Koronavirusu bu üsulla müalicə etmək mümkündür – Diqqət! [AZ]
Təsdiqlənmiş koronavirus hallarının 85 faizindən çoxu Çində qeydə alınıb
Xəbər verilir ki, xəstəxanaya yerləşdirilən şəxslərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunub.
Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.
Yerli mediaya əsasən, hər iki növlə müalicə olunan xəstələr yalnız “adi” dərman alan pasiyentlərə nisbətən daha tez sağalıblar. Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub.
Ənənəvi üsullarla müalicə formulu Hançjou şəhərinin Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb. Regional hakimiyyətin təsdiqindən keçən bu formul Quandun əyalətinin Elm və Texnologiya Nazirliyi tərəfindən rəsmən tanınıb.
Hançjou Yoluxucu Xəstəliklər Xəstəxanasında Xalq Təbabəti şöbəsinin müdiri Yu Dzənhua xəstələrə iki ənənəvi vasitənin yazıldığını bildirir – biri bəlğəmə görə, digəri isə iltihaba qarşı təyin olunur.
Bu səpkidə Qingfei Paidu dərmanının xüsusilə yüksək müalicəvi təsiri qeyd olunur. Bu barədə məlumat yayan Sinhua Agentliyi pekinli baş həkim Van Ronbinin sözlərinə istinad edir.
Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanır.
Mənbə: Sonxeber.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth, weNews
Koronavirusdan qorxanlara əlləri yumağın müsbət faydasını göstərdilər [AZ]
Koronavirusa yoluxmaqdan qorxanlara əlləri yumağın faydasını əyani şəkildə göstərdilər
Sosial şəbəkədə koronavirusun geniş yayıldığı indiki dövrdə əllərin düzgün yuyulmasının vacibliyini vurğulayan fotoşəkil geniş populyarlıq qazanıb. Amerikalı aktrisa Kristen Bell əllərin ultrabənövşəyi lampa altında yuyulmadan əvvəl və sonra necə göründüyünü nümayiş etdirən görüntüləri İnstagramda yerləşdirib.
Şəkli aktrisaya anası göndərib. Foto əlləri sabunla yumağın faydalarını əyani şəkildə göstərir. Altı şəkildən ibarət kollajda əllərin yuyulmadan əvvəl, su ilə yaxalandıqdan sonra və 6, 15 və 30 saniyəlik sabunla yuyulduqdan sonrakı vəziyyəti göstərilir. Şəkil Belldə güclü təəssürat yaradıb. “Hamınıza salam, əllərinizi 30 saniyə ərzində yuyun!” – deyə , aktrisa abunəçilərinə müraciət edib.
Paylaşım 400 mindən çox bəyənmə və təqribən beş min şərh toplaylb Şərhlərdə aktrisanın izləyiciləri əllərindəki bakteriyaların sayının yuyulma müddətindən asılı olacağını düşünmədiklərini qeyd ediblər. Həm də yazırlar ki, bu görüntü koronavirusla yoluxmaqdan qorxan hər kəsə baxmaq üçün tövsiyə olunmalıdır.
“Mesaj üçün təşəkkür edirik! Bu gün mən onu beşinci sinif şagirdləri üçün koronavirus və əllərinizi necə yumaq barədə təbiət dərsi zamanı istifadə etdim! ” abunəçilərdən biri yazıb.
İngiltərə Milli Səhiyyə Xidmətinin bir tövsiyəsinə əsasən əllər ən azı 20 saniyə ərzində və ya ” Happy Birthday” mahnısını iki dəfə oxumağa ehtiyac duyulan müddət ərzində yuyulmalıdır.
Ens.az bildirir ki, martın 7-nə olan məlumata əsasən, dünyada 102 mindən çox insan koronavirusa yoluxub. Onlardan 57,4 min nəfəri sağalmış, 3,4 mini isə dünyasını dəyişmişdir.
Mənbə: Ens.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Tez-tez qırmızı ət yeyənlərin diqqətinə! [AZ]
İnsanların əksəriyyəti ətli yeməkləri, ət qızartmasını xoşlayır. Belə yeməklərə Azərbaycanda tələb daha çoxdur
Publika.az xəbər verir ki, araşdırmalar nəticəsində qırmızı ətin insan orqanizmi üçün bir çox zərərləri ortaya çıxıb.
Məlumata görə, qırmızı ətin (mal, qoyun əti) tez-tez qəbulu böyrək çatışmazlığının, eyni zamanda ani ölümün, ürək-damar və bəzi xərçəng növlərinin riskini artırır.
Bunu nəzərə alaraq elm adamları qırmızı ətin qəbulunu azaltmağı ya da əvəzinə balıq və toyuq əti yeməyi tövsiyə edirlər.
Mənbə: Publika.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weHealth
Acı bibərin uzunömürlülüyə təsiri aşkar edilib [AZ]
İtaliyanın Aralıq dənizi Nevrologiya İnstitutunun alimləri çili bibərindən mütəmadi istifadənin ömrün uzadılmasıyla yanaşı, vaxtından əvvəl ölüm riskini də 23 faizədək azaltdığını müəyyən ediblər.
www.eurekalert.org saytı xəbər verir ki, 22,811 nəfərin iştirak etdiyi səkkiz il boyunca davam edən tədqiqat müddətində alimlər iştirakçıların sağlamlıq vəziyyətini nəzarətdə saxlayıblar. Mütəxəssislər mütəmadi olaraq qırmızı acı bibərdən istifadənin (həftədə dörd dəfədən çox) insanların ürək tutmasından vəfat etmək ehtimalını 40 faizədək azaltdığını müəyyənləşdiriblər. Bu zaman beyin qan dövranı pozğunluğu səbəbiylə yaranan ölüm riski səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı enib.
Hazırda alimlər qırmızı çili bibərinə acılıq verən alkoloid-kapsaisin maddəsinin biokimyəvi mexanizmlərini müəyyənləşdirmək üçün tədqiqat işlərini davam etdirməyi planlaşdırır. Məlum olduğu kimi, bu maddə hüceyrələrin mitoxondriyasına təsir etməklə bədxassəli hüceyrələrin ölümünə səbəb olur.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth, weScience