Qərbin İslam siyasəti
İslamofobiya anlayışı 11 sentyabr hadisəsindən sonra məşhurlaşdı. Bu hadisə dünyadakı bütün tarazlıqların dəyişməsi üçün qığılcım oldu. Qərb ölkələrində İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik yayıldı, zorakılıq halları çoxaldı.
11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu həmin günə qədər tarixin ən qanlı terror hadisəsi idi. 11 sentyabrdan bu günə qədər keçən 15 il ərzində isə təqribən 150.000 nəfər terror hücumlarında həyatını itirib. 2000-ci ildə ölənlərin sayı 3.500, 2011-ci ildə 7.000, 2014-cü ildə isə 32.865 nəfərə çatıb. Terror hücumlarına məruz qalan ölkə sayı 62-yə yüksəlib. 11 sentyabrdan sonra terrorizm yayılıb və daha çox can almağa başlayıb.
İslam əleyhdarlığı artdıqca milyonlarla müsəlman tələyə salınır. Müsəlmanlar terrorizmlə mübarizə adı altında təqib edilir. ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin siyahılarında 1.200.000 müsəlman qeydiyyata salınıb. 5 il öncə bu rəqəm 230.000 idi. Bir çox amerikalı siyahıya düşməmək üçün müsəlman dostları ilə əlaqələrini minimuma endirib. «Uçuşuna qadağa qoyulanlar» siyahısı adı altında 47.000 nəfərin təyyarəyə minməsi qadağan olunub, bir çox amerikalı ancaq ikinci axtarışdan sonra təyyarəyə minə bilir.
Ancaq buna baxmayaraq, hələ də müsəlmanlar Qərb ölkələrində yaşamağa, həyatlarına davam etməyə çalışırlar. Yaşadıqları cəmiyyətlərə uyğunlaşmağa və özlərini həmin cəmiyyətin bir hissəsi kimi görməyə cəhd edirlər.
Qərbdə yaşayan müsəlmanların həyatları ilə bağlı araşdırmalar aparan təşkilatlar maraqlı nəticələr əldə edirlər. Bunlardan bəzilərinə nəzər salaq:
“The Guardian” qəzetində 2015-ci ilin son aylarında nəşr edilən bir məqalədə qeyd edilir ki, İngiltərə və Uelsdə yaşayan müsəlmanların yarısı burada doğulub böyüyüb və 73%-i özünü ingilis hesab edir.
2008-ci ildə CSA tərəfindən aparılan bir araşdırmaya görə, Fransada yaşayan müsəlmanlar cəmiyyətə yaxşı inteqrasiya olduqlarına inanırlar. Aparılan araşdırmanın nəticələrinə görə, 14% özünü ilk növbədə fransız, 60% isə özünü həm fransız, həm də müsəlman hesab edir. 22%-in isə fransızdan əvvəl özünü müsəlman hesab etdiyi qeyd olunur.
Müsəlmanlar yaşadıqları cəmiyyətlərə inteqrasiya olduqlarını düşünsələr belə, sırf dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qaldıqları danılmaz faktdır.
İslamofobiyanın səbəbini araşdırdıqda isə medianın burada əhəmiyyətli dərəcədə rol oynadığını görürük. Fransada keçirilən sorğuda iştirak edənlərin 78%-i medianın qərəzli mövqe tutduğunu bildirir. Mediada İslam əleyhinə ifadələr getdikcə artır. İştirakçıların 50%-i ölkə siyasətinin də İslam əleyhdarlığında rol oynadığı, siyasi fikirlərin İslamofobik hadisələri artırdığı fikrini bölüşür.
Bu araşdırmalar medianın xalqı istiqamətləndirmədəki gücünü ortaya qoyur. Media xalqı bu şəkildə yönləndirərkən, İngiltərədə varlı ərəblərin sərvətlərini necə xərclədikləri, Londonun ərəb şeyxlərinin sevdiyi şəhərlərdən biri olduğu kimi xəbərlərə çox da yer verilmir.
Müsəlman iş qadınları da ingilis cəmiyyətində yaxşı yer tuturlar. Misir mənşəli zəngin iş adamının qızı olan Camilla Al-Fayed, ərəb əsilli Shelina Janmohamed və Pakistan əsilli Farmida Bi elit təbəqəyə aid məşhur müsəlman qadınlar arasındadırlar. İngiltərədə cəmiyyətdə yer tutmuş daha bir çox tanınmış müsəlman qadın var. Bu insanların müsəlman olmaları heç zaman mənfi şəkildə mediada səsləndirilmir. Onlar Böyük Britaniyada çox etibarlı sayılır və heç kim onların terrorçu olmasından, özlərinə və ya ölkələrinə hər hansı bir zərər verməsindən qorxmur. İngilislər zəngin ərəblərə geyim, daşınmaz əmlak, hətta futbol klublarını belə satmaqdan çəkinmirlər.
Digər tərəfdən, bildiyiniz kimi, müasir Dubayın memarı da ingilislərdir. Dubayda son 10-15 ildə tikilən binaların, demək olar ki, hamısının müəllifi ingilislərdir. Hətta bu layihələrin bir çoxu ingilis podratçı firmalar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dubayda uzun illərdir yaşayan bir çox ingilis vətəndaşı var. Bu insanların da heç bir şəkildə müsəlmanlardan qaynaqlanan narahatlıqları olduğu düşünülə bilməz.
O zaman ortaya bu nəticə çıxır: Qərb üçün qorxulu olan insanların müsəlman olması deyil, onların cəmiyyət içindəki mövqeləridir. Qərb ölkələrində yaşayan az gəlirli müsəlmanlar ictimai mövqelərinə görə alçaldılır və təhlükəli qəbul edilirlər.
Bunun yaxın zamandakı örnəyini Avropa ölkələrinin Suriya miqrantlarını seçərkən gördük. Bir çox Avropa ölkəsi təhsilli suriyalıları seçərək ölkələrində kimləri görmək istədiklərini bildirmişdilər. Fikirlərini isə bu şəkildə əsaslandırmışdılar ki, bu insanlar ali təhsillərinə görə Avropa cəmiyyətinə daha yaxşı inteqrasiya olacaqlar və problem yaratmayacaqlar.
Nəticə olaraq, media kimləri yaxşı olaraq qələmə verirsə, kimlər haqqında müsbət fikir yaradırsa, xalqın da bu yöndə istiqamətləndiyi görünür. Və Qərb mediası bu gün öz mənfəətinə uyğun müsəlmanları təhlükəsiz göstərib, digərlərini terrorist olaraq təqdim edirsə, bu şəkildə Avropada və dünyada terrorizmlə mübarizə uğursuz olacaqdır.
Doğru olan, İslamın yanlış izah edilməsi nəticəsində ortaya çıxan radikal qruplarla, ideologiya ilə fikri mübarizə aparmaqdır. Terrorçuların yanlış ideologiyalarını düzgün fikirlərlə aradan qaldırmaq lazımdır.
Ən vacib olan radikalizmlə həqiqi İslam arasındakı fərqi dəqiq şəkildə ortaya qoymaq, izah etməkdir. İslam adından ortaya çıxan radikal qruplar -tətbiq etdikləri insanlıqdan uzaq hərəkətlərdən də rahat şəkildə başa düşüləcəyi kimi – İslamın əslindən çox uzaq, azğın anlayışa sahibdirlər.
Bu insanlar inandıqları doğruları Qurandan deyil, İslam adından uydurulmuş bəzi xurafatlardan alırlar. Etdikləri hərəkətləri müqəddəs görür və bu yolda həyata keçirdikləri zorakılığı öz aləmlərində “ibadət” kimi qəbul edirlər.
Bu səbəbdən əks təbliğat aparılması və doğrunun izah edilməsi çox önəmlidir. İslamın müasir, elmə, incəsənətə önəm verən, aydın, mütərəqqi və hər cür zorakılığı qadağan edən yönü göstərilməlidir. İslamın sevgini, qardaşlığı, sülhü və əmin-amanlığı tövsiyə edən din olduğu izah edilməlidir.
Mənbə: xeberinfo.com
Happy 2016
AZ: RAM5N Inc. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir!
US: RAM5N Inc. Congratulate the people of Azerbaijan on the occasion of the world Azerbaijanis Solidarity Day and New year!
HAPPY 2016 Years
- Published in World
Bangladesh Bans Facebook, WhatsApp to Stop “Criminals”
Last week, the government of Bangladesh ordered ISPs to ban Facebook and other social media. In the chaos that followed, the entire country lost internet access for over an hour.
Now, according to a report from Global Voices, Bangladeshi citizens little to no access to the targeted services, which include Facebook Messenger, Viber, and WhatsApp. Apparently, every ISP has its own system for implementing the ban, and some traffic is getting through.
On November 11, Prime Minister Sheikh Hasina said:
- Published in weTechnology, World
Əli Ən-Nəimi:”Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx bağlılığı vardır”
Qərb ölkələrində baş verən Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx və güclü bağlılığı var
Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bunu Müsəlman Hakimlər Şurasının baş katibi Əli Ən-Nəimi təşkilatın Misir paytaxtı Qahirədə keçirilən konfransı zamanı səsləndirib.
Əl-Əzhər Şeyxi Əhməd Təyyibin başçılığı ilə keçirilən toplantıda Əli Ən-Nəimi qeyd edib ki,terrorizm və radikalizmin məhv edilməsi təkcə hamının birliyi və vəhdəti sayəsində həyata keçə bilər.
O,çıxışının davamında İsrail rejiminin işğalçı cinayətlərindən və Fələstin xalqının hüquqlarından danışaraq bildirib:”İşğalçı israil rejiminin müsəlman Fələstin xalqının barəsində hər gün törətdiyi cinayətlər insani və beynəlxalq qanunların aşkar və kobudcasına ayaq altına atılmasıdır.
Müsəlman Hakimlər Şurasının baş katibi bu iclasın açılış mərasimindən sonra media və KİV əhli ilə mətbuat konfransında iştirak edib və hazırda terrorizm qurbanlarının çoxunun müsəlmanlar olduğunu vurğulayıbi: “Müqəddəs İslam dini son günlərdə Parisdə baş verən terror hadisələrini qınayır – İslam və terrorizm arasında heç bir bağlılıq yoxdur. ”
Mənbə: http://ahlibeyt.az/news/a-4038.html
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- 1
- 2



