ABŞ-ın Tennesi ştatında dəhşətli qasırğa [AZ]
ABŞ-ın Tennesi ştatını cənginə alan güclü tornado daha bir nəfərin ölümünə səbəb olub
Xəbər verilir ki, bununla da təbii fəlakət zamanı ölənlərin sayı 25-ə çatıb.
Neşvil şəhərini yerlə-yeksan edən tornado 140-dan çox binanı dağıdıb. Çox sayda insan dağıntılar altında köməksiz vəziyyətdə qalıb.
ABŞ Prezidenti Donald Tramp Tennesi qubernatoru Bill Liyə zəng edib və ştata yardım göndəriləcəyini bildirib. Həmçinin, cümə günü təbii fəlakət bölgəsinə səfər edəcəyini qeyd edib.
Qubernator Bill Li ştatda fövqəladə vəziyyət elan edib. O, axtarış-xilasetmə işlərinə yardımçı olmaları və təhlükəsizliyin təmin edilməsi üçün milli mühafizəçiləri olay yerinə ezam edib.
Neşvil şəhərində ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Yaxınlıqdakı bütün hava limanları işlərinə müvəqqəti fasilə verib.
44 min insanın elektriksiz qaldığı bildirilir.
____________________________________________
08:10
ABŞ son illərin ən dəhşətli təbii fəlakəti ilə mübarizə aparır.
Xarici KİV-lərə istinadən xəbər verilir ki, ölkənin şərq ştatlarını əhatə edən güclü tornado nəticəsində ölənlərin sayı 24-ə çatıb. Onlarla yaralı var. Məlumata görə, güclü külək daha çox Tennessi ştatına ziyan vurub. Azı 40 bina dağılıb. Yüzlərlə insan evsiz qalıb. Körpülər sıradan çıxıb.
Yerli dairələr güclü küləyin davam edəcəyi barədə xəbərdarlıq edib.
Mənbə: Publika.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!