Sizlərə Salam olsun əziz saytımızın oxuyucuları. YouTube Android və iOS əməliyyat sistəmləri ilə işləyən tətbiqlərdə möhtəşəm yenilik edib.
Rəsmi bloqdan xəbər verildiyi kimi artıq YouTube-də izlədiyiniz videoları telefonun yaddaşına endirə biləcək və endirilən videoları internet əlaqəsi olmayan yerlərdə izləyə biləcəksiniz. Yüklənən videolar tətbiqin sənədlər saxlanılan bölməsinə (Library) yüklənəcəkdir. Siz bu sahəni cari istifadə etdiyiniz tətbiqin aşağıdakı naviqasiya menyusundan tapa bilərsiniz.
Yüklənən videoları istədiyiniz vaxt lazım gəlmədikdə silə bilərsiniz. Bunun üçün siz sənədlər saxlanılan bölməyə (Library) daxil olub sizə lazım olmayan videonu tapırsınız. Video faylın qarşısında yuxarıdan aşağı düzülmüş 3 nöqtədən ibarət menyu funksiyasından istifadə edərək videonu yüklənən videolar sırasından (Delete from downloads) silə bilərsiniz.
iOS (ƏS)
Android (ƏS)
Hörmətlə: weSoftware, weTechnology Komandası
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!