Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib [AZ]
Yaponiyada gen terapiyasında ilk dəfə istifadə ediləcək dərmana razılıq verilib. Yaponiya KİV-inə istinadla xəbər verilir ki, bu barədə qərar hökumət yanında ekspertlər komissiyası tərəfindən qəbul edilib.
Bildirilir ki, “AnGes” şirkəti “Collategene” adlı preparatın qeydiyyata alınması üçün müraciət edib. Bu dərmanın ayağın toxumalarının məhvinə səbəb olan qanın zəif dövranını tənzimləmək məqsədilə tətbiq ediləcəyi bildirilir.
Qeyd edək ki, son zamanlar gen terapiyası yeni nəsildə təkrarlanan irsi xəstəliklərin müalicəsində geniş tətbiq edilməyə başlayıb. Eyni zamanda, gen terapiyasından indiyədək müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanın tapılmadığı xəstəliklərdə də istifadə edilir. Belə preparatlar ABŞ-da və digər ölkələrdə tətbiq olunur.
“Collategene” preparatının tərkibində damarları yaradan və zədələnmiş ətraflarda qanın dövranını tənzimləyən genlər var.
Mənbə: Azərtac
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Erkən yaşda diş həkiminə gedən uşaq odontofobiyadan uzaq olur [AZ]
Diş həkimindən qorxmaq odontofobiya, bəzən də dentofobiya və ya stomatofobiya adlanır. Hər on uşaqdan doqquzunda həmin hala rast gəlmək mümkündür. Onlar əsasən qandan iyrənir, həkim ağız nahiyəsində işləyərkən eşidilən səs-küydən qıcıqlanır, ağzı davamlı açıq saxlamaq məcburiyyətindən qorxur, həkimin əli onlara toxunanda narahatlıq hissi keçirirlər.
Bu barədə məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Qorxunun baş verməməsi üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. 2 yaşına çatmayan uşaqları diş həkiminə aparmaq məsləhətdir, çünki həmin yaşda olan uşaqların diş həkiminin kreslosuna oturmaqdan xoşları gəlir. Erkən yaşda ağ xalata öyrənən uşaq sonralar diş həkiminə gedərkən qorxu hissindən uzaq olur.
Həkimə getməzdən əvvəl orda olacaq hadisələr uşağa izah edilməli, psixoloji hazırlıq aparılmalıdır. Hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır. Uşağın əlinə qaşıq verərək “diş həkimi-xəstə oyunu” oynamaq onu həkimə qarşı mülayimləşdirir. Öz növbəsində, həkim də sonrakı seanslarda aparılacaq əməliyyat barədə ailə üzvlərinə və uşaqlara məlumat verməlidir. Diş həkiminə qarşı fobiyası olan uşaqlara təcrübəli mütəxəssis həkimlər seçmək lazımdır.
Stomatoloji müayinə və müalicə üçün seçilən klinikada uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır. Uşaq nadinclik edərkən “sakit ol, yoxsa səni diş həkiminə apararam, dişini çəkdirərəm” demək düzgün deyil, çünki diş həkiminin qorxusuna səbəb olan faktorlardan biri də valideynin tərbiyədə bu cür səhvlərə yol verməsidir. Uşaqlarda həkimə qarşı qorxu hissi aşılamaq düzgün taktika deyil”.
Psixoloq Yeganə Əsgərova daha sonra deyib: “Stomatologiyada istifadə edilən keyləşdirici krem və spreylər iynənin ağrısını hiss etdirmir. İynə vurdurmaqdan qorxanlar əməliyyatlarda anesteziyadan qaçır və daha çox ağrı hiss edirlər. Həm xəstənin, həm də diş həkiminin psixoloji cəhətdən özlərini rahat hiss etməsi üçün keyidici dərman preparatı vurmaq və ağrı stressini yaşamamaq məsləhətdir. Belə edəndə müalicə daha az çəkir və uğurla başa çatır. Xəstə qorxularını gizlətməməli və onu öz həkimi ilə paylaşmalıdır. Həkim isə işə sadə müalicələrdən başlayaraq xəstənin etibarını qazanmalıdır. Əks halda xəstə həmin qorxularla baş-başa qalır, həkiminə anlatmadığı üçün onların öhdəsindən gələ bilmir.
Qorxunu azaltmaq üçün həkim xəstənin etibarını qazanmalıdır, görüş saatı həm həkim, həm də xəstə üçün münasib olmalıdır. Digər tərəfdən stomatologiyada istifadə edilən deşici alətin çıxardığı səsdən narahat olanlara müalicə əsnasında qulaqcıqla musiqi dinləmək məsləhətdir. Diş həkimi və ya assistent yumşaq formada təmas və rəftar göstərməli, müalicə vaxtı aparılacaq əməliyyatlar ətraflı şəkildə izah edilməli, ağrı olarkən uşağa əlini qaldıraraq xəbər verməsi başa salınmalıdır. Həmin üsullar fayda vermədikdə ağrını hiss etdirməmək və xəstəni sakitləşdirmək üçün venadaxili sakitləşdiricilər verilir, bəzən ümumi anesteziya tətbiq edilir”.
“Stomafobiya əsasən dişlərin müalicəsini çətin keçirənlərdə əmələ gəlir. Diş həkimi işləyərkən maska taxdığına görə uşaqlar ondan qorxa bilər, ağızlarını açmaz, alətləri görüb qışqırar, nəticədə fobiya yaranar. Ona görə də böyük və ya kiçik yaşda olan uşaqlar dişlərinin ağrıdığını ətrafdakılara hiss etdirməməyə çalışırlar. Xəstə ağrıya dözə bilməyəndə diş həkiminə getmək məcburiyyətində qalır. Diş ağrısı zamanı xəstələrin qorxu səbəbindən müalicəni gecikdirməsi ciddi diş problemlərinə səbəb ola bilər və müalicə uzun çəkər. Ona görə də bu sahədə diş həkimlərinin üzərinə ağır yük düşür və onların diqqətli olması lazımdır. Müalicə zamanı xəstənin diqqətini cəlb edəcək xoş münasibət və diş həkiminin psixoloji cəhətdən normal davranışı çox vacibdir. Stomatoloq və psixoloqun əməkdaşlığı diş həkimindən çəkinənlər üçün faydalıdır. İynə və qandan qorxanlar, digər fobiyası olanların da mütəxəssisə müraciət etməsi məsləhətdir”,- deyə psixoloq söhbətə yekun vurub.
Mənbə: azertag.com
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarılacaq [AZ]
Bu gündən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.
Xəbər verilir ki, fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir.
Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.
Həmçinin, 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.
Mənbə: Report.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, Financial, News of Azerbaijan, weNews
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb [AZ]
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
weNews AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.
2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0 (beş) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Mənbə: AZƏRTAC
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, Financial, weNews
Azərbaycana yay gəlib [AZ]
Azərbaycana yay fəsli gəlib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına APA-ya verilən xəbərə görə, yayın Azərbaycana gəlişi bu gün Bakı vaxtı ilə saat 14:07-də baş verib.
Bildirilib ki, payızın Azərbaycana gəlişi sentyabrın 23-ü, Bakı vaxtı ilə saat 05:54-də, qış fəslinin başlanması isə dekabrın 22-si, Bakı vaxtı ilə saat 02:22-də baş verəcək.
Mənbə: Deyerler.org
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Azerbaijan, weNews
Ən təhlükəli qidanın adı açıqlandı [AZ]
Xolesterinin bir bölgədə cəmlənməsi bağırsaq toxumalarında artmasına və bölünməsinə səbəb olur
Tərkibində xolesterinin səviyyəsi yüksək olan heyvan mənşəli qidalar bədxassəli şişlərin inkişafı riskini artıra bilər. ABŞ-ın Kaliforniya Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Siçanlar üzərində aparılmış təcrübələr nəticəsində məlum olub ki, xolesterinin bir bölgədə cəmlənməsi bağırsaq toxumalarında artmasına və bölünməsinə səbəb olur. İdarəedilməz şəkildə artan hüceyrələr xərçəngin inkişafının əsas səbəblərindən biridir. Həkimlər müxtəlif xəstəliklərin profilaktikası üçün qırmızı ət və süd məhsullarından mümkün qədər az istifadə etməyi məsləhət görür.
Qeyd edək ki, mütəxəssislər kolbasa və sosisləri oqranizm üçün daha təhlükəli olan ət məhsulları kimi xüsusi vurğulayıblar.
Mənbə: İnteraz
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in Folk Medicine, weHealth, weNews
Yanvarin 31-i tam ay tutulması olacaq [AZ]
Yanvarın 31-də bu ilin ilk ay tutulması baş verəcək
weNews The Weather Channel-ə istinadən xəbər verir ki, bu ilin ilk tam ay tutulması baş verəcək. Ay tutulması yer kürəsinin kölgəsinə yerli vaxtla 14:51:13 daxil olacaq. Tam tutulma 17:29:51 radələrində gerçəkləşəcək. Ay tutulması tam olaraq 20:08:29 sona çatacaq.
Xəbər verilir ki, bu cür ay tutulması ABŞ tarixində 100 ildən bir baş verir.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse
13 il sonra kosmosdan müəmmalı siqnal gəldi – Alimlər Şokda [AZ]
NASA 2000-ci ildə kosmosa “İMAGE” adlı peyki göndərib.
“Ölkə.Az” xəbər verir ki, bir sistem səhvinə görə peyk 2005-ci ildən siqnal göndərməmişdi. 13 il sonra birdən-birə aktivləşən peyk siqnal göndərməyə başlayıb.
Peyki axtarma işlərinə rəhbərlik edən astronom Skott Tilli “2000-017A” etiketli peykdən siqnal almağa başlayıb. Siqnalları incələyən alim peykin NASA tərəfindən göndərilən və itən “İMAGE” peyki olduğunu dəqiqləşdirib.
Peykin hələ də siqnal göndərməsi üzərindəki 6 qurğudan bəzilərinin aktiv olduğuna işarə edir.
Mənbə: olke.az
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in weNews, weUniverse









