verər.

Saatın çəkilməsi bəzi insanlara daha çox təsir qoyar. Bu insanları üç dəstəyə bölmək olar: Yaşlı insanlar ki, qısa müddətli yatmağa adət ediblər. Uşaqlar, xüsusilə də körpələr. Xəstə insanlar, xüsusilə də xəstəxana şəraitində olan xəstələr.

Bu insanların orqanizmi başqalarından daha zəif olduğu üçün, saat dəyişməsi onlara daha çox təsir edir. Bu insanlar çox çətinliklə saat çəkilməsinə uyğunlaşa bilirlər.

Mütəxəssislərin nəzərinə görə, saat çəkilməsinin ən ağır mənfi təsiri – infarkta səbəb olmasıdır. Yəni, ilk həftələrdə infarkt riskini ən azı 5% artırar.

Əgər saat çəkilməsi sağlamlığa təsir qoyursa, yorğunluq və halsızlıq əmələ gəlirsə, vitamin kompleksi və ya maqnezium qəbul etmək məsləhət görülür.

Mənbə: Deyerler.org

For permission content from this site must be hyperlinked when used!

Monday, 30 November 2015 / Published in Folk Medicine, Health

Xama bazarında plastik zəhəri

Şüşə qabda xama istehsal edən yerli bir şirkətin reklam çarxı bizi xama bazarının qablaşdırmasını araşdırmağa vadar etdi. Əlində plastik smetan qabı tutan uşağın “Yox, yemə, plastik ziyandır!” deməsinin qanunvericiliyə nə dərəcədə doğru olduğunu araşdırmaq istəyirdik ki, tamamilə fərqli nəticə ilə rastlaşdıq!

İnterAz-ın verdiyi məlumata görə, internetdə sadəcə bir “səyahət”lə bizə aydın oldu ki, demə, bu gün Azərbaycan istehlakçısına təqdim edilən xamanın plastik qabları təhlükəli hesab edilən və həyatımızdan çıxarılması tövsiyə olunan növdəndir.

Mağazada istədiyiniz bir plastik qablı xamanı götürün və altındakı işarəyə baxın. Azərbaycan bazarında istehlakçıya təqdim olunan istər xarici, istərsə də yerli istehsallı, demək olar ki, bütün xamalar 06 və ya 6 ilə nömrələnmiş PS – polistirol plastiki ilə qablaşdırılıb. Halbuki PS – polistirol tərkibidəki stirolun ayrıla bilməsi səbəbindən polivinilxloriddən – PVC-dən sonra ikinci təhlükəli plastik hesab olunur.

118

ABŞ-ın Qida və Dərman Administrasiyasının təhlükəli maddələr sırasına saldığı stirolla bağlı illərdir ki, araşdırmalar aparılır. Onun kansirogen (xərçəng yaradıcı) xüsusiyyəti, endokrin vəzinə dağıdıcı təsiri təsdiqini tapmış faktlardandır. Stirolun polimerləşməsi nəticəsində alınmış PS-in tərkibindən insan orqanizminin qəbul edə biləcəyi monomerin ayrılması şübhələri həm ABŞ-ın, həm də Avropanın bir sıra tədqiqat institutlarının və laboratoriyalarının analiz və araşdırma mövzuları olub və hazırda da davam edir. Bu səbəbdən hətta polistirolun istifadə olunduğu sahələrdə imkan daxilində əvəzləyici təhlükəsiz plastiklərə, məsələn nisbətən bahalı polipropilenə (PP – 05) keçmək tövsiyə olunur.

Beynəlxalq Həyat Elmləri İnstitutunun (ILSI) Avropada Qablaşdırma üzrə İşçi Qrup üçün hazırladığı hesabatda polistirolun soyuq qida ilə bir neçə gündən bir neçə həftəyədək, isti qida ilə isə çox qısa bir müddətə təmasda ola biləcəyi göstərilir. Hesabatda yüksək yağlılıq dərəcəsi olan məhsulların saxlanması üçün polistirolun qəbuledilməz olduğu bildirilir. Eləcə də, istənilən məhsulun uzun müddətə saxlanması üçün PS qablaşması tövsiyə edilmir. Burada temperaturun arta biləcəyi ehtimalı da nəzərdən qaçmamalıdır. Belə ki, tərkibindəki monomerlərin ayrılması üçün polistirola 70 C temperatur kifayətdir. Halbuki qida saxlanması üçün tövsiyə olunan digər plastikdə – polipropilendə bu istiyədavamlılıq temperaturu 120 C-dir.

Hesabatlarla ətraflı buradan tanış ola bilərsiniz:

http://www.ilsi.org/Europe/Publications/R2002Pac_Mat2.pdf
http://ec.europa.eu/food/food/chemicalsafety/foodcontact/practical_guide_en.pdf

İndi isə nəzərə alaq ki, Azərbaycan istehlakçısına təqdim olunan, xalis qaymaqdan hazırlandığı iddia edilib, 20-25 faiz yağlılıqda verilən xama məhsulu aylarla saxlama müddəti ilə istehsal edilir. Məhsulun potensial təhlükəsi insanı qorxudur!

Qeyd edək ki, plastik materiallar indeksləşdirilərək 1-dən 7-dək nömrələnir. Bu nömrələr plastikin hansı dərəcədə geridönüşlü olduğunu göstərmək üçün olmaqla bərabər, bizə onu tanımaq imkanı verir. Nömrələr üçbucaq içərisində yazılır (01 və ya 1, 02 və ya 2 və s.), yanında plastikin qısaldılmış adı da, məsələn (01) PET (PETE), (02) HDPE, (03) PVC (və ya V), (04) LDPE, (05) PP, (06) PS, (07) OTHER (və ya O – yəni digər) verilir.

Bu gün Azərbaycanda laboratoriya şəraitində plastik qablaşmanın tərkibindən məhsula maddələrin keçib-keçməməsini araşdırmağa ciddi ehtiyac var. Hələlik isə, sadəcə, PS qablaşmalı uzun saxlama müddətli yağlı məhsullardan – əsasən də, bu sahədə öndə olan xamadan imtina etmək lazımdır. Təbii ki, öz laboratoriyalarımızda bu plastikin tərkibindən zərərli maddənin ayrılması ilə bağlı analiz və tədqiqat nəticələri aparılmayınca, onlara verilmiş uyğunluq sertifikatları da etibar doğurmur. İstehsalçılar isə şüşə qabda süd məhsulu istehsal etməyi özləri üçün bahalı hesab edirlərsə, heç olmasa, təhlükəli sayılmayan PP 05 – polipropilendən qablaşdırma kimi istifadə edə bilərlər.

215

Səbuhi Vaqifoğlu

Mənbə: İnterAz

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

TOP