Avropada kosmosa ilk uçuşun 40 illiyi qeyd olunur [AZ]
Bu günlərdə Avropa kosmos tarixində əlamətdar gün – ilk Avropa raketinin fəzaya buraxılmasının 40-cı ildönümü tamam olub. Məhz 1979-cu ilin Milad axşamı (24 dekabr) Fransaya məxsus Qayanada yerləşən Kuru kosmodromundan “Ariane” tipli daşıyıcı raket kosmosa buraxılıb. Raketin qarşısında duran məqsəd yalnız Yer kürəsinin ətrafında dövrə vurmaqdan ibarət idi.
Kosmik tədqiqatlar sahəsində artıq özünə yer qazanan Avropa Kosmik Agentliyi (ESA) yaxın aylarda “Ariane“ raketlərinin 6-cı nəslini kosmosa göndərməyə hazırlaşır. Ötən dövr ərzində böyük rəqiblərlə müqayisədə avropalılar uçuşların təhlükəsizliyi ilə önə çıxmağı bacarıblar. İndiyədək fəzaya buraxılan 250 “Ariane“ raketindən cəmi doqquzunun startı uğursuz olub.
Qeyd edilməlidir ki, 22 dövlətin təmsil olunduğu ESA növbəti beş ildə rekord məbləğdə büdcə ilə təmin olunub. Ötən ay qəbul edilən qərara əsasən, ESA 14,4 milyard avroluq büdcə ilə (öncəki dövrlə müqayisədə 4 milyard daha çox) “Ariane“ raketlərinin təkmilləşdirilməsi üzərində də iş aparacaqdır.
“Ariane“ raketlərinin növbəti nəslinin fəzaya ilk uçuşu gələn ilin iyul ayında baş tutmalıdır.
www.daily-sun.com
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse
Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb [AZ]
Tarixdə ilk dəfə iki qadın – ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.
Xəbər verilir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.
Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.
Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.
Mənbə: interfax & Global News
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir
- Published in weUniverse
“Qanlı Ay” tutulması [AZ]
Yanvarın 21-də 2019-cu ilin ilk Ay tutulması hadisəsi müşahidə olunur. Onun maksimal fazası Qrinviç vaxtı ilə 05:12 (Bakı vaxtı ilə 09:12) qeydə alınacaq.
Xəbər verilir ki, bu barədə “5-TV” xəbər portalı məlumat yayıb.
Ay tutulması qış fəslinə təsadüf edib və atmosfer qırmızı-narıncı spektr şüalarını daha yaxşı keçirdiyindən məhz bu çalarlı dalğalar Yerin təbii peykinin üzərində proyeksiya olunub. Ona görə, hadisəni Qırmızı və ya “Qanlı Ay” tutulması adlandırırlar.
“Qanlı Ay” tutulması Birləşmiş Krallıq, Rusiyanın şimal-şərqi, Fransa, İspaniya və Portuqaliyanın şimal-qərbində, Afrikanın qərbi ölkələrində və digər bölgələrdə müşahidə olunur.
Mənbə: Ruptly / Oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
Marsa səfər insanları qocaldacaq [AZ]
Marsa uçuş kosmik missiyanın hər bir ekipaj üzvünü radiasiya ilə təmasa görə 2,5 il qocaldacaq.
Oxu.Az xəbər verir ki, bu haqda “RİA Novosti” Mosvkada keçirilən Aviakosmik və Ekoloji Tibb adlı konfransın hesabatına istinadən məlumat yayıb.
“Marsa uzun sürən (üç ilə qədər) uçuş zamanı və uçuşdan sonra maksimum günəş aktivliyi şəraitində müxtəlif qalınlıqlı radiasiyadan qoruyan alüminium “sığınacaqda” olan kosmonavtların üzləşəcəyi ümumi radiasiya riski hesablanıb.
Sadə şar formalı kosmik aparat və onun içində olan insan bədənini imitasiya edən fantom model əsasında aparılan hesablamalara görə, Marsa iki il müddətli uçuş və geri dönüş zamanı hər bir ekspedisiya üzvü üçün radiasiya riski yaşdan asılı olmayaraq 7,5 faiz təşkil edəcək. Bu isə kosmonavtların ömrünün orta hesabla 2,5 il qısalmasına yol açacaq”, – deyə sənəddə bildirilir.
Mənbə: oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weUniverse
13 il sonra kosmosdan müəmmalı siqnal gəldi – Alimlər Şokda [AZ]
NASA 2000-ci ildə kosmosa “İMAGE” adlı peyki göndərib.
“Ölkə.Az” xəbər verir ki, bir sistem səhvinə görə peyk 2005-ci ildən siqnal göndərməmişdi. 13 il sonra birdən-birə aktivləşən peyk siqnal göndərməyə başlayıb.
Peyki axtarma işlərinə rəhbərlik edən astronom Skott Tilli “2000-017A” etiketli peykdən siqnal almağa başlayıb. Siqnalları incələyən alim peykin NASA tərəfindən göndərilən və itən “İMAGE” peyki olduğunu dəqiqləşdirib.
Peykin hələ də siqnal göndərməsi üzərindəki 6 qurğudan bəzilərinin aktiv olduğuna işarə edir.
Mənbə: olke.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
10 minlərlə göy cisimləri yer planetinə gələ bilər – Şamaxı Rəsədxanası – FOTO [AZ]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında səma aydın olduğu müddətdə hər gün müşahidə prosesi aparılır. Astronomlar rəsədxanada keçmişdən gələn işığı öyrənirlər, milyon il bundan qabaqkı işığı öyrənə-öyrənə gələcəyin elmini qururlar.
Yer kürəsində azot gübrəsini ilk dəfə astronomlar tapıb. Almazların qrafitdən əmələgəlməsi prosesini də metereoritin yerə düşməsi nəticəsində astronomlar öyrəniblər. Faktxeber.com məlumat verir ki, “Report”un əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında olub. Elm ocağından hazırlanan reportajı təqdim edirik.
Biz Şamaxı Astrofizika Rəsədxanasına çatanda axşam idi. Öyrəndik ki, hava aydın olduğu üçün 2 metrlik teleskopda səma cismlərinin müşahidəsinə hazırlıq prosesi gedir. Rəsədxananın 5 km uzaqlığına qədər heç bir yaşayış yeri və obyektin olmaması səbəbindən səmanın möhtəşəm görüntüsü adamı heyran edirdi. Ulduzlar, bürclər, planetlər və süd yolu sanki toxuna biləcəyin qədər yaxın idi. Qeyd edək ki, 2 metrlik teleskopun güzgüsünün çəkisi 3.5, özünün çəkisi 85, hərəkət edən gümbəzinin çəkisi 200 tondur, turbanın uzunluğu, foks məsafəsi isə 9 metrdir. Bu teleskop rəsədxanaya 1964-cü ildə gətirilib.
Ulduzların “qan analizi”
Burada 4 nəfərlik heyət (texnik, elmi işçi, 2 yardımçı mühəndis) qalaktikaları müşahidə edirdi. Müşahidə prosesi ulduzların parlaqlığından asılıdır, yəni ulduz parlaq olanda proses bir neçə dəqiqə, parlaqlıq az olanda bir saata qədər də çəkə bilir. Öyrəndik ki, göy cisimləri yerə düşmədən də onun tərkibini öyrənmək mümkündür. Belə ki, müşahidə zamanı obyektin “spektr”i alınır, yəni müşahidə olunan obyektin işığı teleskopun qəbuledicisinin üzərinə düşür və həmin işıq rənglərə bölünür, alınan spektr xüsusi kompyuterdə xüsusi proqram vasitəsilə analiz edilir. Bu analizin nəticəsinə əsasən, qalaktikada hansı fiziki dəyişiklər getdiyini demək olur. Məsələn, qalaktikanın fırlanma sürətini, həmin qalaktikada hansısa partlayışın baş verib verməməsi, bizim qalaktikadan uzaqlaşma sürəti təyin oluna bilir. Xülasə, ancaq işıq vasitəsilə səma cismi haqqında bir çox məlumat almaq olar, necə ki, insan orqanizmi haqqında məlumatların çoxunu qan analizi vasitəsilə əldə olunur. Yeri gəlmişkən, rəsədxanaya kənardan baxmaq da maraqlıdır: kupon (gümbəz) açılır, teleskop hərəkət edir.
Bəxti gətirməyənlər
Rəsədxanada səma cisimlərini müşahidə etmək üçün işçilərin qrafiki qurulur. Müşahidə üçün isə hava yaxşı olmalıdır, əks halda işləmək olmur. Əgər işçi havanın tutqun olması səbəbindən işləyə bilmirsə, bu, ona əməlli-başlı problem yaradır. Çünki plandan kənara çıxmaq olmur.
İnsan gözündən 110 min dəfə çox işıq toplayan teleskop
Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop var, onların ən böyüyü 2 metr, ən kiçiyi 35 sm-dir. Hərəsinin özünəməxsus təyinatı var, böyük teleskop daha çox işıq toplayır. İnsan gözünün linzasının diametri 6 mm-dir, 2 metrlik teleskop insan gözündən 110 min dəfə çox işıq toplayır. Teleskop nə qədər böyük olsa kainatın daha ucqar yerlərində olan qalaktikaları görmək olur. Hazırda dünyada 8-10 metrlik teleskoplar var, hətta ingilislər və hindlilər 42 metrlik teleskop qurulması üzərində işləyirlər. Qeyd edək ki, Şamaxı rəsədxanasında teleskopa xidmət edən xüsusi qrup var, çünki texnikaya daim nəzarət olunmalıdır.
Ulduzlar yanmır və yerə düşmür…
Bəzən səmaya baxanda hansısa obyektin yanaraq aşağı endiyini görüb “aaa, ulduz düşdü” deyirik… Amma rəsədxanada öyrəndik ki, “insan vəfat edəndə onun ulduzu da sönür”, “göydən ulduz düşdü” kimi fikirlər yanlışdır, rəvayətdir. Belə bir reallıq yoxdur. Əslində ulduzların hərəkəti çox zəif olur, bəlkə min il ərzində onun yerini dəyişdiyi hiss oluna bilər, ya yox… Bizim gördüklərimiz isə kometlərdir, onlar Yer atmosferinə daxil olanda sürtünmə nəticəsində yanmağa başlayır, kiçiklər səmada yanıb yoxa çıxır, böyüklər isə bəzən gəlib yerə düşür. Kometlər Yer səthinə düşənlər müəyyən təhlükə törədə də bilər.
Göydə tam yanan cisimlər “meteor”, müəyyən hissəsi Yer səthinə düşənlər isə “meteorit” adlanır.
Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər.
Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər, onların sürəti bir saniyədə 5 min km-dən, 70 min km-ə qədər olur. Yəni həmin cisimlər bir saniyəyə Bakı şəhərinin yarısını qət edir.
Yupiter və Saturn kimi böyük planetlər Yer kürəsini böyük təhlükələrdən (komet, astereoritdən) qoruyur, onlar olmasa səma cisimləri Yer kürəsinə ciddi ziyan vurar.
Günəşdə partlayış olanda yer kürəsində ölümlərin sayı artır.
Günəşdə sentyabrın 6-da son 12 ilin ən güclü partlayışı olub. Günəşdəki həmin partlayış zamanı atılan maddənin sürəti saniyədə 1 200 km qeydə alınıb. Günəşdən atılan maddə bir sutkaya Yer kürəsinə çatıb, Yerin maqnit sahəsini deformasiya eləyərək planetimizdə müəyyən problemlər yaradıb.
Müsahibimiz, rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirdi ki, partlayış nəticəsində kommunikasiya xətlərinə zərər dəyməsə də, həmin gün Yer kürəsində ölümlərin sayı artıb.

Mənbə: faktxeber.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews, weUniverse
Marsda Morz əlifbası ilə məktub tapılıb [AZ]
NASA-nın mütəxəsisləri Marsın qumları üzərində Morz əlifbası ilə yazılmış bir neçə hərifə rast gəliblər.
Bildirilir ki, bu barədə “HIRISE” saytı məlumat yayıb.
Yazılmış hərifin şifrə edilməsi “Reconnaissance Orbiter” planetlərarası avtomatik stansiyası üçün quraşdırılan kameranın köməyi ilə mümkün olub.
Planetlər üzrə mütəxəsis Veronika Brey yazını şifrə edərək bu cümlələri qurub: “NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!”
Nöqtə və tire, tətbiq olunan Morz əlifbasına Marsın səthində əvvəllər də rast gəlinib, lakin bir qədər cənubda Şimal qütbü üzərində yerləşən qum təpədə bu yazılar daha aydın şəkildə özünü göstərir.
Mənbə: weislam.Az / Maide.Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
Şamaxı Rəsədxanası: Günəşin səthində ləkələr yaranıb [AZ]
Bir neçə gün əvvələdək günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələr yaranmağa başlayıb və onların sayı hazırda 23-ə bərabərdir. Bəzi hallarda Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra plazma kütləsinin atılması halları qeydə alınır.
E.Babayev deyib: “Günəşlə yer arasındakı məsafə 150 milyon kilometrə yaxındır. Plazma kütlələrinin yerə çatması üçün vaxt lazımdır. Normal halda bu, üç günə, ən yüksək sürətdə isə 17-19 saata yerə gəlib çata bilər. Bu vaxtın kifayət qədər böyük olması imkan verir ki, texnoloji və bioloji sistemlər üçün qabaqlayıcı tədbirlər görülsün”.
Mənbə: AzərTAc
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
Cassini End of Mission [EN]
Cassini program manager at JPL, Earl Maize, left, and spacecraft operations team manager for the Cassini mission at Saturn, Julie Webster embrace after the Cassini spacecraft plunged into Saturn, Friday, Sept. 15, 2017 at NASA’s Jet Propulsion Laboratory in Pasadena, California.
Click on image to see original version
Cassini program manager at JPL, Earl Maize, left, and spacecraft operations team manager for the Cassini mission at Saturn, Julie Webster embrace after the Cassini spacecraft plunged into Saturn, Friday, Sept. 15, 2017 at NASA’s Jet Propulsion Laboratory in Pasadena, California. Since its arrival in 2004, the Cassini-Huygens mission has been a discovery machine, revolutionizing our knowledge of the Saturn system and captivating us with data and images never before obtained with such detail and clarity. On Sept. 15, 2017, operators will deliberately plunge the spacecraft into Saturn, as Cassini gathered science until the end. The “plunge” ensures Saturn’s moons will remain pristine for future exploration. During Cassini’s final days, mission team members from all around the world gathered at NASA’s Jet Propulsion Laboratory, Pasadena, California, to celebrate the achievements of this historic mission. Photo Credit: (NASA/Joel Kowsky)
Source: NASA
For permission content from this site must be hyperlinked when used!
- Published in weScience, weUniverse
Long Way From Home [EN]
This picture of a crescent-shaped Earth and Moon – the first of its kind ever taken by a spacecraft – was recorded Sept. 18, 1977, by NASA’s Voyager 1 when it was 7.25 million miles (11.66 million kilometers) from Earth. The moon is at the top of the picture and beyond the Earth as viewed by Voyager
Source: NASA
For permission content from this site must be hyperlinked when used!
- Published in weScience, weUniverse
- 1
- 2











