Marsa səfər insanları qocaldacaq [AZ]
Marsa uçuş kosmik missiyanın hər bir ekipaj üzvünü radiasiya ilə təmasa görə 2,5 il qocaldacaq.
Oxu.Az xəbər verir ki, bu haqda “RİA Novosti” Mosvkada keçirilən Aviakosmik və Ekoloji Tibb adlı konfransın hesabatına istinadən məlumat yayıb.
“Marsa uzun sürən (üç ilə qədər) uçuş zamanı və uçuşdan sonra maksimum günəş aktivliyi şəraitində müxtəlif qalınlıqlı radiasiyadan qoruyan alüminium “sığınacaqda” olan kosmonavtların üzləşəcəyi ümumi radiasiya riski hesablanıb.
Sadə şar formalı kosmik aparat və onun içində olan insan bədənini imitasiya edən fantom model əsasında aparılan hesablamalara görə, Marsa iki il müddətli uçuş və geri dönüş zamanı hər bir ekspedisiya üzvü üçün radiasiya riski yaşdan asılı olmayaraq 7,5 faiz təşkil edəcək. Bu isə kosmonavtların ömrünün orta hesabla 2,5 il qısalmasına yol açacaq”, – deyə sənəddə bildirilir.
Mənbə: oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weUniverse
Marsda Morz əlifbası ilə məktub tapılıb [AZ]
NASA-nın mütəxəsisləri Marsın qumları üzərində Morz əlifbası ilə yazılmış bir neçə hərifə rast gəliblər.
Bildirilir ki, bu barədə “HIRISE” saytı məlumat yayıb.
Yazılmış hərifin şifrə edilməsi “Reconnaissance Orbiter” planetlərarası avtomatik stansiyası üçün quraşdırılan kameranın köməyi ilə mümkün olub.
Planetlər üzrə mütəxəsis Veronika Brey yazını şifrə edərək bu cümlələri qurub: “NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!”
Nöqtə və tire, tətbiq olunan Morz əlifbasına Marsın səthində əvvəllər də rast gəlinib, lakin bir qədər cənubda Şimal qütbü üzərində yerləşən qum təpədə bu yazılar daha aydın şəkildə özünü göstərir.
Mənbə: weislam.Az / Maide.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
NASA: Marsda su var
Sentyabrın 28-də NASA alimləri Marsda suyun olduğunu bəyan ediblər. Amerika kosmik agentliyi əməkdaşlarının sözlərinə görə, “qırmızı planetdə” mütamadi olaraq əmələ gələn axınlar su ilə əmələ gələ bilər.
Mənbəə: azadlıq.info
- Published in weScience


