DİQQƏT! Artıq WhatsApp-da səhvən göndərilmiş mesaj və media məlumatlarını qarşı tərəf oxumamış silmək mümkündür.
Dünyanın ən qabaqcıl mesajlaşma sistemi, bir milyarddan artıq istifadəçisi olan WhatsApp əvəzolunmaz funksiyaları ilə heyran etməyə davam edir.
Artıq WhatsApp-da səhvən göndərilmiş mesaj və media məlumatlarını qarşı tərəf oxumamış silmək mümkündür. Hətta mesajı və media məlumatlarını qarşı tərəf oxuduqdan sonra belə silinmək mümkündür.
Qeyd: Mesaj və media məlumatlarının silinməsi yalnız 7 dəqiqə ərzində mümkündür.
Tətbiq olunmuş funksiya Android və iOS əməliyyat sistemləri üçün əlçatandır. Bu funksiyadan istfadə etmək üçün WhatsApp tətbiqinizi Play Store və App Store -ə daxil olub yeniləmək kifayətdir.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!