FORGOT YOUR DETAILS?

POSTS ARE IN ENGLISH AND AZERBAIJANI

MƏQALƏLƏR İNGİLİS VƏ AZƏRBAYCAN DİLİNDƏDİR
Wednesday, 04 March 2020 / Published in weHealth, weNews, weTechnology

Kütləvi qacet istifadəsi yeniyetmələri demansa aparır! Kompüter dövründə uşaqların intellektual səviyyəsi dəhşətli dərəcədə pisləşir və beyinləri quruyur! Tipik olaraq, bu cür mövzular sosial şəbəkələrdə və valideynlər arasında fəal şəkildə müzakirə olunur

Xəbər verilir ki, bu yaxınlarda populyar televiziya tok-şoularının keçmiş aparıcısı, “Sberbank” Nevrologiya və İnsan Davranışı Laboratoriyasının rəhbəri, psixoterapevt Andrey Kurpatov “rəqəmsal autizm epidemiyası” haqqında ətraflı məlumat verib.

Bu ilin əvvəlində psixoterapevt Davos Dünya İqtisadi Forumunda və Rusiya Federasiyası Federasiya Şurasında dinləmələrdə bu mövzuda çıxış edib. O, rəqəmsal inqilabın bəşəriyyətin məhvinə gətirib çıxaracağını irəli sürüb.

Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının psixologiya fakültəsinin idrak tədqiqatları laboratoriyasının müdiri, psixologiya elmləri doktoru, professor Vladimir Spiridonov Kurpatovun fikirlərini şərh edib.

Vladimir Spiridonov, “kompüter əsrindəki uşaqlar həqiqətən demansa meyllidirlər?”

Amerikada eyni rəqəmsal inqilab bizdən 15 il əvvəl başlayıb. Odur ki, “qacet nəsli” onlarda artıq yetişib, lakin yeni dalğanın nümayəndələrində “rəqəmsal demans” əlamətləri müşahidə edilmir. Ancaq hörmətli həmkarımızın bəhs etdiyi problem mövcuddur. Odur ki, bir tərəfdən bəzi məqamlar haqqında razılaşmağa hazıram, amma məlumatların və nəticələrin seçimi, əlbəttə ki, son dərəcə təzadlıdır. Məsələn, geniş çeşidli texniki qurğuların insan psixikasının inkişafına müsbət təsirinin nümayiş olunduğu tədqiqatlardan bəhs edilmir.

İnsan psixikasının quruluşu çox mürəkkəb olduğundan, yaş inkişafında əvvəllər düzəldilməsi çətin hesab olunan çox sayda qeyri-kobud qüsurlar var idi. Beləliklə, kompüter oyunları əhəmiyyətli dərəcədə bərpaedici təsir göstərir. Bütün həmyaşıdlarınız oyun oynayırsa, istəsəniz də, istəməsəniz də, eyni şeyi etməlisiniz. Əlilliyi olan uşaqlar üçün oyun reallıqlarını idarə etmək daha çətindir, lakin belə məşqlər onları həmyaşıdlarına yaxınlaşdırır.

Bəs smartfonlar və kompüterlər digər insanlara nə verir?

Qacetdən lazımi məlumatları axtarmaq üçün istifadə edirsinizsə, bu ən incə bacarıqları inkişaf etdirir. Motivasiya, öyrənmə qabiliyyətini inkişaf etdirmək, kompleks axtarış işləri yerinə yetirmək – həmişə təqdir edilən keyfiyyətlərdir. Lakin qacetlərin bu tərəfi haqqında az danışılır.

Aydındır ki, qacetlər idrak fəaliyyətinin bütün quruluşunu dəyişdirir. Sual budur ki, uşaqlara nə öyrədilməlidir? Faktlar, tarixlər, yeni materialı əzbərləmək? Mənə elə gəlir ki, Napoleonun hansı ildə doğulduğu və ya hansı şəhərin Venesuelanın paytaxtı olması kimi sualların cavablarını Google-a etibar edə bilərsiniz. Məncə, tədris doktrinalarına yenidən baxmağın vaxtı gəlib. Uşaqlardan mürəkkəb anlayışları, yaradıcı problemləri həll etmək bacarığını və yenilikçi təfəkkürü inkişaf etdirməyi tələb etmək lazımdır. Ancaq vicdanla etiraf edək ki, standart məktəb, hətta universitet proqramı çox vaxt buna yönəlmir. Odur ki, ittiham zərbəsinin şiddətini qacetlərdən pedaqoji birliyə köçürmək daha məqsədəuyğundur, açıq demək lazımdırsa, bu biliklərin 5-10 ildən sonra həyatda nə dərəcədə faydalı olacağı bilinmir.

Doktor Kurpatov deyir ki, “Qutenberq qalaktikasından Zukerberq qalaktikasına keçirik. Məsələ burasındadır ki, uşaqlar mətnləri oxumağı dayandırır və eyni zamanda analitik düşünmə qabiliyyətini itirir. Ancaq şübhəsiz ki, bəşəriyyət tarixində heç vaxt bu qədər çox sayda mətn mövcud olmayıb.”

Formal olaraq, indi yeniyetmələr həmişəkindən daha çox oxuyur. Axı, kimsə “Harri Potter”in yarım milyard nüsxəsini oxuyub?! Buraya sosial şəbəkələri və statusları əlavə edin… Başqa bir şey, Harri Potter gözəldir, lakin çox sadə bir xarakterdir. Düşüncəni isə mürəkkəb müzakirələr tələb edən mətnlər inkişaf etdirir.

Ancaq məktəbli klassikləri oxuduğu zaman banal mədəni maneə yaranır: onun üçün niyə özünü 19-cu əsr leytenantının daxili aləminə və həyat tərzinə baş vurmaq lazım olduğunu anlamaq çətindir. Ancaq bu səviyyədə müasir ədəbiyyat yoxdur.

Haqlısınız, 19-cu əsr leytenantı müasir gəncin ruhuna yaxın deyil. Deməliyəm ki, Tolstoy və Dostoyevskini əvvəllər də məktəbdə hər kəs oxumurdu. Məsələ burasındadır ki, uşaqlar və yeniyetmələr Lev Tolstoy və ya Fyodor Dostoyevskinin yazdığı böyük problemləri təsəvvür edə və qavraya bilmir. Onlar bu əsərləri uşaqlara deyil, öz dairələrinin nümayəndələrindən olan kifayət qədər təhsilli insanlara yazırdılar. Yetkinlik yaşına çatanda Çexovun “Şabalıd” əsərini oxumağa məcbur etdiyim tələbələrim heyrətə gəlmişdi. Anladılar ki, bu hekayə bir it haqqında deyil, burada daha dərin mövzulara toxunulub.

Müasir yeniyetmələrdə həqiqətən zəka azalması müşahidə olunur?

Bunlar mütləq nağıllardır. Bu yanlış təsəvvür “Flinn effekti”nə əsaslanır, Yeni Zelandiya aliminin adını daşıyır. Flinn dünyanın bir çox ölkəsində IQ test nəticələrinin on illərlə izaholunmaz şəkildə artdığını tapdı. Və sonrakı illərdə gənclərin IQ səviyyəsi əhəmiyyətli dərəcədə azalmağa başladı. Alimlər qısa müddət ərzində bəşəriyyətin ya kəskin şəkildə ağıllı, ya da əks istiqamətdə olması nəticəsinə gəldi. Əslində, tapmacanın cavabı test metodologiyasının dəyişməsi ilə izah edildi. Bunun düşüncə vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Temperatur deyil, termometr dəyişdi: əvvəllər Selsi ilə, indi Farenheytlə ölçülür.

Qacetlərlə bağlı bir çox qorxu paradoksla izah olunur: yaşlı nəsil gənclərin rəqəmsal dünyasında necə yaşamağı öyrənməyə çalışır. Yaşlı nəsil sahildən okeana üzən yeniyetmələrə qışqırır: “Üzməyi dayandırın, su altında dəhşət yatır!”. Əlbəttə gənc cavab verəcək ki, susun, nə edəcəyimizi yaxşı bilirik. Təşviş yaratmaq əvəzinə normal araşdırma və peşəkar müzakirə lazımdır. Bir mütəxəssis olaraq mənim üçün həyat şərtlərinin dəyişməsinə, yeni nəsil yetişməsinə baxmayaraq, yeniyetməlik psixologiyasında hələ yarım əsr əvvəlki araşdırmalara etibar və istinad etmək təhqiramizdir. Bu da gülməli deyil.

İnternet yalnız həyatın bir əksidir, ətrafımızda kifayət qədər mənasız və lazımsız məlumat ötürücüləri var. Televiziya bu baxımdan ən bariz nümunədir. Və bunun təfəkkürün xarakterik xüsusiyyətləri ilə heç bir əlaqəsi yoxdur.


Mənbə: aqreqator.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Wednesday, 04 March 2020 / Published in weHealth

İnsanların əksəriyyəti ətli yeməkləri, ət qızartmasını xoşlayır. Belə yeməklərə Azərbaycanda tələb daha çoxdur

Publika.az xəbər verir ki, araşdırmalar nəticəsində qırmızı ətin insan orqanizmi üçün bir çox zərərləri ortaya çıxıb.

Məlumata görə, qırmızı ətin (mal, qoyun əti) tez-tez qəbulu böyrək çatışmazlığının, eyni zamanda ani ölümün, ürək-damar və bəzi xərçəng növlərinin riskini artırır.

Bunu nəzərə alaraq elm adamları qırmızı ətin qəbulunu azaltmağı ya da əvəzinə balıq və toyuq əti yeməyi tövsiyə edirlər.


Mənbə: Publika.az

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Thursday, 19 December 2019 / Published in Folk Medicine, weHealth, weScience

İtaliyanın Aralıq dənizi Nevrologiya İnstitutunun alimləri çili bibərindən mütəmadi istifadənin ömrün uzadılmasıyla yanaşı, vaxtından əvvəl ölüm riskini də 23 faizədək azaltdığını müəyyən ediblər.

www.eurekalert.org saytı xəbər verir ki, 22,811 nəfərin iştirak etdiyi səkkiz il boyunca davam edən tədqiqat müddətində alimlər iştirakçıların sağlamlıq vəziyyətini nəzarətdə saxlayıblar. Mütəxəssislər mütəmadi olaraq qırmızı acı bibərdən istifadənin (həftədə dörd dəfədən çox) insanların ürək tutmasından vəfat etmək ehtimalını 40 faizədək azaltdığını müəyyənləşdiriblər. Bu zaman beyin qan dövranı pozğunluğu səbəbiylə yaranan ölüm riski səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı enib.

Hazırda alimlər qırmızı çili bibərinə acılıq verən alkoloid-kapsaisin maddəsinin biokimyəvi mexanizmlərini müəyyənləşdirmək üçün tədqiqat işlərini davam etdirməyi planlaşdırır. Məlum olduğu kimi, bu maddə hüceyrələrin mitoxondriyasına təsir etməklə bədxassəli hüceyrələrin ölümünə səbəb olur.


Mənbə: AMEA

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!

Thursday, 17 October 2019 / Published in Folk Medicine, weHealth

Xərçəngə səbəb olan şişlər, normal olmayan hüceyrələrin nəzarətsiz şəkildə bölünərək çoxalması ilə yaranır.

İnsan bədəninin bütün orqanlarında baş verən bu hüceyrə bölünməsi, yalnız ürəkdə meydana gəlməz.

Dünyada çox amma çox az rast gəlinən ürək xərçənginə səbəb olan hüceyrə bölünməsi, sadəcə doğuşdan gələn ürək anormallıqlarından irəli gəlir.

Nadir hallarda olsa da, ana bətnində inkişaf etməkdə olan hüceyrələr, şiş əmələ gəlməsinə səbəb ola bilər. (haberturk.com)

Ürəyimizin böyük hissəsini əzələ hüceyrələri tutur. Bu hüceyrələr bədən böyüklüyünə görə genişlənir, ancaq bölünmür.

Ürək hüceyrələrinin bölünməməsi, ürək xərçəngi olma riskini aradan qaldırsa da, digər bir nöqsana səbəbiyyət verir.

Hüceyrələrin bölünməməyinin nəticəsində, bir infarkt ardından toxumaların bərpa olunmamasına səbəb olur.

Mümkündür ki, bu məqam, xərçəngin müalicəsi üçün böyük önəm kəsb etsin


Mənbə: Deyerler.org

Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir

TOP