Şəbəkədə, AnTuTu test nəticələrində Polaris kod adı ilə mobil cihaz meydana çıxıb. Mövcud məlumatlara görə cihaz təqdimatı çox yaxında keçirilməsi nəzərdə tutulan Xiaomi Mi Mix 2S-dir. Smartfon Mi Mix 2-dən iki dəfə və iPhone X-dan güclü olması gözlənilir.
Xiaomi Mi Mix 2S yeni Snapdragon 845 prosessoru ilə təhciz edilib və AnTuTu bençmark nəticələrində 270 461 bal ilə müəyyən edilib. Əgər paylaşılan ekran görüntüsü saxta deyilsə, onda bu smartfonudünyanın ən möhtəşəm smartfonudur. Müqayisə üçün Snapdragon 835 prosessoru ilə təhciz edilmiş cihazlar, 170-180 min bal ilə müəyyən edilib.

Hal hazırda bazarda ən surətli smartfonlar 6 nüvəyə malik “Apple A11 Bionic” prosessoru ilə təhciz edilmiş iPhone 8, 8 Plus və iPhone X smartfonlarıdır. AnTuTu bençmark tətbiqində bu cihazların texniki göstəricisi 220-230 min xaldır.



Mənbə: GSMArena
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!



