Bu il payız Azərbaycana sentyabrın 23-də daxil olacaq [AZ]
Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası payız fəslinin Azərbaycana gələcəyi vaxtı açıqlayıb.
Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:54-də daxil olacaq.
Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse
Bu gün saatların avtomatik irəli çəkilməsi çaşqınlıq yaradıb – SƏBƏB VİDEO [AZ]
Bu gün səhər insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki telefonda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.
Məlumdur ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən ötən ildən başlayaraq yay vaxtına keçid ləğv olunub. Bundan sonra artıq ikinci dəfədir ki, vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb. Mütəxəssislər bildirir ki, bu bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.
Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.
Onu da qeyd edək ki, ötən ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək bu təcrübədən istifadə etməkdən imtina edib.
weNews xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: xezerxeber.com
For permission content from this site must be hyperlinked when used!
- Published in Azerbaijan, weNews