Sözügedən printer 256 rəng dəstəkləyir
Çinin “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş cib printerini hər yerə daşımaq və onun köməyi ilə smartfondan şəkli çap etmək mümkündür. Nəticədə şəkillərin ölçüsü 54×86 mm olacaq. İstifadəçi kamerası aktivləşdirilmiş mobil qurğusunu şəklə yaxınlaşdırdıqda onlar canlanır.
Printer şəklin daxil edilməsi üçün dəlikdən və çap prosesinin işə düşməsi üçün düymədən ibarət kiçik qutuya oxşayır. Sözügedən printer 256 rəng dəstəkləyir. Printer üçün fiziki təsirlərə qarşı dayanıqlı və tez solmayan xüsusi nazik plyonkadan istifadə etmək lazımdır. Şirkətin nümayəndəsi əmin edir ki, çap edilmiş şəkil otaq şəraitində rəngini itirmədən onilliklərlə saxlanıla bilər.
Amma şəkil çap etmək üçün printer kifayət deyil. Bundan başqa, smartfona xüsusi mobil proqram quraşdırmaq lazımdır. Printerin tətbiqində saniyədə 120 kvadratlıq bir izləmə sürəti olduğu və şəkilin 0,28 saniyədə təyin olacağı ifadə edilir. Cib printeri 133 x 80 x 27 mm ölçülü və 237 qram ağırlığa malikdir. Printer tətbiqinin tələb etdiyi əməliyyat sistemləri (ƏS), Android 5.0 Lollipop və ondan yuxarı, iOS isə 9.0 və ya ondan yuxarıdır. Cihazların qoşulma interfeysi NFC və ya Bluetooth vasitəsilə həyata keçerilir. Enerji bankı tərəfindən qidalana bilən 650 mAH batareyaya malikdir. Printer yalnız ağ rəngdə mövcuddur.
Printerin qiymətinin 63 ABŞ dolları dəyərində olduğu bildirilir.
Mənbə: The Indian Wire
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!