×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

FORGOT YOUR DETAILS?

CREATE ACCOUNT

POSTS ARE IN ENGLISH AND AZERBAIJANI

MƏQALƏLƏR İNGİLİS VƏ AZƏRBAYCAN DİLİNDƏDİR
Thursday, 07 February 2019 / Published in Health, weNews

Diş həkimindən qorxmaq odontofobiya, bəzən də dentofobiya və ya stomatofobiya adlanır. Hər on uşaqdan doqquzunda həmin hala rast gəlmək mümkündür. Onlar əsasən qandan iyrənir, həkim ağız nahiyəsində işləyərkən eşidilən səs-küydən qıcıqlanır, ağzı davamlı açıq saxlamaq məcburiyyətindən qorxur, həkimin əli onlara toxunanda narahatlıq hissi keçirirlər.

Bu barədə məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Qorxunun baş verməməsi üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. 2 yaşına çatmayan uşaqları diş həkiminə aparmaq məsləhətdir, çünki həmin yaşda olan uşaqların diş həkiminin kreslosuna oturmaqdan xoşları gəlir. Erkən yaşda ağ xalata öyrənən uşaq sonralar diş həkiminə gedərkən qorxu hissindən uzaq olur.

Həkimə getməzdən əvvəl orda olacaq hadisələr uşağa izah edilməli, psixoloji hazırlıq aparılmalıdır. Hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır. Uşağın əlinə qaşıq verərək “diş həkimi-xəstə oyunu” oynamaq onu həkimə qarşı mülayimləşdirir. Öz növbəsində, həkim də sonrakı seanslarda aparılacaq əməliyyat barədə ailə üzvlərinə və uşaqlara məlumat verməlidir. Diş həkiminə qarşı fobiyası olan uşaqlara təcrübəli mütəxəssis həkimlər seçmək lazımdır.

Stomatoloji müayinə və müalicə üçün seçilən klinikada uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır. Uşaq nadinclik edərkən “sakit ol, yoxsa səni diş həkiminə apararam, dişini çəkdirərəm” demək düzgün deyil, çünki diş həkiminin qorxusuna səbəb olan faktorlardan biri də valideynin tərbiyədə bu cür səhvlərə yol verməsidir. Uşaqlarda həkimə qarşı qorxu hissi aşılamaq düzgün taktika deyil”.

Psixoloq Yeganə Əsgərova daha sonra deyib: “Stomatologiyada istifadə edilən keyləşdirici krem və spreylər iynənin ağrısını hiss etdirmir. İynə vurdurmaqdan qorxanlar əməliyyatlarda anesteziyadan qaçır və daha çox ağrı hiss edirlər. Həm xəstənin, həm də diş həkiminin psixoloji cəhətdən özlərini rahat hiss etməsi üçün keyidici dərman preparatı vurmaq və ağrı stressini yaşamamaq məsləhətdir. Belə edəndə müalicə daha az çəkir və uğurla başa çatır. Xəstə qorxularını gizlətməməli və onu öz həkimi ilə paylaşmalıdır. Həkim isə işə sadə müalicələrdən başlayaraq xəstənin etibarını qazanmalıdır. Əks halda xəstə həmin qorxularla baş-başa qalır, həkiminə anlatmadığı üçün onların öhdəsindən gələ bilmir.

Qorxunu azaltmaq üçün həkim xəstənin etibarını qazanmalıdır, görüş saatı həm həkim, həm də xəstə üçün münasib olmalıdır. Digər tərəfdən stomatologiyada istifadə edilən deşici alətin çıxardığı səsdən narahat olanlara müalicə əsnasında qulaqcıqla musiqi dinləmək məsləhətdir. Diş həkimi və ya assistent yumşaq formada təmas və rəftar göstərməli, müalicə vaxtı aparılacaq əməliyyatlar ətraflı şəkildə izah edilməli, ağrı olarkən uşağa əlini qaldıraraq xəbər verməsi başa salınmalıdır. Həmin üsullar fayda vermədikdə ağrını hiss etdirməmək və xəstəni sakitləşdirmək üçün venadaxili sakitləşdiricilər verilir, bəzən ümumi anesteziya tətbiq edilir”.

“Stomafobiya əsasən dişlərin müalicəsini çətin keçirənlərdə əmələ gəlir. Diş həkimi işləyərkən maska taxdığına görə uşaqlar ondan qorxa bilər, ağızlarını açmaz, alətləri görüb qışqırar, nəticədə fobiya yaranar. Ona görə də böyük və ya kiçik yaşda olan uşaqlar dişlərinin ağrıdığını ətrafdakılara hiss etdirməməyə çalışırlar. Xəstə ağrıya dözə bilməyəndə diş həkiminə getmək məcburiyyətində qalır. Diş ağrısı zamanı xəstələrin qorxu səbəbindən müalicəni gecikdirməsi ciddi diş problemlərinə səbəb ola bilər və müalicə uzun çəkər. Ona görə də bu sahədə diş həkimlərinin üzərinə ağır yük düşür və onların diqqətli olması lazımdır. Müalicə zamanı xəstənin diqqətini cəlb edəcək xoş münasibət və diş həkiminin psixoloji cəhətdən normal davranışı çox vacibdir. Stomatoloq və psixoloqun əməkdaşlığı diş həkimindən çəkinənlər üçün faydalıdır. İynə və qandan qorxanlar, digər fobiyası olanların da mütəxəssisə müraciət etməsi məsləhətdir”,- deyə psixoloq söhbətə yekun vurub.


Mənbə: azertag.com

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir! 

Thursday, 16 August 2018 / Published in Folk Medicine, Health

Qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran vasitələrdən də faydalıdır.

Bildirilir ki, türkiyəli həkim Osman Müftüoğlu bu barədə açıqlamasında qeyd edib.

Həkim qeyd edib ki, qarpızın ağ hissəsində olan sitrülin maddəsi təsirli təbii dərmandır:

“Sitrülin vücuda daxil olan zaman cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir və cinsi istəyi artıran maddə təsiri verir. Kişilər bu gün cinsi gücü artırmaq üçün müxtəlif kimyəvi dərmanlardan istifadə edir. Lakin qarpız qabığının faydasından çoxlarımızın xəbəri yoxdur”.

Qarpız həmçinin yüksək dərəcədə A və C vitamininə sahibdir. A vitamini dərinin qırışmasının qarşısı alır. Həmçinin qarpız qan təzyiqini normallaşdırır. Tərkibində olan likopen sümük möhkəmliyini qoruyur. Bədənin ehtiyacı olan kalsium və kaliumu təmin edir. Xərçəng hüceyrələrinə qarşı müqavimət göstərir. Böyrəkləri təmizləyir, astma, ürək və damar tıxanıqlığı, diabet, döş xərçəngi və duzlaşmanın qarşısını alır.


Mənbə: Milli Az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Saturday, 14 April 2018 / Published in Folk Medicine, Health

Xərçəngin yaranmasının əsl səbəbini açıqlayan türkiyəli professor Canan Karatay səhərlər ət yeməyi tövisyə edib.

Kardioloq Artvin Çoruh Universitetinin tələbələriylə görüşüb.

Sağlam qidalanmaq haqqında verdiyi açıqlamaları ilə böyük müzakirələrə səbəb olan kardioloq Türkiyədə və Avropada xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin 1986-ci ildə Ukraynanın Çernobıl şəhərində yerləşən nüvə stansiyasının partlaması olduğunu vurğulayıb:

“Çernobıl hadisəsi bütün Avropa və Türkiyəyə təsir edib. Avropada bir çox ölkə bunun üçün tədbirlər görüb. O dövrün liderləri bunu gizlətməyə çalışdı ki, insanlar təşvişə düşməsin. Amma radiasiya buludu üzərimizdən keçib və bunu inkar etmək olmaz.

Xərçəng xəstəliklərinin artımında qidalanmanın böyük payı yoxdur. Qara dənizin çayı, balığı, fındığı çox sağlamdır, ancaq bunlar şüayla birləşəndə zərərli olur. Sağlam olmaq üçün bol-bol cağ kababı, kənd toyuğu və Trabzon yağı yeməyi məsləhət görürəm”.

Daha sonra Canan Karatay bildirib ki, şəkər xəstəliyi yanlış qidalanma nəticəsində yaranır:

“Gənclər bizim gələcəyimizdir. Onların sağlam olması üçün sağlam qidalanması lazımdır. Sağlam düşüncə sağlam bədəndə olur. Ruh və bədən sağlamlığı bir-birindən ayrılmır, onlar vəhdət təşkil edir. Odur ki, bütünlüklə sağlam olmaq üçün torpağın sağlam olması vacibdir.

Şeyx Edebali deyirdi ki, torpaq sağlam olmasa, əkdiyiniz heç bir toxum bitməz. Mən də deyirəm ki, şəkər kimi xəstəliklər dərman çatışmazlığından deyil, bədəndəki bəzi hormonal ferment və bəzi materialların çatışmazlığından qaynaqlanır. Şəkər xəstəliyi genetik deyil, birbaşa qeyri-sağlam qidalanma ilə bağlıdır”.

Professor sözlərinə onu da əlavə edib ki, səhərlər ət yemək faydalıdır:

“Təbii ki, səhər yeməyində ət yeyilə bilər. Bunun heç bir mənfi təsiri yoxdur. Yalnız yanında plov, çörək, kartof qızartması yeməyin


Mənbə: publika.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Saturday, 03 February 2018 / Published in Folk Medicine, Health, weNews

Xolesterinin bir bölgədə cəmlənməsi bağırsaq toxumalarında artmasına və bölünməsinə səbəb olur

Tərkibində xolesterinin səviyyəsi yüksək olan heyvan mənşəli qidalar bədxassəli şişlərin inkişafı riskini artıra bilər. ABŞ-ın Kaliforniya Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Siçanlar üzərində aparılmış təcrübələr nəticəsində məlum olub ki, xolesterinin bir bölgədə cəmlənməsi bağırsaq toxumalarında artmasına və bölünməsinə səbəb olur. İdarəedilməz şəkildə artan hüceyrələr xərçəngin inkişafının əsas səbəblərindən biridir. Həkimlər müxtəlif xəstəliklərin profilaktikası üçün qırmızı ət və süd məhsullarından mümkün qədər az istifadə etməyi məsləhət görür.

Qeyd edək ki, mütəxəssislər kolbasa və sosisləri oqranizm üçün daha təhlükəli olan ət məhsulları kimi xüsusi vurğulayıblar.

Mənbə: İnteraz

 Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

TOP