Neyroşəbəkə vasitəsiylə kosmik tullantıları müəyyən etmək mümkün olacaq [AZ]
Çinin riyaziyyatçı alimləri ucuz lazer teleskoplarından istifadə edərək Yer səthindən 1500 kilometr məsafədə kosmik tullantıların kiçik hissəciklərini müəyyən edə bilən neyroşəbəkə yaradıblar.
nauka.tass.ru saytı xəbər verir ki, sözügedən neyroşəbəkə Beynəlxalq Kosmik Stansiya və peykləri bu obyektlərlə toqquşmadan qoruya biləcək.
Çinin Lyaonin Texnologiya Universitetinin alimi Tyanmin Manın sözlərinə görə, kosmik tullantı hissəciklərinin dəqiq koordinatlarının hesablanması orbitdə fəaliyyət göstərən kosmik gəmi və zondların təhlükəsizliyini təmin edəcək.
Alimlərin fikrincə, NASA, ESA və dünyanın digər aparıcı kosmik agentliklərinə məlum olan təxminən 18 min kosmik tullantı Yer ətrafında fırlanır. Mütəxəssislər kosmik tullantı hissəciklərinin sayının çoxluq təşkil etdiyini və bir neçə yüz milyona bərabər olduğunu düşünürlər.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Technology, weScience, weUniverse
Acı bibərin uzunömürlülüyə təsiri aşkar edilib [AZ]
İtaliyanın Aralıq dənizi Nevrologiya İnstitutunun alimləri çili bibərindən mütəmadi istifadənin ömrün uzadılmasıyla yanaşı, vaxtından əvvəl ölüm riskini də 23 faizədək azaltdığını müəyyən ediblər.
www.eurekalert.org saytı xəbər verir ki, 22,811 nəfərin iştirak etdiyi səkkiz il boyunca davam edən tədqiqat müddətində alimlər iştirakçıların sağlamlıq vəziyyətini nəzarətdə saxlayıblar. Mütəxəssislər mütəmadi olaraq qırmızı acı bibərdən istifadənin (həftədə dörd dəfədən çox) insanların ürək tutmasından vəfat etmək ehtimalını 40 faizədək azaltdığını müəyyənləşdiriblər. Bu zaman beyin qan dövranı pozğunluğu səbəbiylə yaranan ölüm riski səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı enib.
Hazırda alimlər qırmızı çili bibərinə acılıq verən alkoloid-kapsaisin maddəsinin biokimyəvi mexanizmlərini müəyyənləşdirmək üçün tədqiqat işlərini davam etdirməyi planlaşdırır. Məlum olduğu kimi, bu maddə hüceyrələrin mitoxondriyasına təsir etməklə bədxassəli hüceyrələrin ölümünə səbəb olur.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth, weScience
“YouTube” bahalı internet trafiklərinin olduğu ölkələrdə yenilik edir [AZ]
Bu proqram təminatı pis internet şəraitində videohostinqə qoşulmağa imkan verəcək
Mobil telefonlar üçün yeni “YouTube Go” proqramı dünyanın 130 ölkəsində əlçatandır.
Bu proqram təminatı pis internet şəraitində videohostinqə qoşulmağa imkan verəcək.
Rəsmi bloqda deyilir ki, şirkət “YouTube Go”-u geniş internet şəbəkəsinin olduğu yerlərdə istifadəyə buraxmağı planlaşdırmır. “YouTube Go” proqramı mobil internet əlaqənin zəif olduğu və ya bahalı internet trafiklərinin olduğu ölkələrdə bu hostinqin çarxlarına baxış üçün yaradılıb.
Yeni proqram təminatı telefonun yaddaşında videoyazıların saxlanılması funksiyasını təklif edir. Videofayllara baxmaq və ya onları internetdən istifadəsiz şəkildə başqalarına paylaşmaq olar.
İstifadəçilər yazının həcminə nəzarət edə və qısa keyfiyyətli çarxları yükləyə bilərlər.
Mənbə: İnteraz
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weSoftware, weTechnology
Artıq “Instagram”da şərhləri deaktiv etmək mümkündür [AZ]
“Instagram” xidmətinə bir sıra yeni funsksiyalar əlavə edilib.
AZƏRTAC Belta.by saytına istinadla xəbər verir ki, artıq istifadəçilər öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər. Həmçinin onlar fotoxidmətdə bəyəndikləri şərhləri “like” etmək imkanı qazanacaqlar.
Məlumatda bildirilir ki, bu, yeganə yenilik deyil. “Instagram”da istifadəçini “blok” etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.
Mobil proqramın yeni versiyası dekabrın 6-dan istifadəçilərin bir hissəsi üçün əlyetərlidir, digər istifadəçilər isə hələ bir neçə həftə gözləməli olacaqlar.
Mənbə: azertag.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weScience, weTechnology