Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq [AZ]
Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini artırmaq məqsədilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. “Qafqazda seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında olacaq.
Qeyd edək ki, hazırda ölkə ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan əlavə, “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyaları işləyir. RSXM-da aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.
Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weScience
2019-cu ilin sonuncu günəş tutulması – Bakıda izləmək mümkün olacaqaq [AZ]
2019-cu ilin sonuncu Günəş tutulmasını Bakıda izləmək mümkün olacaq
2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlanacaq və 12:06-da yekunlaşacaq. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse
Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb [AZ]
Bu il yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, yay fəslinin ölkəmizə qədəm qoyması iyunun 21-də yerli vaxtla saat 19:54-ə təsadüf edəcək. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.
Qeyd edək ki, payız sentyabrın 23-də Bakı vaxtı ilə saat 11:50-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 08:19-da (qış Günəş qarşıdurması anı) başlanacaq.
Mənbə: Azərbaycan Milli Elmlər Akademiyası
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weScience, weUniverse
Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib [AZ]
Yaponiyada gen terapiyasında ilk dəfə istifadə ediləcək dərmana razılıq verilib. Yaponiya KİV-inə istinadla xəbər verilir ki, bu barədə qərar hökumət yanında ekspertlər komissiyası tərəfindən qəbul edilib.
Bildirilir ki, “AnGes” şirkəti “Collategene” adlı preparatın qeydiyyata alınması üçün müraciət edib. Bu dərmanın ayağın toxumalarının məhvinə səbəb olan qanın zəif dövranını tənzimləmək məqsədilə tətbiq ediləcəyi bildirilir.
Qeyd edək ki, son zamanlar gen terapiyası yeni nəsildə təkrarlanan irsi xəstəliklərin müalicəsində geniş tətbiq edilməyə başlayıb. Eyni zamanda, gen terapiyasından indiyədək müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanın tapılmadığı xəstəliklərdə də istifadə edilir. Belə preparatlar ABŞ-da və digər ölkələrdə tətbiq olunur.
“Collategene” preparatının tərkibində damarları yaradan və zədələnmiş ətraflarda qanın dövranını tənzimləyən genlər var.
Mənbə: Azərtac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
“Qlobal istiləşmə” termininin müəllifi öldü, problem isə… [AZ]
Mütəxəssislər deyir ki, dünyanın böyük dövlətləri ciddi tədbirlər görməsələr, kəskin fəsadlarla üzləşə bilərik
AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqlimşünas Məhərrəm Həsənov deyir ki, iqlim dəyişmələri hazırda bütün dünyada müşahidə edilən bir problemdir: “Qlobal istiləşmə 1961-1990-cı illərin materiallarını Ümumdünya Meteorologiya Təşkilatı norma kimi qəbul edib. 1991-ci ildən bu günə kimi temperaturun yüksəlməsi müşahidə edilir. Ümumilikdə götürüləndə isə son 50 il ərzində yer kürəsinin orta temperaturu təqribən 1 dərəcəyə qədər yüksəlib. Qeyd edilən dərəcə az deyil. Qlobal istiləşmə nəticəsində dünyada olan buzlaqlar əriyər, dünya okeanının səviyyəsi yüksələr və bunun nəticəsində okean sahildə yerləşən ərazilər su altında qala bilər. Digər tərəfdən temperaturun belə yüksəlməsi gələcəkdə quraqlığın artması ilə ərzaq probleminin yaranmasına səbəb olar. Həmçinin su ehtiyatlarının azalması da problemlər yaradar. İstiləşmənin əsas səbəbi isə indiki dövrdə antropogen amillərdir. Bu antropogen amillərin əsasını atmosferə atılan karbon qazının miqdarının artması təşkil edir. Məhz karbon qazının artması ilə atmosferdə istixana effekti deyilən bir şərait yaranır ki, bu da yer kürəsində temperaturun qalxmasına təsir edər. Bu da bir sıra problemlərin baş verməsinə səbəb ola bilər. 2015-ci ilin dekabr ayında Parisdə bir sıra dövlət rəhbərlərinin iştirakı ilə sammit keçirildi və orada bir daha təsdiq edildi ki, son 50 il müddətində yer kürəsinin orta temperaturu yüksəlib. Yəni qlobal istiləşmə davam etməkdədir. Buna təbii fəlakət kimi baxmaq lazım deyil. Bəzi ölkələr öhdəlik götürüblər ki, atmosferə atılan karbon qazı 1992-ci il səviyyəsinə endirilsin və həmin səviyyədə saxlanılsın. Bunun üçün də ilk növbədə müəyyən sənaye müəssisələrində təmizləyici qurğular qurulmalıdır. Həmçinin avtomobillərdən havaya buraxılan zərərli qazları azaltmaq üçün hibrid maşınların istehsalı artmalıdır ki, yanacaqdan az istifadə edilsin”.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
İnsanların Marsa uçuşu təxirə salındı [AZ]
Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan “Mars One” layihəsinin “Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib.
Bu barədə “Engadget” nəşrində məlumat yayılıb.
İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.
Layihənin rəhbərlərindən olan Bas Lansdorp fəaliyyətlərini davam etdirmələrinə rəğmən, investisiyaların kəsilməsinin qarşıya qoyulan məqsədlərin icrasını mümkünsüz etdiyini dilə gətirib. Lansdorp “Engadget”ə verdiyi açıqlamada təfərrüata varmasa da, problemin həllini tapması üçün hazırda əlindən gəldiyini etdiyini vurğulayıb.
“Mars One” iki bölmədən ibarətdir: İsveçrədə qərarlaşan və teleyayım hüquqlarına malik olan “Mars One Ventures” kommersiya bölməsi və Niderlandda qərarlaşan və bütün layihələri idarə edən “Mars One Foundation” qeyri-kommersiya bölməsi.
Bundan əvvəl layihənin “Marsdakı” koloniyaçıların həyatı haqqında realiti-şounun reklam gəlirləri hesabına maliyyələşdiriləcəyi bildirilirdi. Layihə çərçivəsində dünyanın dörd bucağından yüz minlərlə könüllü arasında seçimlər həyata keçirilmiş və onun əsasında sənədli film lentə alınmışdı.
Qeyd edək ki, “Mars One” layihəsinin ən tükürpədici məqamlarından biri, koloniyaçıların bir daha Yer planetinə geri dönə bilməyəcəkləri idi.
Plana görə, layihə çərçivəsində Marsda “yaşama haqqı qazanmış” könüllülər 2027-ci ildə “Qırmızı planetə” eniş etməli idi.
Mənbə: Oxu Az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weScience, weUniverse
İsmayıllı ərazisində zəlzələ qeydə alınıb [AZ]
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatina görə, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Mənbə: AMEA
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, News of Azerbaijan, weNews, weScience
Antarktidada sirli orqanizmlər aşkarlandı [AZ]
Alimlər Antarktida buzlaqlarının altında olan göldən min illər ərzində təcrid olunmuş canlı orqanizmlərin qalıqlarını aşkarlayıb.
Xəbər verilir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.
Tədqiqatçılar cənub qütbünün su hövzələrində ilk dəfədir ki, belə qalıqlarla rastlaşır. Buna qədər alimlər belə mühitdə yalnız bakteriyaların yaşaya bildiyini fərz edirdi.
Tapıntı “Subglacial Antarctic Lakes Scientific Access” (SALSA) tədqiqatı çərçivəsində qeydə alınıb. Tədqiqatçılar Cənub qütbündən 600 kilometr aralıda yerləşən Merser gölündən nümunə götürüblər.
Bunun üçün onlar bir kilometr dərinlikdə quyu qazaraq, ora temperaturu ölçən cihaz buraxıb. Sonradan cihazı səthə çıxararaq, üzərinə yapışan çirkdən nümunələr götürüb. Nümunələr mikroskop altında araşdırılıb.
Mütəxəssislər diatom yosunların çanaqlarını, buğumayaqlılar, o cümlədən, xərçəngkimilərin və ərincəkliləri xatırladan mikroskopik canlıların qalıqlarını müşahidə edib. Bundan savayı, mikroskop altında soxulcanlara bənzəyən bitki və göbələk toxumalarını aşkarlanıb.
Alimlərin hesablamalarına görə, həmin canlılar Transantarktika dağlarının su hövzələrində, təxminən Merser gölündən 50 kilometr aralıda yaşayıb. Onların yaşayışı üçün əlverişli şərait təxminən 120 min il əvvəl mövcud olub.
Alimlər hələlik bu məxluqların gölə hansı şəkildə düşdüyünü müəyyən edə bilmir. Orqanizmlərin yaşını öyrənmək üçün onlar DNT analizi və radio-karbon təqvim araşdırması aparmaq niyyətindədirlər.
Mənbə: Oxu.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb [AZ]
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub. Xəbər verilir ki, bununla da payız fəsli başa çatıb, ölkə ərazisində qış fəsli başlayıb. Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Alim qeyd edib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.
Qeyd edək ki, dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsidir. Bu gündən etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.
Azərbaycana bahar fəsli martın 20-də qədəm qoyacaq. Yazın gəlişi ilə gecə və gündüz bərabərləşəcək.
Mənbə: www.science.gov.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, weNews, weScience, weUniverse









