Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır [AZ]
Şənbə günü, iyunun 24-də, Yer kürəsinə potensial təhlükəli nəhəng asteroid yaxınlaşacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fobos nəşri məlumat yayıb.
Səma cisminin diametri 230 metr təşkil edir. Asteroid saatda 45 min kilomter sürətlə hərəkət edir və Yerdən üç milyon km məsafədə keçəcək.
Alimlər hesablayıblar ki, Yer kürəsi asteroidlə toqquşacağı təqdirdə Xirosima atılan atom bombasından sonra baş verən partlayışdan 300 dəfə güclü partlayış qeydə alınacaq.
Mənbə: oxu.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weNews, weUniverse
Bu gecə WhatsApp çökdü 04.05.2017 – Yenilənib [AZ]
Saat 23:59- dan başlayaraq WhatsApp bütün dünyada çöküb. Cihazlarınızın nasaz olması və internetin olmaması haqqında narahatlıq keçirməyin. Bu problem WhatsApp ın serverindən qaynaqlanır.
Hollandiyadan verilən məlumata görə WhatsApp Server kabellərində yanğın baş verib.
Bakı vaxtı ilə saat 02:30 radələrində WhatsApp serveri bərpa etdi. İndi tam normal işləyir.
Problemi əhatə edən bəzi ölkələrin siyahısı
Nyu York ABŞ, Argentina, Suriya, Pakistan, Küveyt, Misir, Türkiyə, Malayziya, London, Polşa İtaliya, İspaniya, Almaniya, Hollandiya, Rumıniya, Çexiya Respublikası, Dubay, Sinqapur, Cənubi Afrika, Braziliya, Lebanon, İndoneziya, İsrail və daha çox.
Source: weTechnology
For permission content from this site must be hyperlinked when used!
- Published in weNews, weTechnology
Bu gün saatların avtomatik irəli çəkilməsi çaşqınlıq yaradıb – SƏBƏB VİDEO [AZ]
Bu gün səhər insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki telefonda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.
Məlumdur ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən ötən ildən başlayaraq yay vaxtına keçid ləğv olunub. Bundan sonra artıq ikinci dəfədir ki, vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb. Mütəxəssislər bildirir ki, bu bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.
Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.
Onu da qeyd edək ki, ötən ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək bu təcrübədən istifadə etməkdən imtina edib.
weNews xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: xezerxeber.com
For permission content from this site must be hyperlinked when used!
- Published in Azerbaijan, weNews
8 martda qırx min qadını fabrikə kilidləyib yandırdılar +Video [AZ]
Mənbə: moderator.az
For permission content from this site must be hyperlinked when used!
- Published in weNews
2016-2017 il üçün qeyri-iş günləri – 10 gün bayram olacaq
Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.
Nazirlər Kabinetinin qərarına görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 senyabr Qurban bayramıdır.
2016-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1 və 2-si də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.
Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur.
For permission content from this site must be hyperlinked when used!
- Published in News of Azerbaijan, weNews
5 iyul gecə radələrində dəhşətli partlayış (yenilənib)
Saat 03:13 – 03:15 radələrində İmsak vaxtı dəhşətli partlayış olub. weNews™ xəbər verir ki, partlayış şahidlərin dediyinə görə çox şiddətli olub. Bir anlıq baş verən hadisə dəhşətli şok anlara səbəb olub. Partlayış hətta hər kəsi əhatə edib.
Gecə saatlarında paytaxtda partlayış müşahidə edilib. ANS PRESS-in partlayış yerinə çatmış müxbiri Nurlan Rafiqoğlunun verdiyi məlumata görə, bədbəxt hadisə istehsal müəssisəsində baş verib.
Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib. İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.
Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlər sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Bu səbəbdən hadisə itkisiz ötüşüb. Faktla əlaqədar araşdırma aparılır.
weNews™ and ANS press
For permission content from this site must be hyperlinked when used!
- Published in Azerbaijan, weNews
ABŞ ordusu İrəvanda hərbi əməliyyata hazırlaşır? -Məxfi sənəd
Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana mümkün hərbi müdaxilə üçün təlimlər keçir.
Virtualaz.org xəbər verir ki, bu sensasion məxfi məlumat “The National İnterest” dərgisi tərəfindən yayılıb.
Cozef Trevetçik (Joseph Trevithick) tərəfindən yazılmış məqalədə deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var.
Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır və həmin ölkələrin adlarını gizli saxlayır.
Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin hansı dövlətlərdən getdiyini ayırd etmək çətin deyil.
Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan da yer alır.
“The National İnterest”in yazdığına görə, 2015-ci ilin aprel ayına olan vəziyyətə əsasən, ABŞ ordusu öz əsgərləri üçün müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçib. Ariana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali olaraq Qafqaz peyzajında qurulub. Bu beş dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşib.
Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır. Sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı əsasında əldə edilib. Şərti dövlətlərin hər biri oxşar siyasi struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti və hadisələri əks etdirir.
DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri İranla eynidir. Atropia və Limaria isə müvafiq olaraq Azərbaycan və Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət “Aşağı Janga” əyalətinə görə müharibə şəraitindədir. Donovia dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə Gürcüstanla eynidir.
Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80 müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total müharibə ehtimalları daxildir.
“The National İnterest” yazır ki, 2012-ci ildə Luiziana ştatının Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin, yəni İranın qoşunlarının Atrpoia dövlətinə, yəni Azərbaycana müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropia dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan keçirilib.
Mənbə: elchi.az
- Published in weNews
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
| № | Xidmət növü
(istehlakçı qrupu üzrə) |
Ölçü vahidi | Tariflər
(ƏDV ilə, manat) |
| I | II | III | IV |
| 1. | Su təchizatı | ||
| 1.1. | Əhali | ||
| 1.1.1. | Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu | 1 kub metr | 0,35 |
| 1.1.2. | Digər inzibati ərazi vahidləri | 1 kub metr | 0,30 |
| 1.2. | Qeyri-əhali | 1 kub metr | 1,0 |
| 2. | Tullantı sularının axıdılması | ||
| 2.1. | Əhali | 1 kub metr | 0,15 |
| 2.2. | Qeyri-əhali | 1 kub metr | 1,0 |
Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq təsdiq edilmiş tariflərlə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə isə fəaliyyət göstərdiyi inzibati ərazi vahidləri üzrə müvafiq əhali istehlakçı qrupu üçün təsdiq edilmiş tariflərlə həyata keçirilsin.
Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilsin.
Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilsin.
Tullantı sularının axıdılması xidmətinə görə ödəniş müvafiq xidmət şəbəkəsi mövcud olduğu təqdirdə həyata keçirilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarlarının siyahısı
- 2016-cı il 13 may tarixli 6 nömrəli Qərar
Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.
Mənbə: www.tariffcouncil.gov.az
- Published in Azerbaijan, weNews
WhatsApp-dan mükəmməl yenilik
Əziz proqram istifadəçiləri, WhatsApp mükəmməl bir yeniliyi təqdim etdi. Bundan sonra sizin yazdığınız mesaj, video, şəkil və sənədlər ən yüksək şifrələnmə texnologiyası ilə təchiz olunur. Bu “end-to-end encryption” şifrələnməsi adlanır. Daha WhatsApp məlumatlarınızın hakerlər tərəfindən mənimsənilməməsinə tamamilə zəmanət yarandı. Bu çoxlarımızın gözlədiyi ən sevindirici bir yenilikdir. Şifrələnmə bu cür aparılır. Nümunə üçün aşağıda bir misal göstərək:
- Sizin mesajda qeyd etdiyiniz “Salam” ifadəsi bu cür “3ßø0%©” şifrələnir.
Bu xüsusiyyətdən necə istifadə etməli:
Bu əməliyyatı hələlik Android əməliyyat sistemi üçün təqdim edirik. Şifrələmək istədiyiniz bir istifadəçinin sahəsinə daxil olursunuz. Yuxarıdan aşağı düzülmüş üç nöqtəyə klikləyirsiniz, orada “Encryption” sahəsi görəcəksiniz. Bu sahəyə klilkədikdə QR koddan ibarət barkod sahəsi açılacaq. Bu barkodu skan edirsiniz və siz və seçdiyiniz istifadəşi tamamilə mükəmməl şifrələnmə ilə mühafizə olunursunuz! Bu mərhələni şəkillər vasitəsi ilə də sizin diqqətinizə çatdırırıq.
Hər kəsə bol uğurlar arzulayırıq!
weTechnology Team™
[pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”facebook” url=”https://www.facebook.com/RAM5N/” ] [pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”youtube” url=”https://www.youtube.com/RAM5NTV” ] [pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”gplus” url=”https://plus.google.com/+Ram5n” ] [pt_social_icon target=”_blank” iconsize=”” type=”single” service=”twitter” url=”https://twitter.com/ram5n” ]
For permission content from this site must be hyperlinked when used!
- Published in weNews, weTechnology
Nazirlik: Bir neçə yüksəklik və məntəqə düşməndən azad olunub [AZ]
weNews: Breaking News
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”.
Qeyd olunub ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib: “Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır”.
“Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq” – deyə məlumatda bildirilib.
Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Qeyd edək ki, Seysulan — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır.
Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib.
Xəbər verilir ki, hadisədən dərhal sonra “vikipediya”da Seysulanla bağlı dəyişiklik edilib. Belə ki, vikipediya yenilənərək məlumat bazasına, “Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib” cümləsi də əlavə edilib.
Saytın məlumatlarından istifadə edərkən link ilə istinad mütləq vacibdir!
- Published in News of Azerbaijan, weNews














