ABŞ-ın kəşfiyyat sahəsində qabaqcıl tədqiqatlar agentliyi ilə Standartlar və Texnologiyalar üzrə Milli İnstitutunun sifətin tanınması alqoritmləri üzrə birgə təşkil etdiyi müsabiqənin qalibi “NtechLab” şirkəti olub.
tvzvezda.ru saytına istinadla xəbər verilir ki, 2015-ci ildə əsası qoyulan “NtechLab” şirkətinin sifətin tanınması üzrə alqoritmi “FindFace” proqramının əsasını təşkil edir. Alqoritm “Vkontakte” sosial şəbəkəsində insanları onların fotoları üzrə axtarmağa imkan verir və lazım olan şəxsi bir milyard insan arasında 0,5 saniyə ərzində tapır.
“NtechLab” şirkəti hazırda ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin tabeçiliyində fəaliyyət göstərir.
Mənbə: azertag.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!