Aya uçuş üzrə müsabiqədə iştirak edən yapon komandası öz “Lunaxod”unu Hindistanda keçirilən beynəlxalq müsabiqəyə göndərib.
NHK telekanalına istinadla xəbər verilir ki, “Lunaxod”un gələn il raket vasitəsilə kosmosa göndərilməsi planlaşdırılır.
“Sorato” adlanan “Lunaxod” özündə tədqiqatçıları və mühəndisləri birləşdirən yapon şirkəti tərəfindən hazırlanıb.
Məlumatda bildirilir ki, dünyada ilk dəfə fərdi sektorun iştirakı ilə Ay missiyasının təşkili üçün Google Lunar XPRIZE tərəfindən təşkil edilən müsabiqədə ABŞ və İsrail də daxil olmaqla beş komanda iştirak edir.
Ümumi mükafat fondu 20 milyon dollar təşkil edən müsabiqənin qalibi Ay üzərində ilk 500 metr məsafəni qət edən, onun səthindən video və foto materiallar göndərən komanda hesab ediləcək.
“Lunaxod”u Aya çatdıracaq raketin gələn ilin martında kosmosa buraxılacağı gözlənilir.
Mənbə: azertag.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!